Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1724/2021 01.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Zamin Busat qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin (əvvəlki adı "xxxx" İKB ASC) cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh, Zamin müştərək qaydada 17 oktyabr 2019-cu il tarixli, 24-MZ-2-0-713-19 saylı kredit müqaviləsi üzrə 14144.26 manat əsas borc, 2853.67 manat faiz borcu, 97.92 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 17095.85 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini və "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli, 24-MZ-2-0-713-19 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli, 24-MZ-2-0-713-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh qızına illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 18000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Zamin ilə 17 oktyabr 2019-cu il tarixli, 24-MZ-2-0-713-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər Cavabdeh və Zamin kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışlar. 16 may 2021-dək Cavabdeh banka 17 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 14144.26 manat əsas borc, 2853.67 manat faiz borcu, 97.92 manat cərimə borcu olmaqla, ümumilikdə 17095.85 manat borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı ASC iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə ilə məhkəmə müraciət edərək göstərmişdir ki, məhkəmə gedişatı zamanı cavabdeh əsas borc üzrə qismən ödəniş etmiş, faiz borcu isə artmışdır. Ona görə də, Cavabdeh 17 oktyabr 2019-cu il tarixli, 24-MZ-2-0-713-19 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 12193.45 manat, faiz borcu üzrə 3813.33 manat, cərimə borcu üzrə 948.8 manat olmaqla, cəmi 16955.58 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh qızı və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarında olan kreditor "xxxx" İKB ASC ilə borcalan Cavabdeh qızı arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli, 24-MZ-2-0-713-19 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 18000 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan 31 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan əsas kredit borcu 12193.45 manat, kreditdən istifadəyə görə faiz borcu 3813.33 manat və cərimə borcu 948.8 manat təşkil edir. İşdə olan 17 oktyabr 2019-cu il tarixli, 24-MZ-2-0-713-19 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Zamin 17 oktyabr 2019-cu il tarixli, 24-MZ-2-0-713-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrası məqsədilə onunla eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, edərək cavabdehlər Cavabdeh və Zamin 17 oktyabr 2019-cu il tarixli, 24-MZ-2-0-713-19 saylı kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişlər, nəticədə onların iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 948.8 manat dəbbə pulunun onun maddi əziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 17 oktyabr 2019-cu il tarixli, 24-MZ-2-0-713-19 saylı kredit müqaviləsi üzrə 12193.45 manat əsas borc, 3813.33 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 16056.78 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməli, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli, 24-MZ-2-0-713-19 saylı kredit müqaviləsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 17 oktyabr 2019-cu il tarixli, 24- MZ-2-0-713-19 saylı kredit müqaviləsi üzrə 12193.45 manat əsas borc, 3813.33 manat faiz borcu, 50 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 16086.78 (on altı min səksən altı manat yetmiş səkkiz qəpik) manat məbləğində pul tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. "xxxx" İKB ASC ilə Cavabdeh qızı arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli, 24-MZ-2-0-713-19 saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1724/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1724/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver