Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1895/2025 23.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankında kredit mütəxəssisi vəzifəsində işləyən Fikrət Məhərrəmova qarşı “ona tətbiq edilən 24,9 faiz dərəcəsinin qanunsuz hesab edilməsi və 10,9 faizə uyğun hesabların aparılması, artıq ödənilmiş və haqsız tutulan faiz məbləğinin ona qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutulması tələbi” barədə iddia ərizəsinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı “ona tətbiq edilən 24,9 faiz dərəcəsinin qanunsuz hesab edilməsi və 10,9 faizə uyğun hesabların aparılması, artıq ödənilmiş və haqsız tutulan faiz məbləğinin ona qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutulması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilən sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində cavabdehin soyadı və adını göstərsə də, atasının adını, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları, yaşayış yeri və ya olduğu yeri, mobil telefon nömrələrini, elektron poçt ünvanını, şəxslərin eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərməmişdir. Həmçinin iddia ərizəsində iddiaçının tələbləri göstərilsə də, tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, eləcə də ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, cavabdehə təqdim edilməsi üçün iddia ərizəsinin, həmçinin iddia ərizəsində göstərilən yazılı sübutların surətləri iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2, 149.2.3 və 149.2.5-ci maddələrinə müvafiq olaraq iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. 150.1.1 və 150.1.5-ci maddələrinə müvafiq olaraq cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) və iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddia ərizəsinin məhkəmə icraatının mümkün olması üçün iddia ərizəsi qanunvericiliyin qeyd olunan normalarının tələblərinə uyğun olaraq tərtib edilməlidir. Lakin hazırkı mübahisə üzrə göstərilən normanın tələblərinə zidd olaraq iddia ərizəsinin məzmununa əməl edilməmiş, iddiaçı tərəfindən tələbinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutlar, eləcə də ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməmiş, cavabdehə təqdim edilməsi üçün iddia ərizəsinin, həmçinin iddia ərizəsində göstərilən yazılı sübutların surətləri iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi qanunvericiliyin qeyd olunan normalarının tələblərinə uyğun tərtib edilmədiyindən, yəni iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 53.2 və 53.3-cü maddələrinə müvafiq olaraq hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra, cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerə uyğun olaraq ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankında kredit mütəxəssisi vəzifəsində işləyən Fikrət Məhərrəmova qarşı “ona tətbiq edilən 24,9 faiz dərəcəsinin qanunsuz hesab edilməsi və 10,9 faizə uyğun hesabların aparılması, artıq ödənilmiş və haqsız tutulan faiz məbləğinin ona qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutulması tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunur ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra, cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerə uyğun olaraq ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.
Məhkəmə qərarları › İş №2(036)-1895/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1895/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver