Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-201/2024 03.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ( VÖEN: **********) qarşı girov qoyulmuş əşyaların geri qaytarılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh ( VÖEN: **********) qarşı girov qoyulmuş əşyaların geri qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 815 nömrəli Kredit müqaviləsi üzrə öhdəliyin təmin olunması məqsədilə Lombarda girov qoyulmuş cəmi 4215,0 manat məbləğində kredit götürülməsi müqabilində girov qoyulmuş cəmi 6000,0 manat dəyərində Rus istehsalı olan 6,4 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı (640 manat), 14,0 qram çəkidə 750 əyarlı 1 dəst qızıl komplekt ( 1400,0 manat), 16,0 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl üzük (1600,0 manat), 2,4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük ( 216,0 manat), 10,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl boyunbağı (945,0 manat), 9,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl qolbağı(855,0 manat) , 7,7 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl klon (770,0 manat), 4,2 qram çəkidə 583 əyarlı 1 cüt qızıl sırğa (378,0 manat) alınaraq ona ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh ( VÖEN: **********) aylıq 4, 5 faizlə 4215,0 manat kredit götürüb cəmi 6000,0 manat dəyərində Rus istehsalı olan 6,4 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı (640 manat), 14,0 qram çəkidə 750 əyarlı 1 dəst qızıl komplekt ( 1400,0 manat), 16,0 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl üzük (1600,0 manat), 2,4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük ( 216,0 manat), 10,5 qram çəkidə 583 əyarlı 1 ədəd qaşlı qızıl üzük (945,0 manat), 10,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl boyunbağı (945,0 manat), 9,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl qolbağı(855,0 manat) , 7,7 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl klon (770,0 manat), 4,2 qram çəkidə 583 əyarlı 1 cüt qızıl sırğa (378,0 manat) girov qoymuş və aldığı kreditin faizini hər ay vaxtı-vaxtında ödəmişdir. 2020-ci ilin may ayında qalıq məbləğdə krediti qaytarmaq istəsə də, Cavabdeh fəaliyyət göstərdiyi məkanda tapa bilməmişdir. Ona görə də, Cavabdeh ( VÖEN: **********) ilə aralarında bağlanmış xx.xx.2019cu il tarixli 815 nömrəli Kredit müqaviləsi üzrə öhdəliyin təmin olunması məqsədilə Lombarda girov qoyulmuş cəmi 6000,0 manat dəyərində Rus istehsalı olan 6,4 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı (640 manat), 14,0 qram çəkidə 750 əyarlı 1 dəst qızıl komplekt ( 1400,0 manat), 16,0 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl üzük (1600,0 manat), 2,4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük ( 216,0 manat), 10,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl boyunbağı (945,0 manat), 9,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl qolbağı(855,0 manat) , 7,7 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl klon (770,0 manat), 4,2 qram çəkidə 583 əyarlı 1 cüt qızıl sırğanın (378,0 manat) alınaraq ona verilməsi barədə iddia qaldırmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli 815 nömrəli Kredit müqaviləsinin və ona əlavə edilmiş Aktın surətinə əsasən Borclu İddiaçı Lombard kreditinin verilməsi ilə məşğul olan fiziki şəxs Cavabdeh ( VÖEN: **********) aylıq 4,5 faizlə 4215,0 manat kredit götürüb cəmi 4215,0 manat dəyərindəRus istehsalı olan 6,4 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı , 14,0 qram çəkidə 750 əyarlı 1 dəst qızıl komplekt, 16,0 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl üzük , 2,4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük , 10,5 qram çəkidə 583 əyarlı 1 ədəd qaşlı qızıl boyunbağı , 9,5 qram çəkidə 583 əyarlı 1 ədəd qolbağı , 7,7 qram çəkidə 750 əyarlı 1 ədəd klon, 4,2 qram çəkidə 583 əyarlı 1 cüt qızıl sırğa sırğa girov qoymuşdur. İşdə olan Fərdi sahibkar-Qızıl X1 ( VÖEN: **********) tərəfindən verilmiş rəyə əsasən Rus istehsalı olan 6,4 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı 640 manat, 14,0 qram çəkidə 750 əyarlı 1 dəst qızıl komplekt 1400,0 manat, 16,0 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl üzük 1600,0 manat, 2,4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük 216,0 manat, 10,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl boyunbağı 945,0 manat, 9,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl qolbağı855,0 manat , 7,7 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl klon 770,0 manat) 4,2 qram çəkidə 583 əyarlı 1 cüt qızıl sırğa 378,0 manat dəyərində qiymətləndirilir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh ( VÖEN: **********) aylıq 4,5 faizlə 4215,0 manat kredit götürüb 6,4 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı (640 manat), 14,0 qram çəkidə 750 əyarlı 1 dəst qızıl komplekt ( 1400,0 manat), 16,0 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl üzük (1600,0 manat), 2,4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük ( 216,0 manat), 10,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl boyunbağı (945,0 manat), 9,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl qolbağı(855,0 manat) , 7,7 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl klon (770,0 manat), 4,2 qram çəkidə 583 əyarlı 1 cüt qızıl sırğa (378,0 manat) girov qoymuş və aldığı kreditin faizlərini ödəmişdir. Cavabdeh qalıq məbləğdə əsas kredit məbləğini qəbul etməyərək girov qoyulmuş əşyaları geri qaytarmamışdır. AR Mülki Məcəlləsinin 283.3-cü maddəsinə əsasən girov saxlayan öz vəzifələrini kobudcasına pozaraq girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsini doğurduqda girov qoyan girova vaxtından əvvəl xitam verilməsini tələb edə bilər. Həmin Məcəllənin 294.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girova xitam verilir. Həmin Məcəllənin 294.2-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Həmin Məcəllənin 302.1-ci madəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.5-ci maddəsinə əsasən lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Həmin Məcəllənin 302.6-cı maddəsinə əsasən lombard girov qoyulmuş əşyaların itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh (VÖEN: **********) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 815 nömrəli Kredit müqaviləsi üzrə öhdəliyin təmin olunması məqsədilə qoyulmuş girova xitam verilməli və Cavabdeh (VÖEN: **********) girov saxladığı 6,4 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı (640 manat), 14,0 qram çəkidə 750 əyarlı 1 dəst qızıl komplekt (1400,0 manat), 16,0 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl üzük (1600,0 manat), 2,4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük ( 216,0 manat), 10,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl boyunbağı (945,0 manat), 9,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl qolbağı(855,0 manat), 7,7 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl klon (770,0 manat), 4,2 qram çəkidə 583 əyarlı 1 cüt qızıl sırğa (378,0 manat) girov qoyana qaytarmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin olunsun. İddiaçı ilə Cavabdeh ( VÖEN: **********) arasında bağlanmışxx.xx.2019-cu il tarixli 815 nömrəli Kredit müqaviləsi üzrə öhdəliyin təmin olunması məqsədilə qoyulmuş girova xitam verilsin və Cavabdeh ( VÖEN: **********) 6,4 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı (640 manat), 14,0 qram çəkidə 750 əyarlı 1 dəst qızıl komplekt ( 1400,0 manat), 16,0 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl üzük (1600,0 manat), 2,4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük (216,0 manat), 10,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl boyunbağı (945,0 manat), 9,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl qolbağı(855,0 manat), 7,7 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl klon (770,0 manat), 4,2 qram çəkidə 583 əyarlı 1 cüt qızıl sırğa (378,0 manat) alınıb İddiaçı verilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-201/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-201/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver