Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1951/2024 20.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şıralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 640 (altı yüz qırx) manat pulun və ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sabirabad rayonu, Qalağayın kəndində yaşayır. Onun maşınının karopkası xarab olmuş və o, karopka axtarmışdır. O, bu məqsədlə maraqlanmış və ona bildirmişlər ki, İmişli rayonu, Qaravəlli kəndində karopka satırlar. Bundan sonra o, 24 iyun 2024-cü il tarixində Cavabdeh İmişli rayonu, Qaravəlli kəndində yerləşən evinə gəlmiş və cavabdehlə görüşmüş və ona bildirmişdir ki, ona karopka lazımdı, o isə bildirmişdir ki, onda iki ədəd karopka var o karapkaların iksini bir yerdə 420 manata satır. O da ona bildirmişdir ki, karopkaları almağa razıdır amma həmin karopkalarda hər hansı problem var ya yox cavabında isə cavabdeh bildirmişdir ki, heç bir problem yoxdur hər iki karaopka saz vəxiyətdədir, əgər xarab çıxarsa qaytararsan. O da ona inanıb iki karopya görə cavabdehə 420 manat pul verib, karopkaları götürüb çıxıb getmişdir. Bundan sonra o, usta gətirib karopqanı maşının üstün qoymaq istəmiş, lakin birinci karopqanı maşının üstünə qoyanda usta demişdir ki, karopqa xarabdı, bundan sonra o, ustadan ikinci karopqanı qoymasını xahiş etmiş, usta həmin karopqanıda masının üzərinə qoydu və yenə ona bildirmişdir ki, bu karopqada xarabdı. Bundan sonra o, həmin karopqaları götürüb cavabdehin yaşadığı İmişli rayonu, Qaravəlli kəndinə gətirmiş və cavabdehə bildirmiş ki, karopqalar xarabdı onları qaytarır. O, isə cavabında ona bildirmişdir ki, o, karopqanı satmış və geri qaytarmır. Bundan sonra o, məcbur olub İmişli Rayon Polis Şöbəsinə müracət etmiş, oradan ona bildirdilər ki, bu məsələ ilə bağlı məhkəməyə müracət etməlisən. Buna görədə məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq qeyd edir ki, o, həmin karopqaları cavabdehdən alıb aparandan sonra həmin karopları maşının üzərinə qoymağa, yol puluna, usta puluna ümumilikdə 220 (iki yüz iyirmi) manat əlavə xərc çəkmiş və hazırda o, həmin xərcidə cavabdehdən tələb edir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O eyni zamanda bildirmişdir ki, sürətlər qutusunu 1 həftə sonra qaytamaq istəs də, cavabdeh qaytarmamışdır. Artıq ikinci dəfə qaytarmaq üçün gedəndə 102 xidmətinə zəng vurmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, İddiaçı 420 (dörd yüz iyirmi) manata 2 ədəd avtomobilin sürətlər qutusunu - karopka satmışdır. Aralarında razılaşmışlar ki, avtomobilin sürətlər qutusunu - karopka işləməsə 5 (beş) gün müddətində geri qaytarsın. Avtomobil sürətlər qutusunu satarkən onun saz vəziyyətdə olmasını yoxlamaq imkanı olmadığı üçün iddiaçıya maşının üzərindən çıxararaq yoxlamadan vermişdir. Bundan sonra İddiaçı həmin karopkaları Masallı rayon sakininə satmışdır. Satarkən xeyli müddət yəni 37 (otuz yeddi) gün keçməsinə baxmayaraq həmin avtomobilin sürətlər qutusunu - karopkaları qaytarmaq istəmiş və o da qəbul etməmişdir. Bundan sonra onun barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X1 izahatında bildirmişdir ki, tanışı İddiaçı ona yaxınlaşmış və bildirmişdir ki, İmişli rayonu, Qaravəlli kəndində karopka satan var gedib, onu alsınlar. O da onunla həmin ünvana gəlmiş və karopka satanın Cavabdeh olduğunu bilmişdir. Onlar 420 manata razılaşdılar və İddiaçı 420 (dörd yüz iyirmi) manata karopkanı bu şərtlə aldı ki, əgər işləməzsə geri qaytarsın. Lakin orada onu yoxlamaq mümkün olmamışdır. Məhkəmə tərəflərin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İmişli Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətindən İmişli Rayon Polis Şöbəsinə daxil olmuş müraciətə baxılmış və müraciət üzrə heç bir cinayət və inzibati xətanın tərkibi olmadığı üçün material işə alınaraq İmişli Rayon Polis Şöbəsinin dəftərxanasına verilmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsi:
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. 583.1. Qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.7. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. 1128.3. Əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı hər biri 210 manat olmaqla, ümumilikdə, 420 manat müqabilində 2 ədəd avtomobil sürətlər qutusunu satmışdır. Aralarında razılaşmaya əsasən iddiaçı avtomobilin sürətlər qutusu - karopka işləmədiyini təqdirdə 5 (beş) gün müddətində geri qaytara bilər. Bundan sonra sürətlər qutusunun işləmədiyini aşkar edən iddiaçı onları geri qaytarmaq istəsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən satılmış 2 ədəd avtomobil sürətlər qutusu müqavilənin şərtlərinə uyğun olmamış, qüsurlu şəkildə iddiaçıya verilmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında avtomobil sürətlər qutusunu satarkən onun saz vəziyyətdə olmasını yoxlamaq imkanı olmadığı üçün iddiaçıya yoxlamadan vermişdir. X1 isə ifadəsində bildirmişdir ki, tərəflər avtomobil sürətlər qutusunun işləmədiyi təqdirdə cavabdehə geri qaytarılmasının mümkünlüyü barədə razılığa gəlmişlər. İddiaçı tərəfindən müqavilənin şərtlərinə uyğun olmayan 2 ədəd avtomobil sürətlər qutusunu razılaşdıqları kimi cavabdehə qaytarmaq istəsə də, cavabdeh bundan imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilənin şərtlərinə uyğun olmayan 2 ədəd avtomobil sürətlər qutusuna görə ödədiyi 420 manat məbləğində pul vəsaitini iddiaçıya geri qaytarılmalıdır. İddiaçı tərəfindən avtomobil sürətlər qutusunun avtomobilin üzərinə qoymağa, yol puluna, usta puluna ümumilikdə 220 (iki yüz iyirmi) manat əlavə xərc çəkməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 420 (dörd yüz iyirmi) manat pulun alınaraq iddiaçı Cavabdeh ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 420 (dörd yüz iyirmi) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Mahmud