Məhkəmə qərarları › İş №2(036)-1981/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1981/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1981/2022 26.07.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X3 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, iddiaçının nüməyəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4600 manat məbləğində pulun, 1400 manat dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 02 avqust 2018-ci il tarixində Bakı şəhəri 27 saylı notariat kontorunda cavabdehlə aralarında imzalanmış Sazişə əsasən Cavabdeh tərəfindən ona vurulmuş 4600 manat ziyanı 15 ay yəni 01 sentyabr 2018-ci il tarixindən 01 dekabr 2019-cu il tarixədək hər ay 300 manat olmaqla, qalan 100 manatı isə 01 yanvar 2020-ci il tarixində tam olaraq ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh pulu ödəməmişdir. Sözü gedən sazişin 3-cü bəndinə əsasən gələcəkdə baş verəcək mübahisəli məsələlərə görə cavabdeh məsuliyyət daşıyır. O, dəfələrlə cavabdehdən sazişin şərtlərinə əməl etməyi tələb etsə də, o buna məhəl qoymamışdır. Həmçinin bildirmişdir ki, cavabdeh tərəfindən pulunun vaxtında qaytarılmaması ona 1400 manat maddi ziyan vurulması ilə nəticələnmişdir. Belə ki, cavabdeh pulunu vaxtında qaytarsa idi o, həmin puldan əlavə gəlir əldə edə bilərdi. Məhkəmə iclasında iddiaçının nüməyəndəsi X1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, həmin 4600 manat İddiaçı ödənilmişdir. Ona görə də, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 avqust 2018-ci il tarixli sazişdən görünür ki, Cavabdeh cəzaçəkmə müəssisəsində olan oğlu - Cavabdeh İddiaçı vurmuş olduğu 4600 manat məbləğində maddi ziyanı 15 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 300 manat olmaqla, qalan 100 manat isə xx.xx.2020-ci tarixdə tam olaraq İddiaçı qızna ödəməyi öhdəsinə götürmüş və zərərçəkmiş şəxs İddiaçı iddiasından əl çəkməsi ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4600 manat məbləğində pul və 80 manat dövlət rüsumu alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4600 manat məbləğində pul və 80 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar