Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1892/2024 04.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8100 (səkkiz min yüz) manat pulun, 350 (üç yüz əlli) manat vəkil xidmətinə görə ödənilmiş məbləğin və 102 (bir yüz iki) manat ödənilmiş dövlət rüsumunun tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abbasov X7 rayonunun Aşqallar kəndində yaşayır. O, İmişli şəhərində yaşayan Cavabdeh tanıyır. Belə ki, Cavabdeh atası X2 mülkiyyətində olan “Kamaz 5410” yük markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini bildirmiş və iddiaçı həmin yük avtomobilini 14 500 manata almaq barədə razılığa gəlmişdir. Həmin pulun 4 450 manatını 03 aprel 2024-cü ildə həmkəndlisi X1 və X3 iştirakları ilə İmişli şəhərində Cavabdeh vermişdir. Həmin pulu verdikdən sonra Cavabdeh etibarnamə ilə “Kamaz 5410” yük markalı **-TC-*** avtomobilini sürücü X4 adına etibarnamə ilə nəqliyyat vasitəsini idarə etmək üçün vermiş və bundan bir həftə keçdikdən sonra o, Cavabdeh ona dediyinə görə Kamran adlı şəxsin kart hesabına əvvəlcə 2 000 manat, ikinci dəfə isə 3 000 pul atmışdır. Bundan sonra 15 aprel 2024-cü il tarixdək həmin avtomobildən yük avtomobili kimi istifadə etmişdir. Bir müddət keçdikdən sonra Cavabdeh ona zəng edib qalan 5000 manatı bir həftəyə ödəməli olduğunu və əgər bir həftə ərzində pulu verə bilməzsə avtomobili geri qaytarmasını tələb etmişdir. O da, hazırda tələb etdiyi pulu ödəmək imkanının olmadığını vaxt verəcəyi təqdirdi qalan borcu ödəyəcəyini bildirmişdir. Lakin, Mülkün bununla razılaşmamışdır. Bundan sonra iddiaçı yük maşınını İmişli daş bazarında təhvil vermişdir. Aradan bir-neçə gün keçdikdən sonra iddiaçı cavabdehdən verdiyi 9 450 manat pulu tələb etmişdir. Lakin cavabdeh ona maşını satdığını, alan şəxsin pulu hissə-hissə verdiyini bildirmiş və kartında olan 1 000 manat pulu onun kart hesabına atmışdır. 3-4 gün keçdikdən sonra Mülkün kart hesabına 400 manat pul atdı. Daha sonra Cavabdeh onun telefon zənglərinə cavab verməmişdir. Ancaq əvvəllər telefon danışığında ona olan borcunu etiraf etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 17 iyul 2024-cü il tarixdə Quba rayonunda vətəndaşların qəbulu zamanı qəbulunda olmuş və Cavabdeh barəsində yazdığı şikayət ərizəsini cənab Nazirə təqdim etmişdir. Bununla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Cavabdeh ondan aldığı pulu etiraf etmiş və həmin araşdırma materialı üzrə cinayət işi başlanılması rədd edilərək ona mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İmişli rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh izahat verərək, İddiaçı tanıdığını, onunla heç-bir düşmənçilik və ədavətinin olmadığını, 2024-cü ilin aprel ayının əvvəlində özünə məxsus Kamaz markalı **-TC-*** dövlət nömrə nişanlı avtomobilini və həmin avtomobilin **-ZA-*** markalı yarım qoşqusunu Beləqan rayon sakini İddiaçı 16500 manata razılaşıb satdığını, həmin vaxt İddiaçı ona 4500 manat pul verdiyini, aprel ayının sonuna qədər ona olan borcunu tam olaraq ödəyib qurtaracağını söz verdiyinə görə o avtomobili idarə etmək üçün Temurun sürücüsünə etibarnamə verdiyini, bir neçə gündən sonra Temurun onun hesabına 5000 manat pul göndərdiyini, o avtomobilini temura satdığı vaxt avtomobili və qoşqunun tam saz vəziyyətdə olduğunu, Temurun avtomobili ondan aldıqdan sonra 4000-5000 manata şirkətə icarəyə verdiyini, dəfələrlə Temurla əlaqə saxlayıb ondan borclu olduğu 7000 manatını tələb etdiyini, Temurun isə onu hər dəfə müxtəlif bəhanələr gətirərək aldatdığını və onun pulunu vermədiyini, sonradan İddiaçı ona avtomobili icarədən geri qaytardığını dediyinə görə O Temurda "avtomoil işləmirsə ya avtomobili qaytar gətir yada mənim borcumu ver, ǝks halda səndən şikayət edəcəm" sözlərini dedikdən sonra Temurun avtomobili və qonşunu qaytarıb ona təhvil verdikdən sonra avtomobilin "karobkasının, feredo çaşkasının və iki ədəd təkərlərinin" nasaz olduğu müəyyən etdiyini, həmin nasazlıqları aradan qaldırmaq üçün avtomobilə və qoşqusuna 3500 manata yaxın məbləğdə pul xərclədiyini, İddiaçı avtomobilə görə ona verdiyi 9500 manat pulu ondan tələb etdiyini, o isə Temura 1400 manat pul göndərdiyini, avtomobilini iki ay ayı 4000-5000 manata şirkətə icarəyə verib avtomobili istismar edib 10000 manat pul qazandığını, onun pulunu qaytarmaq üçün onun avtomobilinə dəyən maddi ziyanı ödəməyi ondan tələb etdiyini, əks halda isə ona olan borcunu avtomoilə vurduğu ziyanla və şirkətə icarəyə verib avtomobilini istismar etməklə əvəz edəcəyini bildirdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 945338 etibarnamədən görünür ki, “Kamaz 5410” yük markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan X2 adından Cavabdeh avtomobili X6 nəqliyyat vasitəsini 5 il 7 ay 16 gün müddətinə, xx.xx.2029-cü il tarixə qədər idarə etmək üçün etibar etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 945337 nömrəli etibarnamədən görünür ki, “ODAZ 9370” markalı 18ZA050 dövlət qeydiyyat nişanlı yarımqoşqu mülkiyyətçisi olan X5 adından Cavabdeh qoşqunu X6 nəqliyyat vasitəsini 5 il 7 ay 16 gün müddətinə, xx.xx.2029-cü il tarixə qədər idarə etmək üçün etibar etmişdir. İddiaçı ilə İmişli Rayon Vəkil Bürosu arasında bağlanmış 50 nömrəli xx.xx.2024-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, hüquqi yardıma görə haqq 350 manat müəyyən edilmişdir. 8411 nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı İmişli Rayon Vəkil Bürosunun hesabına 350 manat məbləğində pul vəsaitini ödəmişdir. İş materiallarına əlavə edilmiş yaddaş qurğusunda (filəş kart) səs yazısına qulaq asarkən müəyyən edilmişdir ki, iddiaçı ilə özünü Cavabdeh kimi təqdim edən şəxs avtomobilin ona qaytarıldığını və iddiaçıya borclu olduğunu etiraf edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh 14 500 manat dəyərində “Kamaz 5410” yük markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin avtomobilin dəyərindən xx.xx.2024-cü il tarixə 4500 manat, müxtəlif vaxtlarda isə 2 000 manat və 3 000 pul ödəmişdir. Lakin daha sonra cavabdeh pulun qalan hissəsini tələb etmiş və iddiaçı vaxt veriləcəyi təqdirdə pulun qalan hissəsini ödəyə biləcəyini bildirsə də, cavabdeh razı olmamış və avtomobili geri almışdır. Avtomobili geri alındıqdan sonra iddiaçı pulunu tələb etmiş və Cavabdeh müxtəlif vaxtlarda, ümumilikdə 1400 manat ona pul qaytarmışdır. İş materiallarında olan İmişli rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından da göründüyü kimi İmişli rayon Polis şöbəsində Cavabdeh dindirilərkən iddiaçıya həmin borcun olmasını etiraf etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. 575.1 Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə işin faktiki hallarını, məhkəmə iclasında tədqiq edilmiş sübutları və iş materiallarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Nəticədə iddiaçı yaranmış borcun tələb edilməsi üçün məhkəməyə hazırki iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı və cavabdeh arasında “Kamaz 5410” yük markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki alğı-satqısı barədə razılaşmanın ləğv edilməsi, əvvəlki vəziyyətin bərpası barədə razılıq əldə edilsə də, cavavbdeh tərəfindən “Kamaz 5410” yük markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin bir qismi müqabilində alınmış 8100 manat oul vəsaiti iddiaçıya geri qaytarılmamışdır. Halbuki, iddiaçı tərəfindən Kamaz 5410” yük markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən çəkilmiş məhkəmə xərcləri hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 102 (bir yüz iki) manat məbləğində dövlət rüsumu və 350 (üç yüz əlli) manat vəkil xərci Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8100 (səkkiz min yüz) manat məbləğində pul, ödənilmiş 102 (bir yüz iki) manat məbləğində dövlət rüsumu və 350 (üç yüz əlli) manat vəkil xərci tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 8100 (səkkiz min yüz) manat məbləğində pul, ödənilmiş 102 (bir yüz iki) manat məbləğində dövlət rüsumu və 350 (üç yüz əlli) manat vəkil xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Orxan Mahmud