Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1934/2022 26.07.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qıznın katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - İddiaçı QSC) cavabdehlər Cavabdeh, Zamin4, Zamin3, Mikayılov İbrahim Məmməd oğlu və Zamin2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «AccessBank” QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh, Zamin4, Zamin3, Mikayılov İbrahim Məmməd oğlu və Zamin2 müştərək qaydada 16 may 2014-cü il tarixli, 28R000005437 nömrəli kredit razılaşmasına əsasən 1747,01 manat əsas borc, 747,36 manat faiz borcu, 174,7 manat cərimə borcu və 24 oktyabr 2014-cü il tarixli, 028R********** nömrəli kredit razılaşmasına əsasən isə 3834,19 manat əsas borc, 1526,85 manat faiz borcu, 383,41 manat cərimə borcu olmaqla, ümumilikdə 8413,52 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, İmişli rayon məhkəməsinin 09 dekabr 2016-cı il tarixli 2(036)- 9495/2016 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh Zamin2 həmin məhkəmə əmrinə yazılı etiraz edərək məhkəmə əmrinin ləğv edilməklə işə yenidən iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, İmişli rayon məhkəməsinin 18 may 2022-ci il tarixli 2(036)-9495/2016 saylı qərardadı ilə məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında yenidən baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh «AccessBank” QSC ilə aralarında bağlanmış 14 may 2009-cu il tarixli, 02L000005671 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 (bir yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh kreditor ilə bağladığı 16 may 2014-cü il tarixli, 28R000005437 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. Bundan başqa, o, «AccessBank” QSC ilə bağladığı 24 oktyabr 2014-cü il tarixli, 028R********** nömrəli kredit razılaşmasına əsasən 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə Zamin4, Zamin3, Mikayılov İbrahim Məmməd oğlu və Zamin2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdehlərə borcun qaytarılmasına dair xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh, Zamin4, Zamin3, Mikayılov İbrahim Məmməd oğlu və Zamin2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin materiallarında olan: 14 may 2009-cu il tarixli, 02L000005671 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh 120 (bir yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. 16 may 2014-cü il tarixli, 28R000005437 nömrəli kredit razılaşmasından görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 2,5 % olmaqla, 18 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. 24 oktyabr 2014-cü il tarixli, 028R********** nömrəli kredit razılaşmasından görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 2,3333% olmaqla, 18 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. 11 mart 2013-cü il tarixli, 28S000001705 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh Zamin4 kredit razılaşmaları üzrə Cavabdeh öhdəliklərinin icrası üçün onunla eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. 11 mart 2013-cü il tarixli, 28S000001706 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh Zamin3 kredit razılaşmaları üzrə Cavabdeh öhdəliklərinin icrası üçün onunla eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. 24 oktyabr 2014-cü il tarixli, 028S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh Mikayılov İbrahim Məmməd oğlu kredit razılaşmaları üzrə Cavabdeh öhdəliklərinin icrası üçün onunla eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. 14 may 2009-cu il tarixli, 02S000007452 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh Zamin2 kredit razılaşmaları üzrə Cavabdeh öhdəliklərinin icrası üçün onunla eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. 24 noyabr 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 may 2014cü il tarixli, 28R000005437 nömrəli kredit razılaşmasına əsasən İddiaçı QSC-yə olan əsas borcu 1747,01 manat, faiz borcu 747,36 manat, cərimə borcu 174,7 manat, cəmi borcu 2669,07 manat təşkil edir. 24 noyabr 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 oktyabr 2014-cü il tarixli, 028R********** nömrəli kredit razılaşmasına əsasən İddiaçı QSC-yə olan əsas borcu 3834,19 manat, faiz borcu 1526,85 manat, cərimə borcu 383,41 manat, cəmi borcu 5744,45 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə üzərilərinə götürdükləri öhdəliyi lazımi qaydada icra etməmişlər, onların iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh, Zamin4, Zamin3, Mikayılov İbrahim Məmməd oğlu və Zamin2 müştərək qaydada 16 may 2014-cü il tarixli, 28R000005437 nömrəli kredit razılaşmasına əsasən 1747,01 manat əsas borc, 747,36 manat faiz borcu, 10 manat cərimə borcu və 24 oktyabr 2014-cü il tarixli, 028R********** nömrəli kredit razılaşmasına əsasən isə 3834,19 manat əsas borc, 1526,85 manat faiz borcu, 30 manat cərimə borcu və 20 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə, 7915,41 manat borc tutulub iddiaçı «AccessBank” QSC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin4, Zamin3, Mikayılov İbrahim Məmməd oğlu və Zamin2 müştərək qaydada 16 may 2014-cü il tarixli, 28R000005437 nömrəli kredit razılaşmasına əsasən 1747,01 manat əsas borc, 747,36 manat faiz borcu, 10 manat cərimə borcu və 24 oktyabr 2014-cü il tarixli, 028R********** nömrəli kredit razılaşmasına əsasən isə 3834,19 manat əsas borc, 1526,85 manat faiz borcu, 30 manat cərimə borcu və 20 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə, 7915,41 (yeddi min doqquz yüz on beş manat, qırx bir qəpik) tutulub iddiaçı «AccessBank” QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1934/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1934/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver