Məhkəmə qərarları › İş №2(036)-1728/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1728/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1728/2021 06.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Tağıyev Rasət Şaiq oğlunun katibliyi, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər, Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər, Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə cavabdehlər, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 2704.99 manat əsas borc, 424.86 manat faiz borc, 270.50 manat cərimə, cəmi 3400.35 manat və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor BOKT "xxxx" MMC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 08.12.2015-ci il tarixli LD/15342/00130 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 8.97 faizlə 48 ay müddətinə 3221.00 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan Ödəniş Cədvəlinə əsasən Cavabdeh2 BOKT "xxxx" MMC-dən aldığı 3221.00 manat kredit məbləğini cəmi 582.78 manat faizlə birlikdə ayda 68.00 manat ödəməklə 08.12.2015ci il tarixdən 09.12.2019-cu il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan 08.12.2015-ci il tarixli LD/15342/00130 nömrəli Zaminlik müqaviləsinə əsasən Cavabdeh3 Cavabdeh2 ilə BOKT "xxxx" MMC-nin arasında bağlanmış 08.12.2015-ci il tarixli LD/15342/00130 saylı kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan 08.12.2015-ci il tarixli LD/15342/00130 nömrəli Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 ilə BOKT "xxxx" MMC-nin arasında bağlanmış 08.12.2015-ci il tarixli LD/15342/00130 saylı kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdən görünür ki, Cavabdeh2 08.12.2015-ci il tarixli LD/15342/00130 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş qaydada 2704.99 manat əsas borc, 424.86 manat faiz borc, 270.50 manat cərimə hesablanmışdır. AR Mülki məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Kreditor BOKT "xxxx" MMC 08.12.2015-ci il tarixli LD/15342/00130 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti 09.12.2020-ci il tarixdə bitdiyindən Cavabdeh3 və Cavabdeh1 zaminliyinə xitam verilmişdir.Ona görə də iddia tələbi Cavabdeh2 2704.99 manat əsas borc, 424.86 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə borcu isə əsas borca uyğun olaraq azaldılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh2 2704.99 (iki min yeddi yüz dörd manat doxsan doqquz qəpik) manat əsas borc, 424.86 (dörd yüz iyirmi dörd manat səksən altı qəpik) manat faiz borcu, 10.00 (on) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulub iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar