Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2014/2020 28.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Maqsudov X3 şəhərində yerləşən “BEKO” mağazasının sahibidir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. O, Cavabdeh ilə arasında bağlanmış ******* saylı, xx xxxxxx 2019-cu il tarixli “alğı-satqı” müqaviləsinə əsasən “BEKO” mağazasından 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 4064 (dörd min altmış dörd) AZN məbləğində olan 1 (bir) ədəd “SAMSUNG” markalı televizoru satmışdır. Alğı-satqı müqaviləsinə Cavabdeh televizorun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 198 (yüz doxsan səkkiz) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh alğı-satqı müqaviləsinə əsasən ümumi borc məbləğindən 500 (beş yüz) AZN məbləğində pul ödənişini həyata keçirmişdir.Lakin Cavabdeh alğı-satqı müqaviləsinə əsasən öhdəliklərini tam icra etməmişdir.Hal-hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh 3564 (üç min beş yüz altmış dörd) AZN məbləğində əsas borcu, 210 (iki yüz on) AZN məbləğində cərimə borcu və ümumilikdə 3774 (üç min yeddi yüz yetmiş dörd) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 3564 (üç min beş yüz altmış dörd) AZN məbləğində əsas borcun, 210 (iki yüz on) AZN məbləğində cərimə borcunun, ümumilikdə 3774 (üç min yeddi yüz yetmiş dörd) AZN məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinəödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən, İddiaçı iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi “Fiziki şəxsin Sahibkarlıq Uçotu haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı X2 vergi ödəyicisi kimi qeydiyyatdadır və qeydiyyat nömrəsi (VÖEN) **********.dir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx xxxxxx 2019-cu il tarixli “alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı tərəfindən “BEKO” mağazasından 18 (on səkkiz) ay müddətinə hər ay 198 (yüz doxsan səkkiz) AZN məbləğində pulu hissə-hissə ödəmək şərti ilə ümumi dəyəri 4064 (dörd min altmış dörd) AZN məbləğində olan 1 (bir) “SAMSUNG” markalı televizor “alıcı” Cavabdeh satılmışdır. İş materillarında olan ******* saylı, xx xxxxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 4064 (dörd min altmış dörd) AZN məbləğində olan “SAMSUNG” markalı televizora görə 18 (on səkkiz) ay müddətinə hər ay 198 (yüz doxsan səkkiz) AZN məbləğində pulu hissə-hissə və aylıq ödəniş vaxtında ödənilmədikdə ödənişi gecikdirdiyi gün üçün məcmu borcun 1 % həcmində cəriməni “satıcı” İddiaçı xeyrinə ödəməlidir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh alğı-satqı müqaviləsinə əsasən 500 (beş yüz) AZN məbləğində pul ödənişini həyata keçirmiş və onun xx xxx 2020-ci il tarixə 3564 (üç min beş yüz altmış dörd) AZN məbləğində əsas borcu, 210 (iki yüz on) AZN məbləğində cərimə borcu, ümumilikdə 3774 (üç min yeddi yüz yetmiş dörd) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdehİddiaçı olan borcu barədə iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, xx xxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx xxxxxx 2019-cu il tarixli “alğı-satqı” müqaviləsinə əsasən “satıcı” İddiaçı “BEKO” mağazasından 18 (on səkkiz) ay müddətinə, hər ay 198 (yüz doxsan səkkiz) AZN məbləğində pulu hissə-hissə ödəmək şərti ilə ümumi dəyəri 4064 (dörd min altmış dörd) AZN məbləğində olan 1 (bir) “SAMSUNG” markalı televizoru “alıcı” Cavabdeh satmış, “alıcı” Cavabdeh malın dəyərini hər ay 198 (yüz doxsan səkkiz) AZN məbləğində pulu hissə-hissə, aylıq ödəniş vaxtında ödənilmədikdə ödənişi gecikdirdiyi gün üçün məcmu borcun 1 % həcmində cəriməni “satıcı” İddiaçı xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bununla yanaşı, Cavabdeh öhdəliklərini tam icra etməmiş, iddiaçıya olan borcu barədə rəsmi xəbərdarlıq edilmiş və onun alğısatqı müqaviləsinə əsasən xx xxx 2020-ci il tarixə 3564 (üç min beş yüz altmış dörd) AZN məbləğində əsas borcu, 210 (iki yüz on) AZN məbləğində cərimə borcu, ümumilikdə 3774 (üç min yeddi yüz yetmiş dörd) AZN məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə irəli sürülmüş ilk iddia tələbinin “210 manat məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən alğı-satqı müqaviləsinə əsasən İddiaçı borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 210 (iki yüz on) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə qədər azaldılmalı və iddia tələbinin “210 manat məbləğində cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx xxxxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 3564 (üç min beş yüz altmış dörd) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 3614 (üç min altı yüz on dörd) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinəödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3564 (üç min beş yüz altmış dörd) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 3614 (üç min altı yüz on dörd) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinəödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-2014/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2014/2020
28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver