Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-190/2024 13.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 2277.40 manat məbləğində pulun alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə imzalanmış və məhkəmənin icraatına xx.xx.2023cü il tarixdə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi, İİİ dərəcəli ədliyyə müşaviri Aslan Muradov və Probasiya Xidmətinin rəisi, Baş probasiya məmuru, İİİ dərəcəli ədliyyə müşaviri Aqşin Ziyadov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 8/531 saylı etibarnamə ilə müəyyən olur ki, Probasiya Xidmətinin bütün yerli qurumlarının rəislərinə və icra məmurlarına məhkəmələrdə iddia tələbləri üzrə təmsil etmək, iddia ərizəsi yazmaq və imzalamaq, iddianın predmetini və ya əsasını dəyişdirmək, məhkəmələr tərəfindən çıxarılmış qərarlardan şikayət vermək və s. hüquqlar etibar edilmişdir. Etibarnamədə müddət göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 363.1-ci maddəsinə əsasən, bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Həmin Məcəllənin 365.1.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnamənin müddətinin bitməsi nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xx.xx.2022-ci il tarixli, 8/531 saylı etibarnamə tərtib olunarkən müddət göstərilməmiş və iddia ərizəsi xx.xx.2023-cü il tarixdə imzalanan zaman, buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Mülki Prosessual Məcəlləsinin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №2(036)-190/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-190/2024
13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver