Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1754/2024 24.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Orxan Mahmud Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədli Xuraman Emin qızının katibliyi, İddiaçı1 X3 sədri İddiaçı2, üzvləri İddiaçı3, İddiaçı5, İddiaçı1 X3 üzvü İddiaçı6 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, eyni zamanda digər cavabdeh X14 qanuni nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 X8, İddiaçı2, üzvləri İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı4 Cavabdeh1 və X17 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçılar İddiaçı1 X8, İddiaçı2, üzvləri İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı4 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X10 müştərək qaydada 51150 (əlli bir min yüz əlli) manat vurulmuş maddi ziyanın alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və X10 müştərək qaydada 51150 (əlli bir min yüz əlli) manat vurulmuş maddi ziyanın alınaraq Müstəqil İskra” X5 ödənilməsini xahiş etmişlər. İddianın dəlilləri: “İskra” Kooperativi 05 dekabr 1988-ci ildə Ağdarə rayonu ərazisində yaradılmışdır. Həmin kooperativ nizamnamə əsasında fəaliyyət göstərir. Ağdərə rayonu işğalda olduğu üçün, qoyunçuluğun inkişafı ilə əlaqədar 16 ha saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32,0 ha, 22 ha saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 ha dövlət qış otlaq fondundan 140,0 ha olmaqla ümumilikdə 542,0 ha torpaq sahəsi Ağdam Rayon İcra Hakimiyyəti Başçısının 22 aprel 1998-ciil tarixli 49 saylı qərar ilə ayrılaraq həmin kooperativin istifadəsinə verilmişdir. Torpaqdan müvəqqəti istifadə hüququna dair JN 0391, KOD -90700001 saylı şəhadtənaməverilmişdir. “İskra” Kooperativinin rəhbərliyi İmişli Rayon İcra Hakimiyyətinə müraciət edərək, Kooperativə Ağdam rayon icra hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 49 saylı sərəncamı ilə İmişli rayonu ərazisində yerləşən əvvəllər Ağdam rayonuna təhkim edilmiş, 16 ha, 21 ha, 22 ha, 23 ha saylı dövlət qış otlaq fondundan verilmiş 540,0 ha torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 60 saylı qərarına əsasən İmişli rayon İcra Hakimiyyətinin sərəncamına qaytarıldığı üçün həmin qış otlaq sahəsinin yenidən kooperativin adına sənələşdirilməsini xahiş etmişdir. İmişli Rayonu İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2014-cü il tarixli, 180 nömrəli sərəncamına əsasən 16 ha saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 ha saylı dövlət qış otlaq fondundan 32,0 ha, 22 ha saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 ha dövlət qış otlaq, fondundan 140,0 ha olmaqla ümumilikdə 542,0 ha torpaq sahəsi kooperativin icarəsinə verilmişdir. Hazırda icarə müqaviləsi qüvvədədir. xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi (VÖEN) ilə İddiaçı1 kimi dövlət qeydiyyatına alınımışdr. Azərbaycan Respublikası Ədliyyə Nazirliyini tərəfindən “İskra” koopertivinin sədri İddiaçı6 ünvanlanmış 06 avqsut 1996-cı il tarixli məktubda qeyd edilmişdir ki, hüquqi şəxslərin qeydiyyatı haqqında “Azərbaycan Respublikasının 06 fevral 1996-cı il qanununun 2-ci maddəsinə əsasən bu qanun qəbul edilənədək bu orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədlərinin müvafiq ədliyyə orqanlarına təhvil verilməsi və onların bu orqanlarda uçota alınması müəyyən edilmişdir. Buna əsasən “İskra” kooperativi 05 dekabr 1988-ci il tarixli 4-286 saylı qərarla Ağdərə “Mardakert” rayonu icra hakimiyyətində qanunvericiklə müəyyən olunmuş qaydada rəsmi dövlət qeydiyyatına alındığı üçün və statusunu itirmir və onun yenidən Ədliyyə Nazirliyində qeydə alınması tələb olunmur. Kooperativin 31 iyul 2023-cü il tarixli qərarına əsasən İddiaçı2 kooperativə, üzv və sədr seçilmişdir. Kooperativin üzvlərindən X19 və X11 vəfat etmişdir. A.Məmmədov vəfat etdikdən sonra oğlu İddiaçı5 vərəsəlik şəhadətnaməsi əldə etməklə qanun üzrə vərəsə kimi tanınmışdır. Mərhum X2 Gülnarə Mustafa qızı ilə qeyri-rəsmi yaşamışlar. Cavabdehlər Cavabdeh1, X20 və X19 vəfat etdikdən sonra həmin ərazidə yerləşən mal-qaranı oğurlayaraq satmış, çobanların iş fəaliyyətini pozaraq onlara qeyri-qanuni təsir göstərmiş, kooperativin inkişaf etdirlməsinə maneçilik törətmiş, kooperativə məxsus mal-qaranı talamışdır. Belə ki, cavabdeh 6 baş, 300 kq olan 1 illik damazlıq dişi cinsli dananı, 102 baş, diri çəkisi 45 kq olan 3 illik damazlıq dişi cinsli qoyunu, 19 baş diri çəkisi 15 kq olan 1 aylıq dişi cinsli quzuları, ümumi dəyəri 51150 (əlli bir min yüz əlli) manat olan mal-qaranı qanunsuz sataraq pulunu mənimsəmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində kooperativə ümumilikdə 51150 (əlli bir min yüz əlli) manat dəyərində maddi ziyan dəymişdir. Bu faktla bağlı İmişli rayon Polis şöbəsində müvafiq araşdırmalar aparılmış, iş təhqiqat orqanından istintaqa orqanına keçmiş, müvafiq prosessual qərarlar qəbul olunmuşdur. İmişli rayon polis şöbəsinin 19 yanvar 2024-cü il tarixli qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İmişli rayon Polis Şöbəsi tərəfindən aparılmış araşdırma zamanı tam sübuta yetmişdir ki, Cavabdeh1 oğlu İddiaçı6lə birlikdə 6 baş, 300 kq olan 1 illik damazlıq dişi cinsli dananı, 102 baş, diri çəkisi 45 kq olan 3 illik damazlıq dişi cinsli qoyunu, 19 baş diri çəkisi 15 kq olan 1 aylıq dişi cinsli quzuları ümimi dəyəri 51150 (əlli bir min yüz əlli) manat olan mal-qaranı qanunsuz sataraq pulunu mənimsəmişdir. Bundan başqa həmin ərazidə pambıq məhsulu əkilmişdir. Cavabdeh iri və xırda buynzlu mal-qaranı onlardan xəbərsiz pambıq sahəsinə buraxmaqla, nəinki onlara, həmçinin dövlətin pambıqçılıq sahəsində yürütdüyü siyasətə də maddi ziyan vurmuşdur. Əlavə olaraq qeyd edir ki, İmişli Rayon Məhkəməsində Cavabdeh1 qarşı “cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması” tələbinə dair iddia qaldırılmışdır. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(036)- 2594/2023 saylı qətnaməsinə əsasən iddia tələbləri təmin edilmişdir. Cavabdeh tərəfindən kooperativə məxsus mal-qaranın qeyri-qanuni satılmasını şahidlər də təsdiq edə bilərlər. Həmin şahidlər tərəflərindən məhkəmə iclaslarında dəvət olunacaqdır. Beləliklə, Cavabdeh1 qanunsuz hərəkətlər etməklə onların mülkiyyət hüquqlarını kobud şəkildə pozmuş və kooperativə xeyli məbləğdə maddi ziyan vurmuşdur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq hesab edirlər ki, cavabdehlərdən 51 150 (əlli bir min yüz əlli) manat vurulmuş maddi ziyan alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçılar ayrı-ayrılıqda iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı4 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, o, 22 il birlikdə yaşadığı X19 birlikdə təsərrüfata qulluq etmişdir. İddiaçıların heç biri həmin təsərrüfatda heç bir iş görməmiş, heç bir vəsait qoymamışlar. Cavabdeh özü zəhmət çəkmişdir. X19 öldükdən sonra iddiaçılar həmin təsərrüfata yiyələnməyə çalışmışlar. Lakin onun X19 olan X20 borcu olmuşdur, ona görə də həmin təsərrüfatda olan mal-qaranı sataraq borcunu ödəmişdir. Kooperativə üzv qəbul edilməsi barədə müraciəti olmamışdır. Orada təxminən 6-7 mal-qara olmuş və 100 qoyun, 10 quzu olmuşdur. Sonda iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, kooperativə məxsus ferma onun evinin yaxınlığında yerləşir. Kooperativdən 130 baş qoyun, 20 baş quzu, 7 baş malı da X20 aparmışdır. Yəqin ki, satmaq üçün aparmışdır. Kimə satdığını bilmir. İddiaçılar daim həmin təsərrüfata gəlib məşğul olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, həmin kooperativdə çoban kimi işləmişdir. X16 yanında işləmişdir. İşə o götürmüşdür. X20 onunla birlikdə 130 qoyun, 20 dənə quzunu Qaralar kəndində olan Şəhriyar adlı şəxsə aparıb vermişdi. Nə məqsədlə apardığını bilmir. Buna görə ona 1500 manat vermişdir. 7 dənə dananı da Füzuli bazara aparmışdır. O zaman o getməmişdir. 25 dənə də quzunu aparmaq istəmişdir. Lakin sürücü razı olmamışdır. Bildirmişdir ki, qorxur, apara biməz. Ona görə geri qaytardı. Məhkəmə prosses iştirakçılarının izahatını dinləyib iş materiallarını araşdıraraq, belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014cü il tarixli 130 saylı Sərəncamı ilə qərara alınmışdır ki, “İskra” Kooperativi rəhbərliyinin müraciəti nəzərə alınsın və Kooperativə qoyunçuluğun inkişafı üçün 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32,0 ha , 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 h saylı dövlət qış otlaq fondundan 140,0 ha, cəmi 542,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə yenidən icarəyə verilsin. “İskra” Kooperativinin rəhbərliyinə tapşırılsın ki, icarəsində olan qış otlaq sahəsindən torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq təyinatı üzrə istifadə olunmasını təmin etsin. “İskra” Kooperativinə qoyunçuluğun inkişaf etdirilməsi üçün İmişli rayonu ərazisində yerləşən 16 h, 21 h, 22 h, 23 h saylı dövlət qış otlaq fondundan torpaq sahəsinin verilməsi barədə Ağdam rayonu icra hakimiyyəti başçısının xx.xx.1998-ci iltarixli, 49 saylı Sərəncamı hüquqi qüvvəsini itirmiş hesab edilsin. Sərəncamın icrasına nəzarət İmişli rayonu icra hakimiyyəti başçısının müavini - Aqrar məsələlər şöbəsinin müdirinə, Dövlət Torpaq və Xəritəçəkrnə Komitəsi İmişli rayon şöbəsinin müdrinə tapşırılsın. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.1996-cı il tarixli məktubundan görünür ki, “İskra” Kooperativi 05 dekabr 1988-ci il tarixli 4-286 saylı qərarla Ağdərə Mardakert rayonu İcra hakimiyyətində qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmi dövlət qeydiyyatına alındığı üçün öz statusunu itirmir və və onun yenidən Ədliyyə Nazirliyində qeydə alınması tələb olunmur; İş materiallarında olan xx.xx.2014-cü il tarixli aktdan görünür ki, “İskra" Kooperativi rəhbərliyinin İmişli Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubuna əsasən Kooperativə Ağdam rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 49 saylı sərəncamı ilə əvvəllər Ağdam rayonuna təhkim edilmiş İmişli rayonu ərazisində yerləşən 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha. 21 h saylı dövlət qış otlaq Fondundan 32,0 ha, 22 h saylı dövlət qış otlaq Fondundan 134 ha, 23 h saylı dövlət qış otlaq Fondundan 178,0 ha, cəmi 580,0 ha torpaq sahəsi verilmişdir. “İskra" Kooperativi rəhbərliyinin müraciətinə əsasən həmin əraziyə naturada baxılaraq göstərilən dövlət qış otlaq Fondundan cəmi 542,0 ha torpaq sahəsinin 1626 baş qoyunlarını saxlamaq məqsədi ilə yenidən Kooperativin adına sənədləşdirilməsi üçün cizgi-xəritəsi tərtib edildi. Qış otlaq sahəsinin bitki örtüyü əsasən quşotundan ibarətdir. Həmin qış otlaq sahəsinin qoyunçııluğun inkişafı üçün “İskra" Kooperativinin müvəqqəti istifadəsinə veriİməsi məqsədə uyğundur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-2594/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilmişdir ki, İddiaçı1 X4 Cavabdeh1 qarşı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilmiş və Cavabdeh1 İddiaçı1 X6 istifadəsində olan İmişli rayonu ərazisində yerləşən 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32.0 ha, 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 h dövlət qış otlaq fondundan (ayrılmış) 140,0 ha olmaqla, ümumilikdə 542,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə girişinə qadağa qoyulsun və çobanlara mane olması, heyvanları əkin və pambıq sahələrinə buraxması, kooperativin iş ahənginin pozması, dövriyyədə olan (iri və xırda, pambıq, taxıl sahələrinin) mal-qaranın talaması ilə bağlı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulsun. Qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanılması rədd edilmiş və tərəflərə pay hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmiş və Cavabdeh1 qaynatası İddiaçı6 tərəfindən döyülməsi ilə bağlı xüsusatın sübuta yetirilməsi mümkün olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin MK-1/1708 nömrəli 21 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuz və iribuynuz heyvanların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 51150.00 manat müəyyən edilir. Həmin heyvanların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqələrindən görünür ki, İddiaçı6, İddiaçı2, X18 və İddiaçı3 məcburi köçkün statusu almışdır; Müstəqil İskra” X3 üzvlərinin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı2 20 manat üzvlük haqqı ilə kooperativin üzvlüyünə qəbul edilmiş və kooperatvin sədri seçilmişdir. İddiaçı6, İddiaçı2, X18 və İddiaçı3 və X1 üzvləri olmuşlar. xx.xx.2011 -ci il tarixli ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış İddiaçı1 X4 nizamnaməsinə edilmiş dəyişiklikdən görünür ki, xx.xx.2011-ci il tarixdə Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Dəyişikliyə əsasən İddiaçı1 X4 nizamnaməsinin 2.1-ci maddəsi aşağıdakı kimi yeni redaksiyada təsdiq edilmiş və koorperativ üzvlərinin nizamnamə kapitalındakı pay haqları aşağıdakı kimi müəyyən edilmişdir: İddiaçı6 Əbdi oğlu- 20 manat, 1 pay haqqı, X19- 20 manat, 1 pay haqqı, X11- 20 manat, 1 pay haqqı, İddiaçı2- 20 manat, 1 pay haqqı, İddiaçı3- 20 manat, 1 pay haqqı, İddiaçı4- 20 manat, 1 pay haqqı. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 oğlu X20 ilə birlikdə İddiaçı1 X7 məxsus 6 baş, 300 kq olan 1 illik damazlıq dişi cinsli dananı, 102 baş, diri çəkisi 45 kq olan 3 illik damazlıq dişi cinsli qoyunu, 19 baş diri çəkisi 15 kq olan 1 aylıq dişi cinsli quzuları ümumi dəyəri 51150 (əlli bir min yüz əlli) manat olan mal-qaranı qanunsuz satmışlar. İmişli Rayon Məhkəməsində Cavabdeh1 qarşı İmişli Rayon Məhkəməsinin 2(036)-2594/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilmişdir ki, İddiaçı1 X4 Cavabdeh1 qarşı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilmiş və Cavabdeh1 İddiaçı1 X6 istifadəsində olan İmişli rayonu ərazisində yerləşən 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32.0 ha, 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 h dövlət qış otlaq fondundan (ayrılmış) 140,0 ha olmaqla, ümumilikdə 542,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə girişinə qadağa qoyulsun və çobanlara mane olması, heyvanları əkin və pambıq sahələrinə buraxması, kooperativin iş ahənginin pozması, dövriyyədə olan (iri və xırda, pambıq, taxıl sahələrinin) mal-qaranın talaması ilə bağlı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulsun. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı1 X4 nizammasindən görünür ki, Kooperativin ali idarəetmə orqanı kooperativ üzvlərinin ümumi yığıncağıdır. Növbəti və növbədənkənar yığıncaqların keçirilməsi qaydası ümumi yığıncağın qərarları ilə müəyyən olunur. Kooperativin idarəetmə orqanlarının, o cümlədən müvəkkillər yığıncağının formalaşdırılması, tərkibi, səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarlarin yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası, protokolların tərtibi və onların fəaliyyətləri ilə əlaqədar digər məsələlər ümumi yığıncaq tərəfindən müəyyən edilir. Kooperativ üzvünün ortaq (assosiativ) üzvlüyə keçməsi halları, həmin üzvün mütləq əmlak pay haqqının miqdarı vo pay haqqı üzrə ona ödənilən dividendlərin şərtləri ümumi yığıncağın qərarı ilə müəyyənləşdirilir. Mülki işə tətbiq edilən hüquq: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109.4. Kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər. 109.5. Mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır. 109.6. Əlavə əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqqından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır. 109.7. Üzvlük haqqı iştirakçının kooperativ üzvlüyünə daxil olması zamanı bununla bağlı xərclərin ödənilməsi üçün verilən pul məbləğidir. Kooperativ üzvünün kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) və dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ vardır. 109.8. Kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) üzvlərin mütləq əmlak pay haqqına, kooperativdə şəxsi əməyinə və digər növ fəaliyyətinə mütənasib surətdə onlara ödənilən kooperativ mənfəətinin bir hissəsidir. 109.9. Dividend (əlavə kooperativ ödənişləri) yalnız səs hüququna malik olan üzvlərə onların əlavə əmlak pay haqlarına və kooperativin ortaq (assosiativ) üzvlərinin mütləq əmlak pay haqlarına mütənasib surətdə ödənilən kooperativ mənfəətinin bir hissəsidir. 109.10. Kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında; kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ üzvlərinin ümumi yığıncağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir. 109.11. Kooperativ qanunla qadağan olmayan istənilən sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Fəaliyyət xarakterinə görə kooperativlər istehsal, istehlak, qarışıq (istehsal-istehlak) və digər növlərdə ola bilər. 109.12. Kooperativ öz üzvləri ilə onların istehsal etdiyi məhsulları kooperativə satmaq, iş və xidmətləri yerinə yetirmək barədə müqavilələr bağlaya bilər. 109-3. Kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 109-4.1. Kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109-4.1.1. kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq; 109-4.1.2. kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək; 109-4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq; 109-4.1.4. kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər vermək; 109-4.1.5. mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq; 109-4.1.6. kooperativ ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra əmlakın onun payına düşən hissəsini və ya bu hissənin dəyərini almaq; 109.4.1.7. kooperativin üzvləri üçün nəzərdə tutulmuş imtiyazlardan və güzəştlərdən istifadə etmək; 109.4.1.8. bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 110.1. Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. 110-2.1. Kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir. 110-2.2. Kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. 110-2.3. Kooperativ üzvlərinin ümumi yığıncağı ödənilən kooperativ ödənişlərinin və dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilər. 110-3.1. Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. 112.4. Kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1104.1. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2021-ci il tarixli qərarına əsasən:
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.3.3-cü maddəsinə müvafiq olaraq, kooperativ üzvlərini kooperativə qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Bu səlahiyyət kooperativ üzvünün könüllü qaydada kooperativdən çıxarılmasını da ehtiva edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, məhkəmə iclasında Cavabdeh1 verdiyi izahat, şahidlərin ifadələri, cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin MK-1/1708 nömrəli 21 sentyabr 2023-cü il tarixli rəyi və iş materiallarında olan digər sübutlarla cavabdehlər Cavabdeh1 və və X14 məxsus 6 baş, 300 kq olan 1 illik damazlıq dişi cinsli dananı, 102 baş, diri çəkisi 45 kq olan 3 illik damazlıq dişi cinsli qoyunu, 19 baş diri çəkisi 15 kq olan 1 aylıq dişi cinsli quzuları sataraq İddiaçı1 X5 51150 (əlli bir min yüz əlli) manat məbləğində maddi ziyan vurmuşlar. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Müstəqil İskra” X8 xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi (VÖEN) ilə İddiaçı1 kimi dövlət qeydiyyatına alınımışdr. Cavabdehlərdən heç bir İddiaçı1 X3 üzvü olmamışdır. Cavabdeh1 kooperativ üzvü olmuş X19 ilə birlikdə təsərrüfatı edərə etdiyini bildisə də, bununla bağlı məhkəmə heç bir sübut təqdim etməmişdir. Əksinə izahatında borcları olduğu üçün İddiaçı1 X5 məxsus olan əmlakı oğlunun satdığını bildirmişdir. Halbuki, İddiaçı1 X3 həmin əmlaka sərəncam verilməsi barədə heç bir qərarı olmamışdır. Həmçinin, cavabdehlərin kooperativin üzvü olan X19 öldükdən sonra həmin kooperativin üzvlüyünə qəbul edilməsi ilə bağlı heç bir müraciətləri də olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində kooperativə məxsus ferma onun evinin yaxınlığında yerləşir. Kooperativdən 130 baş qoyun, 20 baş quzu, 7 baş malı da X20 apardığını, X12 isə o, həmin kooperativdə çoban kimi işlədiyini, X14 onunla birlikdə 130 qoyun, 20 dənə quzunu Qaralar kəndində olan Şəhriyar adlı şəxsə aparıb verdiyini, buna görə ona 1500 manat aldığını, 7 dənə dananı da Füzuli bazarına apardığını, 25 dənə də quzunu aparmaq istədiyini, lakin sürücününü razı olmadığını bildirərək iddia ərizəsində göstərilənləri təsdiq etmişlər. Həmçinin, qanuni qüvvəsini almış İmişli Rayon Məhkəməsinin 2(036)-2594/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilmişdir ki, İddiaçı1 X4 Cavabdeh1 qarşı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilmiş və Cavabdeh1 İddiaçı1 X6 istifadəsində olan İmişli rayonu ərazisində yerləşən 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32.0 ha, 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 h dövlət qış otlaq fondundan (ayrılmış) 140,0 ha olmaqla, ümumilikdə 542,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə girişinə qadağa qoyulsun və çobanlara mane olması, heyvanları əkin və pambıq sahələrinə buraxması, kooperativin iş ahənginin pozması, dövriyyədə olan (iri və xırda, pambıq, taxıl sahələrinin) mal-qaranın talaması ilə bağlı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulsun. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 51150 (əlli bir min yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq İddiaçı1 X5 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...... 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi miqdarında dövlət rüsumu ödənilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə, 243,45 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və X10 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və X10 müştərək qaydada 51150 (əlli bir min yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı1 X5 ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X10 müştərək qaydada 51150 (əlli bir min yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı1 X5 ödənilsin. 243,45 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və X10 müştərək qaydada tutularaq dövlət büdcəsinə Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Mahmud