Məhkəmə qərarları › İş №2(036)-1949/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1949/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1949/2025 15.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şıralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.700 (beş min yeddi yüz) manat əsas borc, hüquqi xidmətlər üçün ödədiyi 180 (bir yüz səksən) manat və iddia qaldırmaq üçün ödədiyi 80 (səksən) manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2025-ci ilin əvvəllərində işsiz olmuş və tanışlardan eşitmişdir ki, Xocalı rayonundan Bakı şəhərinə “Bakı Poladəritmə Zavoduna” yük daşıma işi var. Ona hazırki iş üzrə Cavabdeh mobil nömrəsini vermişlər. O, Cavabdehla telefon əlaqəsi saxlamış və daha sonra onunla Xocalı şəhərində görüşmüşdür. Onunla razılaşmışdır ki, “Xocalıdan Bakı şəhərinə Poladəritmə zavoduna qara metalı reysi 850 manata daşıyacaq və o da, hər 15 gündən bir onunla hesablaşacaq”. Bundan sonra, o, əvvəllər də yük maşınını idarə etdiyi İmran Kərimova ona məxsus yük maşınını idarə etməyinə dair etibarnamə verməsini xahiş etmişdir. O da, özünə məxsus olan **-HP-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarəetmə hüquq verilməsinə dair ona etibarnamə vermişdir. Bundan sonra, Razışlaşmaya uyğun olaraq o, Xocalıdan 6 reys, Gəncədən 1 reys Bakı şəhərinə qara metalı daşısa da, cavabdeh razılaşmanın şərtlərinə görə o, ödəməli 5.700 manat pulu verməmişdir. Hər dəfə pulunu tələb etdikdə, ona müxtəlif bəhanələr gətirərək pulunu verməkdən yayınır. Bu barədə Nərimanov Polis İdarəsinə şikayət etmişdir. Orada araşdırma aparıldıqdan sonra ona bildirdilər ki, şikayəti mülki xarakterlidir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Qeyd etməyi zəruri hesab edir ki, Nərimanov Polis İdarəsində Cavabdeh izahat vermiş və izahatında ona 5.700 manat borclu olduğunu təsdiq etmişdir. Ancaq may ayında pulunu verməsinə söz versə də, yenə də pulunu verməkdən yayınır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir -hazırki iş üzrə Cavabdeh 5.700 (beş min yeddi yüz) manat pul vəsaiti alınaraq onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin xx.xx.2025-ci il tarixli raportun surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:45-də vətəndaş İddiaçı DİN-nin “102” XZM müraciət edərək, Z.Bünyadov prospekti Metaləritmə zavodunda, Asif (***-***-**-**) adlı şəxs onu işlədib, 5700 manat əmək haqqını verməməsi bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə Bərdə rayonunda tanıdığı şəxs ona Qarabağ zonasında Xocalı rayonunda Bakı Polad Əritmə Zavoduna yük daşıma işinin olmasını var. Asif adlı şəxslə telefon əlaqəsi saxla onunla danışmasını bildirmişdir. O da ***-***-**-** saylı mobil telefonla nömrəsi əlaqə saxlamışdır. Asif adlı şəxs onu 2025-ci ilin yanvar ayının axırları onunla Xocalı rayonunda görüşmüş, oradakı qara metalı Bakıya polad əritmə zavoduna reysi 850 manat manata daşımağa razılaşmış və hər on beş gündən bir onunla hesablaşacaqdır. Lakin o, altı reysi Xocalıdan, bir reysi isə Gəncədən Bakıya aparmış ümumilikdə Cavabdeh ona 5200 manat borcu olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, İddiaçı yazdığı ərizə ilə tanış olmuş. İddiaçı ərizəsində göstərdiyi kimi telefonda danışdıqdan sonra 2025ci ilin yanvar ayının sonlarında Qarabağ zonasında Xocalı şəhərində görüşmüş və Allahverdinin daşıyacağı Bakı şəhərinə qara metalın yerini göstərib işlə tanış etmişdir. Hər bir reysinə 850 manat pul verəcəyini vəd etmişdir. Həmin gün Allahverdi onunla razılaşdığı üçün işə başlamış və hər on beş gündən bir onunla görüşüb onun reyslərini hesablayaraq pulunu verəcəkdir. Həmin gündən Allahverdi on beş gün müddətinə altı reys Xocalıdan bir reys isə Gəncədən Bakıya daşımışdır. Onun Allahverdiyə yeddi reys ümumilikdə 5700 manat sürücülük, yəni əmək haqqı verməliydi. O, bu reysləri bircə polat əritmə zavoduna kurator vəzifəsində çalışan Zaur adlı şəxslə razılaşaraq zavoda daşıtdırmışdır. Zaur adlı şəxsdən aldığı reyslərin pulunu Allahverdiyə verməyəcəm ona görə ki, onun Zaur adlı şəxsə 8860 manat borcu var. Onun alacağı pulu özünün şəxsi borcuna vermişdir. Ona görə də o, Allahverdiyə pul verə bilməmişdir. O, İddiaçı olan 5700 manat AZN borcunu 2025-ci ilin may ayının birinə qədər hissə-hissə tam şəkildə ödəyəcəyinə söz vermişdir. Bir daha qeyd edir ki, o, Allahverdi ilə Xocalı şəhərində görüşüb orada razılaşmış və yükü oradan Bakıya Allahverdi daşımışdır. Məhkəmə iddaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “Xocalıdan Bakı şəhərinə Poladəritmə zavoduna qara metalı reysi 850 manata daşıyacaq və o da, hər 15 gündən bir onunla hesablaşacaq”. Bundan sonra, o, əvvəllər də yük maşınını idarə etdiyi İmran Kərimova ona məxsus yük maşınını idarə etməyinə dair etibarnamə verməsini xahiş etmişdir. O da, özünə məxsus olan **-HP-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarəetmə hüququ verilməsinə dair ona etibarnamə vermişdir. Bundan sonra, Razışlaşmaya uyğun olaraq o, Xocalıdan 6 reys, Gəncədən 1 reys Bakı şəhərinə qara metalı daşısa da, cavabdeh razılaşmanın şərtlərinə görə o, ödəməli 5.700 manat pulu verməmişdir. Bundan sonra iddiaçı həmin məbləği cavabdehdən tələb etsə də, cavabdeh tərəfindən pulun iddiaçıya qaytarılmasından imtina edilmişdir. İşin faktiki halı iş materialları, tərəflərin izahatları və ərizəsi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

851. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında yüklərin daşınması ilə bağlı şifahi formada müqavilə bağlanmışdır. Cavabdeh yüklərin daşınmaz müqabilində 5.700 manat muzd ödəməyi öhdəsinə götürsə də, buna əməl etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbində 5.700 (beş min yeddi yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməldir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla, həmçinin cavabdeh iddia tələbini Nərimanov Rayon İdarəsinin 17-ci PŞ-də izahatında etiraf etdiyi üçün iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5.700 (beş min yeddi yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. İddiaçı hüquqi xidmətlər üçün cavabdehdən 180 manat məbləğində pul tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun 77 manat hissəsinin əvəzi olan 77 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 241.1 və 241.4-cü maddələrinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 233, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 5.700 (beş min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 77 (yetmiş yeddi) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 5777 (beş min yeddi yüz yetmiş yeddi) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar