Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1831/2024 01.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, İddiaçı İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri X8 və X9 iştirakı ilə, İddiaçı İmişli Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı İmişli Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərlərinə həbs qoyulmuş, müsadirə edilən əmlakları hesabına İmişli Rayon İcra Hakimiyyətinə vurulmuş 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat ziyanın İmişli Rayon İcra Hakimiyyətinin yarımçıq qalmış inzibati binasının tikintisini başa çatdırmaq üçün İmişli Rayon İcra Hakimiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli, 890 saylı Sərəncamı ilə İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın layihələndirilməsi və tikintisi üçün 1 000 000 (bir milyon) manat, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli, 1752 saylı Sərəncam ilə isə 3 000 000 (üç milyon) manat olmaqla, cəmi ******* (dörd milyon) manat vəsait ayrılmışdır. İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Cavabdeh 05 may 2020-ci il tarixdə törətdiyi cinayət əməllərinə görə həbs edildikdən sonra onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü, 228.1-ci, 308.1-ci, 308.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisinin aparılması məqsədi ilə İmişli Rayon İcra Hakimiyyəti aparatı tərəfindən 15 mart 2019-cu il tarixdə keçirilən dövlət satınalma müsabiqələrinin qalibi olmuş "xxxx" MMC-nin İmişli Rayon icra Hakimiyyətinin yeni inzibati binasının inşası ilə bağlı gördüyü işlərə görə xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində, həmin MMC-nin layihə rəhbəri X1 şəxsən özü üçün maddi nemət olan 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləğində külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində istəyərək, aralarında olan razılığa əsasən vahid qəsdlə əhatə olunmaqla Səyalı Səfərova tərəfindən 28 iyul 2019-cu il tarixdən 11 aprel 2020-ci il tarixədək olan dövr ərzində tələb olunan rüşvət məbləğinin hissə-hissə onun göstərişlərini icra edən sürücüsü X10 və İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş mühasibi X14 təqdim etdikdən sonra sonuncudan, yəni 28 iyul 2019-cu il tarixdə Bakı şəhəri Dəniz Vağzalının qarşısında Cəmil Musayevdən 76.200 manat, 12 avqust 2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi “Seabreaze" bağ massivində Cəmil Musayevdən 342.000 manat, 10 fevral 2020-ci il tarixdə İmişli rayon şəkər zavodunun həyətində Cəmil Musayevdən 15.000 manat, 04 mart 2020-ci il tarixdə İmişli rayon şəkər zavodunun həyətində Cəmil Musayevdən 51.393 manat, 14 mart 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ‘20 Yanvar” metro stansiyasının yaxınlığında Cəmil Musayevdən sürücüsü Elçin Məmmədov vasitəsilə 107.000 manat, 25 mart 2020-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayonu Şüvəlan qəsəbəsində Səyalı Səforovadan sürücüsü Elçin Məmmədov vasitəsi ilə 170.000, 11 aprel 2020-ci il tarixdə kirayə yaşadığı İmişli rayon şəkər zavodunun yataqxanasında Cəmil Musayevdən 59.700 manat təhvil almaqla ümumilikdə 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləğində külli miqdarda rüşvət almışdır. Nəticədə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi üçün ayrılmış vəsaitin 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləği "xxxx" MMC-nin layihə rəhbəri Səyalı Səfərovadan alındığı və həmin vəsait yerində olmadığından binanın tikintisi bu günə qədər başa çatdırılmamışdır. Bütün bunlar istintaq və məhkəmə prosesində sübuta yetirilmiş, İmişli Rayon İcra Hakimiyyəti zərər çəkmiş hüquqi şəxs kimi tanınmış və İmişli Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi X24 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi məhkəmə prosesində iştirak etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 1(101)- 163/2022 saylı hökmü ilə Cavabdeh 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və əmlakı müsadirə edilmişdir. Məhkəmənin hökmündə üzərlərinə həbs qoyulmuş müsadirə edilən əmlaklar hesabına zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və qalan hissəsini dövlət nəfinə alınması qeyd olunmuşdur. Cavabdeh vəkillərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 1(101 )- 163/2022 saylı hökmündən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndələri X16 və X17 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh vəkili və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin vəkili və ya nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsini qəbul etmir. Tələbin cavabdeh olaraq ona heç bir aidiyyəti yoxdur. İddiaçı ona məxsus müsadirə edilmiş əmlakdan vurulmuş ziyanın ödənilməsini tələb edir, ancaq cavabdeh olaraq onu təqdim edir. Onun cavabdeh olaraq dövlətin müsadirə etdiyi əmlak üzərndə sərəncam vermək hüququ yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-163/2022 saylı Hökmü və həmin Hökmü qanuni qüvvədə saxlayan məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, - cinayət işinin 01-ci cildinin 323-325-ci vərəqlərində olan 05 may 2020-ci il tarixli “şübhəli şəxsi dindirmə” protokolundan görünür ki, Cavabdeh müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, İmişli RİH-nin yeni inzibati binasının tikintisini həyata keçirən "xxxx" MMC-in nümayəndəsi Səyalı Səfərovadan bu məqsədlə ayrılmış 4.000.000 manat məbləğində büdcə vəsaitinin 30 faizini “otkat”, yəni rüşvət şəklində ona qaytarılmasını tələb etmiş və Səyalı Səfərova ona həmin vəsaiti verməyə razı olmuşdur. Həmin razılığa əsasən X27 Musayevin vasitəsi ilə ona 28 iyul 2019-cu il tarixdə 76.200 manat, 12 avqust 2019-cu il tarixdə 152.900 manat, 08 fevral 2020-ci il tarixdə 342.000 manat, 14 fevral 2020-ci il tarixdə 39.400 manat və əlavə olaraq 15.000 manat, 14 mart 2020-ci il tarixdə isə onun tapşırığı əsasında sürücüsü Elçin Məmmədova Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığında 137.000 manat təhvil verilmişdir. Beləliklə də Səyalı Səfərova həmin binanın tikintisi ilə bağlı ona ümumilikdə 984.600 manat pul vermişdir. Göründüyü kimi məhkəmə hökmündən iddia ərizəsinə köçürülən cinayət işi üzrə işin hallarından müəyyən olunur ki, iddia ərizəsində tələb edilən vəsaitə münasibətdə hüquqi araşdırma aparılaraq Bakı Ağır Cinayətlər xx.xx.2022-ci il tarixli, 1(101)-163/2022 saylı Hökmü və həmin hökmü həmin hissədə qüvvədə saxlayan məhkum qərarları ilə hüquqi qiymətləndirmə aparılmışdır. Yekun nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-163/2022 saylı Hökmü ilə həmçinin mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülki iddiası təmin edilərək, mülki Cavabdeh 274.894,22 (iki yüz yetmiş dörd doxsan dörd manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, 6.354.384 manat məbləğində nağd pul vəsaitinin xüsusi müsadirə edilməsi, üzərlərinə həbs qoyulmuş müsadirə edilən əmlaklar hesabına zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilməsi, qalan hissəsi isə dövlət nəfinə alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-163/2022 saylı Hökmü qeyd edilən hissədə dəyişdirilmədən saxlanılaraq hazırda qanuni qüvvəsini almışdır. Göründüyü kimi iddianın digər əsassızlığı bundan ibarətdir ki, iddia ərizəsində qeyd edilən məbləğin büdcəyə ödənilməsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-163/2022 saylı Hökmündə qiymət verilmiş və müsadirə edilmiş əmlaklar hesabına ödənilməsi hökm edilmişdir. Hazırda iddiaçının artıq müəyyən edilmiş və hökmlə həll edilmiş məsələnin yenidən bu formada məhkəmə qaydasında müraciət edərək tələb edilməsi yol veriməzdir. İşin faktiki halları: İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-163/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə hökm edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 228.1, 308.1, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Cavabdeh qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cavabdeh cəzaçəkmə müddətinin əvvəli 05 may 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313- cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülki iddiası təmin edilsin. Mülki Cavabdeh 274.894,22 (iki yüz yetmiş dörd min səkkiz yüz doxsan dörd manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. X2 adına rəsmiləşdirilmiş və üzərlərinə həbs qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən 55 №-li fərdi ev, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 943-cü məhəllə, bina 45 mənzil 47, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16a mənzil 106 (Yeni qaydalarla H.Z.Tağıyev küçəsi 528 mərtəbə 13 mənzil 7), Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16a mənzil 94 (Yeni qaydalarla H.Z.Tağıyev küçəsi 528 mərtəbə 12 mənzil 4), Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16a mənzil 103 (Yeni qaydalarla H.Z.Tağıyev küçəsi 528 mərtəbə 13 mənzil 4), Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16a mənzil 44 (Yeni qaydalarla H.Z.Tağıyev küçəsi 528 mərtəbə 6 mənzil 8), Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən 32L №li ev, X2 adına rəsmiləşdirilmiş BMW X5 markalı Az **-CM-*** dövlət qeydiyyat nömrəli minik avtomobili, X4 adına rəsmiləşdirilmiş «X34 Rover» markalı Az **- KH-*** dövlət qeydiyyat nömrəli minik avtomobili, X2 təsisçisi olduğu "xxxx" MMC-yə sənədləşdirilmiş «BMW 740İ» markalı Az **-AZ-*** dövlət qeydiyyat nömrəli və «Bentley Continental GT» markalı Az **-PR-*** dövlət qeydiyyat nömrəli minik avtomobilləri, həmçinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsində saxlanılan 6.298.834 manat ekvivalentində 2.504.057 ABŞ dolları, 1.006.470 Avro, 365 İngilis funt sterlinqi, 60 İsveçrə frankı, 455 Türk lirəsi, 1.970 BƏƏ dirhəmi, 19.350 Rusiya rublu şəklində xarici valyutalar və 55.550 manat olmaqla, cəmi 6.354.384 manat məbləğində nağd pul vəsaiti xüsusi müsadirə edilsin. Üzərlərinə həbs qoyulmuş müsadirə edilən əmlaklar hesabına zərər çəkmiş şəxslərə vurulmuş ziyan ödənilsin, qalan hissəsi isə dövlət nəfinə alınsın. Cinayət işi üzrə ekspertiza xərclərinin və mütəxəssis fəaliyyətinin dəyəri 5.239,17 (beş min iki yüz otuz doqquz manat on yeddi qəpik) manat Cavabdeh tutulmaqla dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş Cavabdeh 11 aprel 2020-ci il tarixdə yaşadığı İmişli şəkər zavodunun yataqxanasında olan mənzilində aparılan əməliyyat videoçəkilişi, Cavabdeh və onunla əlaqədar olan şəxslərlə telefon danışıqları, İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatinin baş mühasibi X12 istintaqa təqdim etdiyi qeydiyyat dəftəri, fleşkart tipli elektron daşıyıcıda saxlanılan «Respublika büdcəsi» adlı «exsel» tipli, «Hesabat 2019» və «Evler» adlı «word» tipli fayllar, İmişli şəhəri Şadlinskiy küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasındakı mənzillər və onların sahibləri haqqında 08 vərəqdə məlumat vərəqi, X3 istintaqa təqdim etdiyi əmək haqqları mənimsənilən "xxxx" MMC ilə əmək müqaviləsi bağlamış İmişli rayonu üzrə ictimai işçilərin 03 vərəqdə siyahısı, İmişli rayonu üzrə "xxxx" MMC ödənişli ictimai işçilərin 2019-cü ilə aid əmək haqqı tabelləri, 2016-2018-ci illər üzrə İmişli Kommunal Xidmətlər Kombinatının ödənişli ictimai işçilərin tabel cədvəlləri, Kapital bank ASC tərəfindən xx.xx.2020-ci il tarixli 157000/2-4316 №-li məktubla göndərilmiş "xxxx" MMC vasitəsilə işə cəlb edilmiş, ümumilikdə 137 nəfər şəxsə məxsus əmək haqqı kartları üzrə bankomantlardan nağdlaşdırma əməliyyatlarını həyata keçirən şəxslərin foto görüntülərinin əks olunduğu 01 ədəd CD disk, şahid X5 istintaqa təqdim etdiyi fotojurnal sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası DTX Maddi-texniki təminat idarəsinin Silah-sursat anbarına təhvil verilmiş 177 ədəd 7.62 mm kalibrli patron Azərbaycan Respublikası DİN Maddi-texniki təminat idarəsinə təhvil verilsin, 4 ədəd 7.62 mm kalibrli patronun gilizi və 1 ədəd 7.62 mm kalibrli patronun mərmisi təyinatını itirdiyindən məhv edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-569/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hökmdən məhkum edilmiş şəxs-mülki Cavabdeh müdafiəçisi X21, maraqlı şəxs X11, eyni zamanda digər maraqlı şəxs (hüquqi şəxs) "Xəzər-222” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X6 və maraqlı şəxslərin (hüquqi şəxsin) nümayəndəsi (vəkil) X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin həmin qərarla qərara alınmışdır ki, kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 228.1, 308.1, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 313.3.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilədək, CM-nin 179.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti isə onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə - 08 (səkkiz) il 03 (üç) ayadək endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, Cavabdeh hazırki qərarla və 25 iyul 2022-ci il tarixli hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 308.1 və 308.2-ci maddələri ilə təyin edilmiş əsas və həmin Məcəllənin 179.4, 308.1, 308.2, 311.3.2, 311.3.3-cü maddələri ilə təyin olunmuş əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi: 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.4. Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarına əsasən: Qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən: “Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarına əsasən: məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-163/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə hökm edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 228.1, 308.1, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Cavabdeh qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cavabdeh cəzaçəkmə müddətinin əvvəli 05 may 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313- cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülki iddiası təmin edilsin. Mülki Cavabdeh 274.894,22 (iki yüz yetmiş dörd min səkkiz yüz doxsan dörd manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. X2 adına rəsmiləşdirilmiş və üzərlərinə həbs qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən 55 №-li fərdi ev, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 943-cü məhəllə, bina 45 mənzil 47, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16a mənzil 106 (Yeni qaydalarla H.Z.Tağıyev küçəsi 528 mərtəbə 13 mənzil 7), Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16a mənzil 94 (Yeni qaydalarla H.Z.Tağıyev küçəsi 528 mərtəbə 12 mənzil 4), Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16a mənzil 103 (Yeni qaydalarla H.Z.Tağıyev küçəsi 528 mərtəbə 13 mənzil 4), Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16a mənzil 44 (Yeni qaydalarla H.Z.Tağıyev küçəsi 528 mərtəbə 6 mənzil 8), Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən 32L №li ev, X2 adına rəsmiləşdirilmiş BMW X5 markalı Az **-CM-*** dövlət qeydiyyat nömrəli minik avtomobili, X4 adına rəsmiləşdirilmiş «X34 Rover» markalı Az **- KH-*** dövlət qeydiyyat nömrəli minik avtomobili, X2 təsisçisi olduğu "xxxx" MMC-yə sənədləşdirilmiş «BMW 740İ» markalı Az **-AZ-*** dövlət qeydiyyat nömrəli və «Bentley Continental GT» markalı Az **-PR-*** dövlət qeydiyyat nömrəli minik avtomobilləri, həmçinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsində saxlanılan 6.298.834 manat ekvivalentində 2.504.057 ABŞ dolları, 1.006.470 Avro, 365 İngilis funt sterlinqi, 60 İsveçrə frankı, 455 Türk lirəsi, 1.970 BƏƏ dirhəmi, 19.350 Rusiya rublu şəklində xarici valyutalar və 55.550 manat olmaqla, cəmi 6.354.384 manat məbləğində nağd pul vəsaiti xüsusi müsadirə edilsin. Üzərlərinə həbs qoyulmuş müsadirə edilən əmlaklar hesabına zərər çəkmiş şəxslərə vurulmuş ziyan ödənilsin, qalan hissəsi isə dövlət nəfinə alınsın. Cinayət işi üzrə ekspertiza xərclərinin və mütəxəssis fəaliyyətinin dəyəri 5.239,17 (beş min iki yüz otuz doqquz manat on yeddi qəpik) manat Cavabdeh tutulmaqla dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş Cavabdeh 11 aprel 2020-ci il tarixdə yaşadığı İmişli şəkər zavodunun yataqxanasında olan mənzilində aparılan əməliyyat videoçəkilişi, Cavabdeh və onunla əlaqədar olan şəxslərlə telefon danışıqları, İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatinin baş mühasibi X12 istintaqa təqdim etdiyi qeydiyyat dəftəri, fleşkart tipli elektron daşıyıcıda saxlanılan «Respublika büdcəsi» adlı «exsel» tipli, «Hesabat 2019» və «Evler» adlı «word» tipli fayllar, İmişli şəhəri Şadlinskiy küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasındakı mənzillər və onların sahibləri haqqında 08 vərəqdə məlumat vərəqi, X3 istintaqa təqdim etdiyi əmək haqqları mənimsənilən "xxxx" MMC ilə əmək müqaviləsi bağlamış İmişli rayonu üzrə ictimai işçilərin 03 vərəqdə siyahısı, İmişli rayonu üzrə "xxxx" MMC ödənişli ictimai işçilərin 2019-cü ilə aid əmək haqqı tabelləri, 2016-2018-ci illər üzrə İmişli Kommunal Xidmətlər Kombinatının ödənişli ictimai işçilərin tabel cədvəlləri, Kapital bank ASC tərəfindən xx.xx.2020-ci il tarixli 157000/2-4316 №-li məktubla göndərilmiş "xxxx" MMC vasitəsilə işə cəlb edilmiş, ümumilikdə 137 nəfər şəxsə məxsus əmək haqqı kartları üzrə bankomantlardan nağdlaşdırma əməliyyatlarını həyata keçirən şəxslərin foto görüntülərinin əks olunduğu 01 ədəd CD disk, şahid X5 istintaqa təqdim etdiyi fotojurnal sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası DTX Maddi-texniki təminat idarəsinin Silah-sursat anbarına təhvil verilmiş 177 ədəd 7.62 mm kalibrli patron Azərbaycan Respublikası DİN Maddi-texniki təminat idarəsinə təhvil verilsin, 4 ədəd 7.62 mm kalibrli patronun gilizi və 1 ədəd 7.62 mm kalibrli patronun mərmisi təyinatını itirdiyindən məhv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-569/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə qərara alınmışdır ki, kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 228.1, 308.1, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 313.3.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilədək, CM-nin 179.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti isə onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə - 08 (səkkiz) il 03 (üç) ayadək endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, Cavabdeh hazırki qərarla və 25 iyul 2022-ci il tarixli hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 308.1 və 308.2-ci maddələri ilə təyin edilmiş əsas və həmin Məcəllənin 179.4, 308.1, 308.2, 311.3.2, 311.3.3-cü maddələri ilə təyin olunmuş əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırki iddia tələbi ilə iddiaçı Cavabdeh üzərlərinə həbs qoyulmuş, müsadirə edilən əmlakları hesabına İmişli Rayon İcra Hakimiyyətinə vurulmuş 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat ziyanın İmişli Rayon İcra Hakimiyyətinin yarımçıq qalmış inzibati binasının tikintisini başa çatdırmaq üçün İmişli Rayon İcra Hakimiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, hazırki iş üzrə Cavabdeh məhkəmə hökmü ilə Cinayət Məcəlləsinin 179.4, 228.1, 308.1, 308.2, 311.3.2, 311.3.3-cü maddələri ilə məhkəmə hökmü ilə təqsirli bilinib məhkum edilməsini və qərarın qanuni qüvvəyə minməsini və həmin hökmün cavabdehə aid hissədə hazırki işdə preyudisial əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı ondan cinayət yolu ilə alınmış 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləğində pul vəsaitini cavabdehdən mülki məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-163/2022 nömrəli 25 iyul 2022-ci il tarixli hökmü, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-569/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar 2019-cu ilin iyun ayından 2020-ci ilin may ayınadək olan müddət ərzində İmişli Rayon İcra Hakimiyyəti aparatı tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi olmuş "NTC Company” MMC-nin İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının inşası ilə bağlı gördüyü işlərə görə xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində, həmin MMC-nin layihə rəhbəri X1 şəxsən özü üçün maddi nemət olan 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləğində külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində istəyərək, aralarında olan razılığa əsasən vahid qəsdlə əhatə olunmaqla Səyalı Səfərova tərəfindən 28 iyul 2019-cu il tarixdən 11 aprel 2020-ci il tarixədək olan dövr ərzində tələb olunan rüşvət məbləğinin hissə-hissə onun göstərişlərinin icra edən sürücüsü X10 və İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş mühasibi X15 təqdim etdikdən sonra sonunculardan yəni 28 iyul 2019-cu il tarixdə Bakı şəhəri Dəniz Vağzalının qarşısında Cəmil Musayevdən 76.200 manat, 12 avqust 2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi «Seabreaze» bağ massivində Cəmil Musayevdən 152.900 manat, 08 fevral 2020-ci il tarixdə İmişli rayon şəkər zavodunun həyətində Cəmil Musayevdən 342.000 manat, 10 fevral 2020-ci il tarixdə İmişli rayon şəkər zavodunun həyətində Cəmil Musayevdən 15.000 manat, 04 mart 2020-ci il tarixdə İmişli rayon şəkər zavodunun həyətində Cəmil Musayevdən 51.393 manat, 14 mart 2020- ci il tarixdə Bakı şəhəri Yasamal rayonu "20 Yanvar” metro stansiyasının yaxınlığında Cəmil Musayevdən sürücüsü Elçin Məmmədov vasitəsilə 107.000 manat, 25 mart 2020-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayonu Şüvəlan qəsəbəsində Səyalı Səfərovadan sürücüsü Elçin Məmmədov vasitəsi ilə 170.000 manat, 11 aprel 2020-ci il tarixdə kirayə yaşadığı İmişli rayon şəkər zavodunun yataqxanasında Cəmil Musayevdən 59.700 manat təhvil almaqla ümumilikdə 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləğində külli miqdar rüşvət almışdır. Həmin cinayət işi üzrə iddiaçı İmişli Rayon İcra Hakimiyyəti zərər çəkmiş şəxs qismində tanınmış, ona 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləğində maddi zərər dəyməsi tam sübuta yetirilmişdir. Lakin, zərər çəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyi üçün dəymiş ziyan ona ödənilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-163/2022 nömrəli 25 iyul 2022-ci il tarixli hökmü cavabdehə aid hissədə hazırki işdə preyudisial əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cinayət əməli nəticəsində dəymiş maddi zərər ona ödənilməlidir. Cavabdeh etirazında göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(101)-163/2022 saylı hökmü ilə hazırki iddia tələbinə qiymət verilmiş və müsadirə edilmiş əmlaklar hesabına ödənilməsi hökm edilmişdir. Hazırda iddiaçının artıq müəyyən edilmiş və hökmlə həll edilmiş məsələnin yenidən bu formada məhkəmə qaydasında müraciət edərək tələb edilməsi yol veriməzdir. Məhkəmə cavadehin etirazına münasibətdə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-163/2022 saylı hökmündə zərər çəkmiş İmişli Rayon İcra Hakimiyyəti cinayət mühakimə icraatı zamanı mülki iddia ərizə ilə müraciət etmədiyi üçün cinayət əməli nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi məsələsinə hüquqi qiymət verilməmişdir. Həmin hökmlə yalnız digər zərərçəkmiş şəxs – mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülki iddiası təmin edilmiş və mülki Cavabdeh 274.894,22 (iki yüz yetmiş dörd min səkkiz yüz doxsan dörd manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi hökm edilmişdir. Buna görə də iddiaçı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia ərizəsi vermədiyi üçün hazırda mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır və cavabdehin etirazı əsassızdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh üzərlərinə həbs qoyulmuş, müsadirə edilən əmlakları hesabına İmişli Rayon İcra Hakimiyyətinə vurulmuş 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləğində maddi ziyan İmişli Rayon İcra Hakimiyyətinin yarımçıq qalmış inzibati binasının tikintisini başa çatdırmaq üçün İmişli Rayon İcra Hakimiyyətinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...... 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi miqdarında dövlət rüsumu ödənilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə, 1264.19 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh üzərlərinə həbs qoyulmuş, müsadirə edilən əmlakları hesabına İmişli Rayon İcra Hakimiyyətinə vurulmuş 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat ziyan İmişli Rayon İcra Hakimiyyətinin yarımçıq qalmış inzibati binasının tikintisini başa çatdırmaq üçün İmişli Rayon İcra Hakimiyyətinin hesabına ödənilsin. 1264.19 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1831/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1831/2024
01.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver