Məhkəmə qərarları › İş №2(036)-1954/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1954/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1954/2021 28.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 04.03.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 29 manat əsas borc, 10.05.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 500 manat əsas borc, 150 manat dəbbə pulu, 30.09.2019cu il tarixli alqı-satqı müqaviləsi üzrə 150 manat əsas borc, 45 manat dəbbə pulu, 18.02.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 479,2 manat əsas borc, 118 manat dəbbə pulu və 04.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 675 manat əsas borc, 158 manat dəbbə pulu olmaqla, ümumilikdə 2304,2 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.03.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh ümumi dəyəri 1026 manat olan “Soyuducu Hoffmann” satılmışdır. Cavabdeh həmin malın dəyərində ilkin ödəniş etməmiş, həmin məbləği 18 ay müddətinə hər ay 57 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 10.05.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ümumi dəyəri 1200 manat olan olan “Hoffmann Led TV” satılmışdır. Cavabdeh həmin malın dəyərində ilkin ödəniş etməmiş, həmin məbləği 24 ay müddətinə hər ay 50 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh 30.09.2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə ümumi dəyəri 300 manat olan “Hoffmann X Ultra” markalı telefon satılmışdır. Cavabdeh həmin malın dəyərində ilkin ödəniş etməmiş, həmin məbləği 12 ay müddətinə hər ay 25 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh 18.02.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ümumi dəyəri 664,2 manat olan “X1 8T” markalı mobil telefon satılmışdır. Cavabdeh həmin malın dəyərində ilkin ödəniş etməmiş, həmin məbləği 18 ay müddətinə hər ay 36,9 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh 04.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ümumi dəyəri 873 manat olan “Paltaryuyan Electrolux” satılmışdır. Cavabdeh həmin malın dəyərində ilkin ödəniş etməmiş, həmin məbləği 18 ay müddətinə hər ay 48,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borcunu tam ödəməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin materiallarında olan; İddiaçı "xxxx" MMC ilə borcalan Cavabdeh arasında bağlanmış 04.03.2019-cu il tarixli 00542121 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ümumi dəyəri 1026 olan “Soyuducu Hoffmann” satılmış, Cavabdeh həmin malın dəyərində ilkin ödəniş etməmiş, həmin məbləği 18 ay müddətinə hər ay 57 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 10.05.2019-cu il tarixli 00655292 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 1200 manat olan olan “Hoffmann Led TV” satılmış, o, həmin malın dəyərində ilkin ödəniş etməmiş, həmin məbləği 24 ay müddətinə hər ay 50 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 30.09.2019-cu il tarixli, 00948502 nömrəli alqı-satqı müqaviləsinə əsasən, cavabdehə ümumi dəyəri 300 manat olan “Hoffmann X Ultra” markalı telefon satılmış, o, həmin malın dəyərində ilkin ödəniş etməmiş, həmin məbləği 12 ay müddətinə hər ay 25 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 18.02.2020-ci il tarixli, 20111872 nömrəli alqı-satqı müqaviləsinə əsasən, cavabdehə ümumi dəyəri 664,2 manat olan “X1 8T” markalı mobil telefon satılmış, o, həmin malın dəyərində ilkin ödəniş etməmiş, həmin məbləği 18 ay müddətinə hər ay 36,9 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 04.03.2020-ci il tarixli, 20144516 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 873 manat olan “Paltaryuyan Electrolux” satılmış, o, həmin malın dəyərində ilkin ödəniş etməmiş, həmin məbləği 18 ay müddətinə hər ay 48,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, hazırda onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 29-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də dəbbə pulu azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 04.03.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 29 manat əsas borc, 10.05.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 500 manat əsas borc, 10 manat dəbbə pulu, 30.09.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 150 manat əsas borc, 10 manat dəbbə pulu, 18.02.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 479,2 manat əsas borc, 10 manat dəbbə pulu və 04.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 675 manat əsas borc, 10 manat dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1903,2 manat məbləğində pul alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 04.03.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 29 manat əsas borc, 10.05.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 500 manat əsas borc, 10 manat dəbbə pulu, 30.09.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 150 manat əsas borc, 10 manat dəbbə pulu, 18.02.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 479,2 manat əsas borc, 10 manat dəbbə pulu və 04.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 675 manat əsas borc, 10 manat dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1903,2 (bir min doqquz yüz üç manat iyirmi qəpik) manat məbləğində pul alınıb "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar