Məhkəmə qərarları › İş №2(036)-1801/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1801/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1801/2024 17.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şıraliyeva Günel Mirzə qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh olan dəyəri 1800 manat olan bir baş inəyin və dəyəri 350 manat olan bir baş qoyunun və ya onların dəyəri olaraq 2150 manat məbləğində pulun və zəhmət haqqı olan 350 manat pulun cəmi 2500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, aralarında olan qarşılıqlı razılaşmaya əsasən Cavabdeh ilə razılığa gəlib 2020-ci ildən etibarən Cavabdeh məxsus olan fermada cavabdehin qoyunlarını otarmağa başlamışdır. Onun əsas işi məhz cavabdehə məxsus olan qoyunları otarmaq və becərmək olmuşdur. O, xx.xx.2024-cü il tarixdə cavabdehə məxsus olan fermadan çoban işləməkdən çıxmışdır. Lakin Cavabdeh ona bildirdi ki, onun yəni cavabdehin bir baş inəyini canavar yediyinə görə cavabdeh onun əmək haqqı olan 350 manat pulu, 1800 manat dəyərində bir baş iri buynuzlu inəyini və bir baş 350 manat dəyərində olan qoyununu onun canavar yemiş inəyinin əvəzi olaraq ona verməyəcəkdir. Halbuki, onun inəklərini saxlamaq, onlara nəzarət etmək onun işi deyildir. Cavabdehin inəyi saxlanc yerindən çıxıb qaçmış və gecə vaxtı həmin inəyi canavar yemişdir. O, yalnız Cavabdeh qoyunlarına baxırdı. İnəklərə baxmaq isə ona həvalə edilməmişdir, o, cavabdehin inəklərini saxlamağa, becərməyə, otarmağa və qorumağa borclu deyildir. Qeyd edir ki, cavabdehin ondan məcburi qaydada tutub aldığı bir baş inək fevral - mart aylarında balalamalı idi, bu günədək həmin inəyin artıq bir balası da var. Cavabdeh hərəkətləri qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və onun təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildir ki, fermadan heyvanları çıxararkən 5 keçi, 1 qoyun, 3 quzusunu aparmışdır. Cavabdeh ona məxsus olan bir baş inək, bir baş qoyun birkalayaraq öz heyvanlarına qatmışdır. Bunu da onunla əsaslandırmışdlr ki, guya iddiaçının səhvinə görə cavabdehin heyvanları həlak olmuşdur. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, İddiaçı onun yaxın qohumudur və fermanı ona tapşırmışdır. İddiaçı heyvanları yiyəsiz buraxdığı üçün heyvanlara zərər dəymişdir. Özü şəhərdə yaşayır. İddiaçı ona vurduğu ziyanı ödəmədən və özünə məxsus heyvanlarını ona demədən ayırıb çıxıb getmişdir. Məhkəmədən ona bildiriş gələndən sonra məlumatı olub ki, İddiaçı onun barəsində məhkəməyə şikayət edib. Ona görə də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X2 izahatında bildirdi ki, o, həmin fermada işləyir və heyvanlara baxır. Fermanın sahibi Cavabdeh Bakı şəhərində olduğu ərəfədə İddiaçı özünə məxsus heyvanları da götürüb getdi. Onlar tərəfindən İddiaçı təkidlə deyilsə də ki, fermanın sahibi gəlsin onunla razılaş sonra çıx get. İddiaçı heç bir məhəl qoymayaraq çıxıb getmişdir. Kimin heyvanları apardığını bilmir. Saymağı bilmədiyi üçün neçə heyvan apardığını bilmir. Özü heyvanları seçib yığmışdır. Fermanın sahibi gəlib heyvanları sayıb əskik olduğunu bildirəndən sonra məlumatı olmuşdur ki, heyvanlardan kəmdir. Məhkəmə iclasında şahid X3 izahatında bildirdi ki, o, həmin fermada sağıcı işləyir. İddiaçı tanıyır onunla birlikdə işləmiş və onunla heç bir düşmənçiliyi və ədavatı yoxdur. Fermanın sahibi Cavabdeh Bakı şəhərindən gəlməyinə üç qalmışdır ki, Elman Həsənov heyvanlarını yığıb getdi. Elman Həsənov heyvanlara baxmırdı heyvanlar tələf olurdu. X6 bir baş iri buynuzlu və dörd baş xırda buynuzlu və iki quzusu olmuşdur. Onun yerinə başqa çoban gələcəyinə görə ona bildirilmişdir ki, heyvanlar qalsın özü getsin. Üç baş inək, iki keçi və üç qoyun özü ilə aparmışdır. Həmin fermada ölən heyvanın əvəzinə cavabdeh iddiaçı Elman Həsənova məxsus bir baş inəyi və bir baş qoyunu əvəz olaraq saxlanmışdır. Həmin heyvanları gəlib aparmamış və istəməmişdir. Həmin heyvanlar da tələf olmuşdur. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə hesab edir ki, şahid X1 ifadəsi ilə sübut olunur ki, hHəmin fermada ölən heyvanın əvəzinə cavabdeh iddiaçı Elman Həsənova məxsus bir baş inəyi və bir baş qoyunu əvəz olaraq saxlanmışdır. Həmin heyvanları iddiaçı aparmamış və istəməmişdir. Həmin heyvanlar da tələf olmuşdur. Məhkəmə şahid X1 ifadəsini mötəbər sübut kimi qəbul edir. Şahid cavabdeh tərəfindən məhkəməyə dəvət edilməsinə baxmayaraq, onun əleyhinə ifadə verdiyi ifadəsini iddia tələbinin qismən təmin edilməsi üçün əsas hesab edir. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin yaranması əsaslarından biri də əsassız varlanmadır. Nə qədər ki, məhkəmədə Cavabdehnın əsassız varlanma faktı müəyyən edilmişdir, onun bu günə iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şahid ifadəsi ilə İddiaçı məxsus həmin fermada ölən heyvanın əvəzinə cavabdeh tərəfindən bir baş inəyin və bir baş qoyunun əvəz olaraq saxlanılması və həmin heyvanların da ölməsi təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin istifadəsində olması. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunmuş bir baş iri buynuzlu inəyin dəyəri olan 1800 (bir səkkiz yüz) manat və bir baş xırda buynuzlu qoyunun dəyəri olan 350 (üç yüz əlli) manat cəmi 2150 (iki min yüz əlli) məbləğində pul Cavabdeh alınaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı etiraf olunmayan əmlakların mövcudluğunu, dəyərini və onların hazırda cavabdehdə olduğunu sübut etməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəf onun fermasında çoban işləyərək əmək haqqı aldığını, hazırda da cavabdeh tərəfindən ödənilmədiyini bildirsə də, həmin fermada çoban işləyərək əmək haqqı alması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş və göstərilənlər məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Məhkəmə iddia tələbinin zəhmət haqqı kimi 350 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, sübut etmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbinin həmin hissəsini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və həmin hallarla bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh bir baş iri buynuzlu inəyin dəyəri olan 1800 (bir min səkkiz yüz) manat və bir baş xırda buynuzlu qoyunun dəyəri olan 350 (üç yüz əlli) manat cəmi 2150 (iki min yüz əlli) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 47 manat dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən 41.5 manat (qırx bir manat əlli qəpik) məbləğində rüsumun əvəzi tutularaq iddiaçıya ödənilməli, qalan 5.5 manat (beş manat əlli qəpik) dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh bir baş iri buynuzlu inəyin dəyəri olan 1800 (bir min səkkiz yüz) manat və bir baş xırda buynuzlu qoyunun dəyəri olan 350 (üç yüz əlli) manat cəmi 2150 (iki min yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 41.5 manat (qırx bir manat əlli qəpik) məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar