Məhkəmə qərarları › İş №2(036)-182/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-182/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-182/2025 16.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı XXX İddiaçı iştirakı ilə, İddiaçı XXX İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı XXX İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü oğlu X1 üçün uşaq yetkinlik yasına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsasları: İmişli rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra uşaq onun himayəsində saxlanılmş və uşağın yetkinlik yaşına çatana qədər onun saxlanılması üçün cavadehdən hər ay 100 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda oğlu böyüyüb və İmişli rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşagın heç bir tələbatının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşagın bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşagın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manata çatdırılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı XXX İddiaçı iddia ərizəsini müdafiə edərək ailə münasibətlərinin pozulduğunu, ayrı yaşadığını, alimentin az olduğunu və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA ******* nömrəli AR X3 surətinə əsasən XXX İddiaçı xx.xx.1996-cı ildə anadan olmuşdur. İş materiallarında olan AA ******* nömrəli AR X3 surətinə əsasən X6 xx.xx.2015-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin 2(036)-84/2017-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar verilmiş xx.xx.2017-ci il tarixli 2(036)-84/2017 nömrəli icra vərəqəsindən görünür ki, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 İddiaçı yanında qalsın və uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Təhməzova İddiaçı xeyrinə Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin övladları xx.xx.2015-ci il təvəllüdlü X6 iddiaçının (anasının) himayəsindədir. İmişli Rayon Məhkəməsinin 2(036)- 84/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay cavabdehdən 100 (bir yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı Təhməzova İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamənin qəbul edilməsin 8 ildən artıq müddət keçdiyi üçün ödənilən aliment məbləği uşağın saxlanması üçün kifayət etmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.11-1-ci bəndində qeyd edilir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Alimentin artırılması ilə əlaqədar XXX İddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə əlaqədar məhkəmə hesab edir ki, uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçının çəkməsi, maddi tələbatlarının ödənilməsinin çətinliyi, təyin edilmiş 100 (bir yüz) manat məbləğində alimentin uşağın ehtiyaclarını ödəməməsi ilə əsaslandırdığı üçün iddia qismən təmin edilməlidir. Belə ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından və alimentin təyin edilməsin 7 ildən artıq müddət keçdiyi üçün - uşağın saxlanması üçün cavabdehdən tutulmuş sabit pul məbləğində alimentin miqdarı artırılmalıdır. 2024-cü il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqının miqdarı nəzərə alınmalı və uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün İmişli Rayon Məhkəməsinin 2(036)-84/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh oğlundan iddiaçı XXX İddiaçı xeyrinə tutulan 100 (bir yüz) manat məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2024-cü il tarixdən etibarən sabit pul məbləğində - sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,53 misli miqdarında aliment tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, 2024-cü il üzrə minimum əmək haqqı 345 manat və 2025-ci il üzrə isə minimum əmək haqqı 400 manat təşkil edir. Lakin iddiaçı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, aliment ərizənin verildiyi 2024-cü il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir (345 (2024-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqı) x 0,53 = 182.85 manat). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-84/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh oğlundan iddiaçı XXX İddiaçı xeyrinə tutulan 100 (bir yüz) manat məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2024-cü il tarixdən etibarən sabit pul məbləğində sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,53 misli miqdarında aliment müəyyən edilməlidir. xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,53 misli miqdarında pul vəsaiti iddiaçı XXX İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İmişli Rayon Məhkəməsinin 2(036)-84/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh oğlundan iddiaçı XXX İddiaçı xeyrinə tutulan 100 (bir yüz) manat məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2024-cü il tarixdən etibarən sabit pul məbləğində sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,53 misli miqdarında aliment müəyyən edilsin. xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,53 misli miqdarında pul vəsaiti iddiaçı XXX İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar