Məhkəmə qərarları › İş №2(036)-192/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-192/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-192/2022 10.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İş №2(036)192/ 2022 АZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ 10 yanvar 2022-ci il tarixdə İmişli şəhərində İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və X6 oğlunun katibliyi və İddiaçı Bəybala qızının iştirakı ilə, İddiaçı Bəybala qızının cavabdeh Cavabdeh Cavanşir oğluna qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında бахараг MÜƏYYƏN E TD İ : İddiaçı Bəybala qızı Cavabdeh Cavanşir oğluna qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib ondan 300,0 manat mənzil kirayə haqqı tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bəybala qızı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 2019-cu ilin dekabr ayında Cavabdeh Cavanşir oğlu ona məxsus olan İmişli şəhəri, Araz küçəsi 107-də yerləşən fərdi yaşayış evini ayda 100,0 manata beş ay müddətinə kirayə götürmüş və həmin ilin iyun ayınadək olan müddətdə qeyd olunan ünvanda yaşamışdır. Cavabdeh Cavanşir oğlu ona indiyədək cəmi 200,0 manat kirayə haqqı ödəyərək 300,0 manat borclu qalmış və gizlənərək mənzil kirayə haqqını ödəməkdən yayınmışdır. Cavabdeh Cavanşir oğlu hər dəfə telefonla danışarkən ona 300,0 manat borcu olduğunu təsdiq etmiş, lakin heç bir ödəniş etməmişdir. Ona görə də, Cavabdeh Cavanşir oğlundan n 300,0 manat mənzil kirayə haqqı alınıb ona verilməsi barədə iddia qaldırmışdır. İşdə olan CD diskinə köçürülən audio yazıda qeyd olunanlardan və SMS mətnlərindən görünür ki, İddiaçı Bəybala qızı 200,0 manat məbləğində pulu Cavabdeh Cavanşir oğlundan dəfələrlə tələb etmiş, Cavabdeh Cavanşir oğlu isə öz növbəsində borcunu ödəyəcəyini bildirmişdir. АR МПМ-нин 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh Cavanşir oğlu İddiaçı Bəybala qızına məxsus olan İmişli şəhəri, Araz küçəsi 107-də yerləşən fərdi yaşayış evində müəyyən müddət ərzində kirayədə qalmış və 200,0 manat məbləğində mənzil kirayə haqqını ödəməmişdir. AR Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdən əmələ gəlir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh Cavanşir oğlundan 200,0 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul alınıb iddiaçı İddiaçı Bəybala qızına verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360 maddələrini rəhbər tutaraq Q ƏT E T Dİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh Cavanşir oğlundan 200,0 ( iki yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 ( otuz) manat pul alınıb iddiaçı İddiaçı Bəybala qızına verilsin. Qətnamədən 1(бир) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə AR Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. İmişli rayon Məhkəməsinin hakimi : Ülvi Qənbərov . İş № 2(036)192/2022 19 yanvar 2022-ci il İddiaçı Bəybala qızına İmişli şəhəri, Araz küçəsi ev 107 Surəti: Cavabdeh Cavanşir oğluna İmişli şəhəri, Şəhriyar küçəsi 26 İmişli rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2(036)192/2022 saylı qətnaməsinin surəti sizə göndərilir. Qoşma: 02 vərəqdə İmişli Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov İş№ 2(036)2865/2019 ИC Р А В Я Р Я Г Я С И 29 dekabr 2019-cu iл tarixdə İmişli şəhərində İmişli Rayon Məhkəməsi İddiaçı Bəybala qızının cavabdeh Ağakişiyev Elsevər Mürsəl oğluna qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq QƏT E T D İ: Cavabdeh Ağakişiyev Elsevər Mürsəl oğlundan 270 ( iki yüz yetmiş) manat və 10 ( on) ) manat dövlət rüsumu alınıb İddiaçı Bəybala qızına verilsin. Cavabdeh Ağakişiyev Elsevər Mürsəl oğlundan 10 (on) ) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. «Иcра щаггында» Азярбайcан Республикасы Ганунун 10-cу маддясиня ясасян мящкямя нязарятчисинин вя мящкямя иcрачысынын юз сялащиййятляри щцдудунда иряли сцрдцкляри тяляблярi Азярбайcан Республикасы яразисиндя бцтцн физики вя щцгуги шяхсляр цчцн мяcбуридир. Иcра мямуру юз вязифясини щяйата кечирмяк цчцн тяляб олунан мялумат, сяняд вя онларын сурятляри юдянишсиз вя мцяййян олунмуш вахтда верилир. Иcра мямурунун гануни тяляблярини йериня йетирмяйян, она щаваля едилмиш вязифялярин иcрасына мане олан шяхсляр ганунвериcиликдя нязярдя тутулмуш гайдада мясулиййят дашыйырлар. Борcлу: Ağakişiyev Elsevər Mürsəl oğlu– 11.05.1985; İmişli şəhəri, S.Vurğun küç. 57 Тялябкар: İddiaçı Bəybala qızı- xx.xx.1979; İmişli şəhəri, Araz küç. ev 107 Dövlət büdcəsi Qətnamə 20.02.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. İcra vərəqəsi 21.02.2020-ci il tarixdə verilmişdir. İmişli Rayon Məhkəməsinin hakimi: Цlvi Qənbərov AZƏRBAYCAN RESPUBLİKASI İmişli rayon İcra və Probasiya Şöbəsinə İMİŞLİ РАЙОН МЯЩКЯМЯСИ № 2(036)2865/2019 «21» fevral 2020-ci il Ünvan: İmişli şəhəri A.Şadlinski İmişli rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli 2(036)2865/2019 saylı icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qoşma: İcra vərəqəsi «01» vərəqdə İmişli Rayon Məhkəməsinin hakimi: Цlvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar