Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1767/2024 17.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, Ərizəçi İddiaçı ASC-nin borclu Cavabdeh qarşı "borc" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ASC-nin borclu Cavabdeh qarşı "borc" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1511.76 manat məbləğində əsas kreit borcunun 266.18 manat məbləğində kreditdən istifadəyə görə faiz borcunun, 151.18 manat məbləğində penya borcunun, cəmi 1929.12 manat məbləğində borcun, həmçinin 20 manat məbləğində dövlət rüsumunun kreditor “«Bank Respublika”” ASC-yə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ASC məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə tarixə təyin edilmiş iclaslara gəlməmişlər. Bundan başqa, ərizəçi işə onun iştirakları olmadan baxılmasını xahiş etməmişdir Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiyindən belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi "Bank Respublika” ASC-nin borclu Cavabdeh qarşı "borc" qarşı tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1767/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1767/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver