Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-185/2022 09.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X5 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30000 manat məbləğində maddi ziyanın və 10000 manat məbləğində mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh onun bacısı oğludur. 16.09.2019-cu il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində 90000 manata mənzil satmış, əldə edilmiş məbləğin 30000 manatını "xxxx" QSC-də AZ87ACAB******************** saylı əmanət hesabına yerləşdirmiş, 15000 manatını isə həyat yoldaşı X2 xərçəng xəstəliyinin müalicəsi üçün xərcləmişdir. Qalan 45000 manata isə Xırdalan şəhərindən mənzil almışdır. Sözügedən məbləğdə pulun bankda depozit hesabında olduğunu öyrəndikdən sonra bacısı oğlu, yəni hazırkı iş üzrə Cavabdeh onu dilə tutaraq, qayğısına qalacağını bildirib ondan 30000 manat məbləğində pulunu təsərrüfat yaratması üçün ona verməyi xahiş etmişdir. Cavabdeh həmin pula mal-qara alacaq, təsərrüfat yaradacaqdır, yaradılacaq təsərrüfatı idarə edərək, onu və özünü də dolandıracaqdı. O, cavabdehin bu vədlərin aldanaraq 17.12.2019-cu ilin tarixdə depozit əmanət hesabında olan məbləğin 20000 manatını adına olan hesabdan çıxararaq cavabdehin adına olan hesaba yatırmış, 10000 manat məbləğində olan hissəni isə nağdlaşdıraraq, mal-qara alınması üçün elə bankda cavabdehə vermişdir. Bundan sonra qısa müddət onu öz yanında, rayonda saxlayan Cavabdeh ona məxsus pulu tam ələ keçirdiyinə əmin olandan sonra, ona qarşı zor tətbiq edərək evindən qovmuş, bununla da ona maddi və mənəvi ziyan vurmuşdur. Bununla da sözügedən məbləği cavabdeh öz adına açdığı əmanət hesabına yatıraraq, indiyədək həmin pulun üzərinə gələn əmanət faizlərindən də yararlanmış, bununla da onu özünə məxsus olan puldan məhrum etməklə yanaşı, həmin puldan faydalanmasının da qarşısını almışdır. Cavabdehdən dəfələrlə pulunu geri tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, 17 dekabr 2019-cu dayısı İddiaçı ilə birlikdə "xxxx" QSC-nə getmiş, həmin tarixdə o, özü üçün əmanət hesabı açdıraraq öz hesabına 20000 manat depozit qoymuşdur. Dayısı iddia edir ki, həmin gün ona "xxxx" QSC-də 30000 manat pul vermişdir. Lakin dayısı ona bir manat da pul verməmiş həmin pullar onun özünün olub, traktor almaq üçün depozit hesabı açdıraraq pullarını depozitə qoymuş sonradan isə məxaric etmişdir. Ona görə də hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin vəkili X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı Cavabdeh 30000 manat məbləğində pul verməsi barədə mötəbər sübutlar mövcud deyildir. Cavabdeh qeyri şəxslər kimi özünə hesab açıdararaq pul yatırmış sonradan isə məxaric etmişdir. Həmin pulların iddiaçıya məxsus olmasını təsdiq edən sübutlar yoxdur. Qanunvericiliyə əsasən iddia tələbinin sübut edilməsi yükü iddiaçının üzərinə düşür, lakin sübutetmə yükü üzərinə düşən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Odur ki, bütün bunların nəzərə alınmaqla iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, 2019-cu ilin dekabr ayında öz qonşusu İddiaçı və sonuncunun bacısı oğlu Cavabdeh Xırdalan şəhərində yerləşən "xxxx" QSC-nə aparmışdır. Həmin vaxt onlar dayı-bacıoğlu birlikdə banka girmişlər, o isə onları bayırda gözləmidir. Onlar bankdan çıxandan sonra Rəhim ona bir topa pul göstərərək dayısı Qəşəmin ona 10000 manat pul verdiyini 20000 manat isə onun bank hesabına köçürdüyünü bildirmişdir. İşin hallarına dair başqa heç nə bilmir. Məhkəmə tərəfləri və şahdi dinləyib, iş materiallarını tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan "xxxx" QSC-dən əldə olunmuş İddiaçı adına açılmış AZ64ACAB********1803 nömrəli cari hesabdan çıxarışdan görünür ki, İddiaçı 16 sentyabr 2019-cu il tarixdə həmin hesabına 80000 manat məbləğində vəsait mədaxil etmiş, həmin vəsaitdən həmin gün 50000 manatını məxaric edərək AZ08ACAB*******1814 nömrəli Əlverişli əmanət hesabına mədaxil etmiş, qalan 30000 manat vəsaiti isə məxaric edərək AZ87ACAB*******1812 nöməli müddətli əmanət hesabına mədaxil etmişdir. 17 dekabr 2019-cu il tarixdə də AZ87ACAB*******1812 nöməli müddətli əmanət hesabından həmin 30000 manat məbləğində vəsaiti məxaric etmişdir. İşdə olan "xxxx" QSC-dən əldə olunmuş Cavabdeh adına açılmış AZ87ACAB********8400 nömrəli cari hesabdan çıxarışdan görünür ki, Cavabdeh 17 dekabr 2019-cu il tarixdə cari hesabına 20000 manat məbləğində vəsaiti mədaxil etmiş və həmin tarixdə tam şəkildə məxaric etmişdir. Azərbayca Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsin görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tərəflərin izahatlarına, şahidin ifadəsinə, işin araşdırılan digər hallarına və özünün daxili inamına əsasən hesab edir ki, İddiaçı 17 dekabr 2019-cu il tarixdə öz bank hesabında olan 30000 manat məbləğində vəsaiti məxaric edərək bacısı oğlu Cavabdeh vermiş, sonuncu həmin vəsaitdən 20000 manatını dayısının yanında öz cari hesabına mədaxil etmiş, sonradan dayısından xəbərsiz həmin məbləği də məxaric edərək nağdlaşdırmışdır. Bununla da o, İddiaçı məxsus 30000 manat məbləğində əmlakı əldə edərək ondan faydalanmaqla əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... 740.1-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 21.1-ci madədsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə hesab edir ki, İddiaçı öz əmanət (depozit) hesabından 30000 manat məbləğində pulu məxaric edərək cavabdehə verməzsə həmin məbləği öz hesabında saxlamaqla ondan müyyən miqdarda faizlər əldə edə bilərdi ki, cavabdehin həmin pulu ondan alması iddiaçını əldə edə biləcəyi gəlirlərdən məhrum etmişdir. Ona görə də Cavabdeh əldən çıxmış fayda olaraq 500 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30000 manat məbləğində pul və əldən çıxmış faydaya görə 500 manat, cəmi 30500 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30000 manat məbləğində pul və əldən çıxmış faydaya görə 500 manat, cəmi 30500 (otuz min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-185/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-185/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver