Məhkəmə qərarları › İş №2(036)-1855/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1855/2021

17.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1855/2021 17.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçı X4 və cavabdeh X2 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı “cavabdehlərin bağladığı su yolunun öz hesablarına açması və qanunazidd hərəkətlərinə son qoyulması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 qanunsuz olaraq bağladıqları həyətyanı torpaq sahəsinə gedən su yolunu öz hesablarına açmaları və qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 iddia tələbi onunla əsaslandırmışdır ki, o, Laçın rayonundan məcburi köçkün kimi İmişli rayonunun Murğuzallı kəndində məskunlaşmışdır. Yaşadığı həyətyanı torpaq sahəsinə keçmişdən yolun kənarında yerləşən su arxı ilə su gəlmiş və torpaq sahəsini suvarmışdır. Onun torpaq sahəsinə başqa yerdən su yolu yoxdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 onun həyətyanı torpaq sahəsinə gələn su arxını qanunsuz olaraq doldurmuşlar. Bununla da cavabdehlər onun həyətinə su gəlməsinə mane olmuşlar. Bu səbəbdən o, ərkin sahəsini və ağaclarını suvara bilmir. Nəticə etibarı ilə onun əkin sahəsi və ağacları Susuzluqdan yanaraq məhv olur. Cavabdehlərdən dəfələrlə bu kimi qanunsuz hərəkətlərinə son qoymalarını tələb etsə də heç bir nəticəsi olmamışdır. Mübahisəni öz aralarında həll edə bilmədiklərinə görə məhkəməyə müraciə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun qonşusudur, iddiaçı onların qonşuluğunda müvəqqəti məskunlaşmışdır, iddiaçının mülkiyyətində heç bir torpaq sahəsi mövcud deyildir. İddiaçının məskunlaşdığı həyətyanı torpaq sahəsi faktiki olaraq qanuni sənədlər əsasında başqa şəxsə məxsusdur. Buna baxmayaraq iddiaçı tələbetmə hüququ olmadığı halda məhkəmədə ona və qardaşlarına qarşı iddia qaldırmışdır. Bundan əlavə onun özünün yaşadığı həyətyanı torpaq sahəsinə dair mülkiyyət sənədləri mövcuddur. Lakin həmin mülkiyyət sənədlərindəndə aydındır ki, onun həyətyanı torpaq sahəsindən su arxı naturada mövcud deyildir. Ona görə də hesab edir ki iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X6 işin hallarına dair Cavabdeh1 ilə eyni məzmunlu izahat verdilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 20 avqust 2000-ci il tarixli, 08 nömrəli qərarı ilə Cavabdeh1 1998.17 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 170.3-cü maddəsinə görə heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. İşdən görünür ki, iddiaçı X1 mülkiyyəytində hər hansı torpaq sahəsinin olması və Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən su yolunun keçməsi (və ya əvvəllər keçməsi) müəyyən edilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir və iddia tələbinin rədd olunmuş hissəsinə münasib olaraq iş üzrə məhkəmə xərcləri iddiaçı X3 aid edilməlidir Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar