Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1880/2021 07.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı “X8 Kompleksi” MMC-nin cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X8 Kompleksi” MMC cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “X8 Kompleksi” MMC-nin “X9 və Tədarükü Məntəqəsi” filialı ilə cavabdeh X6 arasında bağlanmış 090 saylı, 25 dekabr 2019-cu il tarixli 2020-ci il mövsümü üzrə “xam-pambığın alqı-satqısı haqqında” müqaviləyə əsəsən cavabdeh X5 7.67 (yeddi, altmış yeddi) hektar sahədə pambıq əkməyi və hər hektardan 25 (iyirmi beş) sentnerdən az olmamaqla məhsul əldə etməklə, iddiaçı “X8 Kompleksi” MMC-yə satmağı, yəni “alıcı”nın mülkiyyətinə verməyi öz üzərinə öhdəlik götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh X6 iddiaçı “X8 Kompleksi” MMCdən 34422.56 (otuz dörd min dörd yüz iyirmi iki, əlli altı) AZN məbləğində avans vəsait götürmüşdür. Belə ki, “X8 Kompleksi” MMC -dən götürülmüş 34422.56 (otuz dörd min dörd yüz iyirmi iki, əlli altı) AZN məbləğində avansın ödənişi nağd pul və müəyyən xidmətlər göstərmək formasında həyata keçirilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh X6 götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh X6 müəyyən miqdarda xampambıq təhvil vermişdir. Eyni zamanda bildirir ki, “Xam-pambığın alqı-satqısı haqqında” müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xampambıq vermədiyi üçün yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (birinci növ xam-pambığın 1 tonunun qiyməti 650 manat) 20 (iyirmi) % həcmində cərimə ödəməlidir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri cavabdeh X6 tərəfindən tam icra edilməmişdir. “Xam-pambığın alqı-satqısı haqqında” müqaviləyə əsasən cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən cavabdeh X6 cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Eyni zamanda, bildirir ki, cavabdeh X6 tərəfindən iddiaçı “X8 Kompleksi” MMC-nin xeyrinə pul ödənişi həyata keçirilməmişdir. Hal-hazırda öhdəliklərini tam icra etməyən cavabdeh X2 avans vəsaitə görə iddiaçı “X8 Kompleksi” MMC-yə 14342 (on dörd min üç yüz qırx iki) AZN məbləğində əsas borcu və 2868 (iki min səkkiz yüz altmış səkkiz) AZN məbləğində cərimə borcu mövcuddur. Borc məbləği xampambığın tədarükünü həyaı min ta keçirən “X8 Kompleksi” MMC-nin “X9 və Tədarükü Məntəqəsi” filialı ilə cavabdeh X6 arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Qeyd edilənlərə əsasən, cavabdeh X1 14342 (on dörd min üç yüz qırx iki) AZN məbləğində əsas borcun, 2868 (iki min səkkiz yüz altmış səkkiz) AZN məbləğində cərimə borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “X8 Kompleksi” MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı “X8 Kompleksi” MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı “X8 Kompleksi” MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh X6 qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh X2, o cümlədən, iddiaçı “X8 Kompleksi” MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı “X8 Kompleksi” MMC-nin “X9 və Tədarükü Məntəqəsi” filialı ilə cavabdeh X6 arasında bağlanmış 090 saylı, 25 dekabr 2019-cu il tarixli 2020-ci il mövsümü üzrə “xam-pambığın alqı-satqısı haqqında” müqavilədən görünür ki, X6 7.67 (yeddi, altmış yeddi) hektar sahədə pambıq əkməyi və hər hektardan 25 (iyirmi beş) sentnerdən az olmamaqla məhsul əldə etməklə, iddiaçı “X8 Kompleksi” MMC-yə satmağı, yəni “alıcı”nın mülkiyyətinə verməyi öz üzərinə öhdəlik götürmüş və müqavilənin icrası ilə əlaqədar “X8 Kompleksi” MMC-dən 34422.56 (otuz dörd min dörd yüz iyirmi iki, əlli altı) AZN məbləğində avans vəsait götürmüşdür. İş materiallarında olan iddiaçı “X8 Kompleksi” MMC-nin “X9 və Tədarükü Məntəqəsi” filialı ilə cavabdeh X6 arasında bağlanmış 090 saylı, 25 dekabr 2019-cu il tarixli 2020-ci il mövsümü üzrə “xam-pambığın alqı-satqısı haqqında” müqaviləyə əlavədən görünür ki, “X8 Kompleksi” MMC -dən götürülmüş 34422.56 (otuz dörd min dörd yüz iyirmi iki, əlli altı) AZN məbləğində avansın ödənişi “nağd pul” və “müəyyən xidmətlər göstərmək” formasında həyata keçirilmişdir. İş materiallarında olan iddiaçı “X8 Kompleksi” MMC -nin İmişli Pambıq İstehsalı və Tədarükü Məntəqəsi ilə cavabdeh X6 arasında bağlanmış 090 saylı, 25 dekabr 2019-cu il tarixli 2020-cu il mövsümü üzrə “xam-pambığın alqı-satqısı haqqında” müqaviləsinin 4.1ci bəndinə əsasən xam-pambığın 1 (bir) tonunun satın alma qiyməti: birinci növ-650 (altı yüz əlli) manat, ikinci növ-630 (altı yüz otuz) manat, üçüncü növ-590 (beş yüz doxsan) manat, dördüncü növ-550 (beş yüz əlli) manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan iddiaçı “X8 Kompleksi” MMC -nin İmişli Pambıq İstehsalı və Tədarükü Məntəqəsi filialı ilə cavabdeh X6 arasında bağlanmış 090 saylı, 25 dekabr 2019-cu il 2020-cu il mövsümü üzrə “xam-pambığın alqı-satqısı haqqında” müqaviləsinin 5.1 və 5.2-ci bəndlərinə əsasən “alıcı” bu müqavilədə qeyd olunmuş son hesablaşma tarixinə əməl etmədiyi hallarda gecikdirilmiş gər gün üçün ödənilməyən məbləğin 0.01 % miqdarında, lakin ödənilməyən məbləğin 0.5 %-dən artıq olmamaq şərtilə və müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi üçün yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (birinci növ xam-pambığın 1 tonunun qiyməti 650 manat) 20 (iyirmi) % həcmində “təsərrüfat” cərimə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 098/2021 saylı, 01 iyul 2021-ci il tarixli pretenziyanın surətindən görünür ki, cavabdeh X6 “X8 Kompleksi” MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan 23 sentyabr 2020-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdeh X2 “X8 Kompleksi” MMC-yə 34422.56 (otuz dörd min dörd yüz iyirmi iki, əlli altı) AZN məbləğində əsas borcu mövcudur. İş materiallarında olan ********* saylı, 02 iyul 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, “X8 Kompleksi” MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, “X8 Kompleksi” MMC-nin İmişli Pambıq İstehsalı və Tədarükü Məntəqəsi filialı ilə cavabdeh X6 arasında bağlanmış 090 saylı, 25 dekabr 2019-cu il 2020-cu il mövsümü üzrə “xam-pambığın alqı-satqısı haqqında” müqaviləyə əsasən X6 7.67 (yeddi, altmış yeddi) hektar sahədə pambıq əkməyi və hər hektardan 25 (iyirmi beş) sentner məhsul əldə etməklə, “X8 Kompleksi” MMC -yə satmağı öz üzərinə öhdəlik götürmüş və müqavilənin icrası ilə əlaqədar olaraq, “X8 Kompleksi” MMC-dən 34422.56 (otuz dörd min dörd yüz iyirmi iki, əlli altı) AZN məbləğində avans vəsait götürmüşdür. “X8 Kompleksi” MMC-dən götürülmüş 34422.56 (otuz dörd min dörd yüz iyirmi iki, əlli altı) AZN məbləğində avansın ödənişi “nağd pul” və “müəyyən xidmətlər göstərmək” formasında həyata keçirilmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri cavabdeh X6 tərəfindən tam icra edilməmiş, cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən cavabdeh X6 cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmiş və iddiaçı “X8 Kompleksi” MMC-yə 14342 (on dörd min üç yüz qırx iki) AZN məbləğində əsas borcu, 2868 (iki min səkkiz yüz altmış səkkiz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 17210 (on yeddi min iki yüz on) AZN məbləğində borcu mövcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə irəli sürülmüş ilk iddia tələbinin “2868 manat məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, cavabdeh X6 tərəfindən “xam-pambığın alqı-satqısı haqqında” müqaviləyə əsasən iddiaçı “X8 Kompleksi” MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə “X8 Kompleksi” MMC tərəfindən faiz (cərimə) məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün faiz (cərimə) borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 2868 (beş yüz on iki) AZN məbləğində məbləğində cərimə borcu 200 (iki yüz) AZN məbləğinə qədər azaldılmalı və iddia tələbinin “2868 manat məbləğində cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, iddiaçı “X8 Kompleksi” MMC ilə cavabdeh X6 arasında bağlanmış “xampambığın alqı-satqısı haqqında” müqavilənin şərtləri pozulduğu, yəni “borclu” X6 tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, cavabdeh X1 14342 (on dörd min üç yüz qırx iki) AZN məbləğində əsas borcu, 200 (iki yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 14542 (on dörd min beş yüz qırx iki) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “X8 Kompleksi” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 14342 (on dörd min üç yüz qırx iki) AZN məbləğində əsas borcu, 200 (iki yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 14542 (on dörd min beş yüz qırx iki) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “X8 Kompleksi” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X3 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-1880/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1880/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver