Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1771/2025 08.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2386 (iki min üç yüz səksən altı) manat məbləğində pulun və ödədiyi 45 (qırx beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İmişli şəhəri, Ə.Qurbanov küçəsi ev-5də yaşayır. İmişli rayonu, Cavadxanlı kənd sakini Cavabdeh onun yaşadığı yerin yaxınlığında kirayədə yaşadığı vaxtdan tanımışdır. Belə ki, o, nəvəsi və qonşu uşaqları təhsil aldıqları məktəbə idarə etdiyi avtomobillə aparırdı. Həmin vaxt Aynur da ondan xahiş etdi ki, onun məktəbdə oxuyan uşaqlarını da məktəbə aparım. Bəzi hallarda avtomobildə oturmaq yeri olanda o, onu işlədiyi “AYNA”ya da aparmışdır. Beləcə bir qonşu onunla münasibət yaratmışdır. Söhbət zamanı bildirmişdir ki, ərindən boşanıb, üç uşağı özü saxlayır. Sonradan Aynurun kirayədə qaldığı evin sahibi evini satdı və Aynur da bundan sonra başqa yerdə kirayə evdə orada yaşamışdır. Bir dəfə Aynur ona dərdini danışdı ki, borcu var, borc sahibi pulunu istəyir ona köməklik göstərim. Özün bilirsən ki, o, işləyir, həm də aliment pulu alır. Adına kredit var, ona görə də bank ona pul vermir. Ona kömək et, adına kredit götürüm, borcumu bağlayım, sonra sənin kredit pulunu o, banka aylar üzrə özü ödəyəcək. Ailə başçısı olmadığına və 3 azyaşlı uşaqlarını nəzərə alıb Aynurun təklifi ilə razılaşmışdır. Razılaşma belə idi ki, o, 1000 manat götürəcəkdir. Buna görə də Aynurla birlikdə kredit götürmək məqsədilə “Kapital Bankın” 12 mart 2024-cü il tarixdə İmişli filialına getmişlər. Kredit sənədləşməsi yazılarkən Aynur yenə də onu inandırdı ki, pulu, vaxtında ödəyəcək, krediti bir az çox götürüm. O da fikirləşmiş ki, Aynur ayda 700-800 manat arası əmək haqqı və aliment pulu alır. Ona görə də razılıq verdi. M-Onun adına 2540 manat kredit pulu yazıldı. 2540 pulu bankdan almış, lakin pulu həmin gün ona verməmişdir. Bu müqaviləni sənədləşdirmək üçün İmişli “ASAN XİDMƏT” mərkəzinə getmişdir. “ASAN XİDMƏT” mərkəzində Aynur notariusun yanında anasını və qardaşını görmüş və buna görə həmin sənədi yazdırmamışdır. Aynur xahiş etdi ki, ondan pul almağını anası və qardaşı bilməsin. Ona görə Aynur onunla 13 mart 2024-cü il tarixdə yenidən “ASAN XİDMƏT” mərkəzinə getmişlər. Orada Cavabdeh onun adına 12 mart 2024-cü il tarixdə aldığı 2540 manata görə hər ay 254,39 qəpik olmaqla ümumi 2540 manat pul məbləğinin ödənilməsini öhdəsinə götürdü. O da adına GTKR6822119B167 nömrəli kredit müqaviləsinə əsasən götürdüyü 2540 manat pulu notariusun yanında Aynur ondan götürmüşdür. Bu barədə tərtib edilmiş ərizə notariatda yazılıb təsdiq edildi. Aynur həmin puldan 2 ay ödənişi natamam da olsa ödəmiş, lakin sonra ödəniş etməmiş, kredit gecikməyə düşmüş və buna onun pensiya pulundan gecikdirdiyi 11 günə görə 275 manat pul tutulmuşdur. Bundan sonra mütəmadi olaraq pensiyası tutulmuşdur. Bu hesaba onun pensiyasından cəmi 2386 manat pul tutulmuşdur. O, krediti bağladıqdan sonra Aynurdan pulunu tələb etmişdir. Lakin, Aynur müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırır. Ona görə də Cavabdeh görə pensiyasından tutulmuş 2 386 manat pulu almaqdan ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İşin faktiki halları: İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli notariat qaydada bağlanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh yazaraq bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin İmişli filalından aldığı GTKR6822119B167 saylı kredit müqaviləsinə əsasən aylıq 254.39 qəpik olmaqla ümumi 2540 manat pul məbləğinin ödənilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı İmişli rayon filialında xx.xx.2024-cü il tarixində rəsmləşmiş GTKR6822119B167 nömrəli kredit müqaviləsi üzrə borcu tam olaraq ödənilib və hazırda bununla bağlı bank qarşısında öhdəliyi mövcud deYildir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.4-cü icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 528-ci öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 529.1-ci borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, Cavabdeh notariat ofisində 13 mart 2024-cü il tarixdə ərizə verərək iddiaçıdan 2540 manat pul almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin İmişli filalından aldığı GTKR6822119B167 saylı kredit müqaviləsinə əsasən aylıq 254.39 qəpik olmaqla ümumi 2540 manat pul məbləğinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh borc almış olduğu pulun qaytarılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müqavilə üzrə qəbul etdiyi öhdəliyini vaxtında icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 2386 (iki min üç yüz səksən altı) manat pul tutularaq iddiaçıya ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə əsasında iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh borc aldığı 2386 (iki min üç yüz səksən altı) manat pul vəsaiti iddiaçıya qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, 45 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh borc olaraq alınmış 2386 (iki min üç yüz səksən altı) manat və ödədiyi 45 (qırx beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1771/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1771/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver