Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2021/2020 28.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış K00197349 saylı, xx xxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə aylıq ödəniş 53 (əlli üç) AZN məbləği olmaqla, ümumi dəyəri 636 (altı yüz otuz altı) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********52666 “SAMSUNG GALAXY J5” markalı mobil telefon aparatı satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 00343483 saylı, xx xxxxxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə aylıq ödəniş 31 (otuz bir) AZN məbləği olmaqla, ümumi dəyəri 372 (üç yüz yetmiş iki) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********90710 “SAMSUNG J2” markalı mobil telefon aparatı avadanlığı satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 00466303 saylı, xx xxxxxx 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə ilkin ödəniş 66 (altmış altı) AZN məbləği və aylıq ödəniş 44 (qırx dörd) AZN məbləği olmaqla, ümumi dəyəri 594 (beş yüz doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********43487 “XİAOMİ REDMİ NOTE 6” markalı mobil telefon aparatı avadanlığı satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 00620630 saylı, xx xxxxx 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 9 (doqquz) ay müddətinə ilkin ödəniş 1 (bir) AZN məbləği və aylıq ödəniş 87 (səksən yeddi) AZN məbləği olmaqla, ümumi dəyəri 784 (yeddi yüz səksən dörd) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********06854 “SAMSUNG GALAXY A50” markalı mobil telefon aparatı avadanlığı satılmışdır. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə K00197349 saylı, xx xxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən53 (əlli üç) AZN məbləğində əsas borcu, 5 (beş) AZN məbləğində cərimə borcu,00343483 saylı, xx xxxxxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 155 (yüz əlli beş) AZN məbləğində əsas borcu, 15 (on beş) AZN məbləğində cərimə borcu,00466303 saylı, xx xxxxxx 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 308 (üç yüz səkkiz) AZN məbləğində əsas borcu, 30 (otuz) AZN məbləğində cərimə borcu,00620630 saylı, xx xxxxx 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 609 (altı yüz doqquz) AZN məbləğində əsas borcu, 60 (altmış) AZN məbləğində cərimə borcu, ümumilikdə 1235 (min iki otuz beş) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh K00197349 saylı, xx xxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən53 (əlli üç) AZN məbləğində əsas borcun, 5 (beş) AZN məbləğində cərimə borcunun,00343483 saylı, xx xxxxxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 155 (yüz əlli beş) AZN məbləğində əsas borcun, 15 (on beş) AZN məbləğində cərimə borcunun,00466303 saylı, xx xxxxxx 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 308 (üç yüz səkkiz) AZN məbləğində əsas borcun, 30 (otuz) AZN məbləğində cərimə borcunun,00620630 saylı, xx xxxxx 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 609 (altı yüz doqquz) AZN məbləğində əsas borcun, 60 (altmış) AZN məbləğində cərimə borcunun, ümumilikdə 1235 (min iki otuz beş) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinəödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış K00197349 saylı, xx xxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” “xxxxxxxxxxx” MMC tərəfindən 12 (on iki) ay müddətinə aylıq ödəniş 53 (əlli üç) AZN məbləği olmaqla, ümumi dəyəri 636 (altı yüz otuz altı) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********52666 “SAMSUNG GALAXY J5” markalı mobil telefon aparatı satılmışdır. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh K00197349 saylı, xx xxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 636 (altı yüz otuz altı) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********52666 “SAMSUNG GALAXY J5” markalı mobil telefon aparatını təhvil almışdır. İş materiallarında olan K00197349 saylı, xx xxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri636 (altı yüz otuz altı) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********52666 “SAMSUNG GALAXY J5” markalı mobil telefon aparatına görə 12 (on iki) ay müddətinə hər ay 53 (əlli üç) AZN məbləğində pulu hissə-hissə “satıcı” “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 00343483 saylı, xx xxxxxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” “xxxxxxxxxxx” MMC tərəfindən 12 (on iki) ay müddətinə aylıq ödəniş 31 (otuz bir) AZN məbləği olmaqla, ümumi dəyəri 372 (üç yüz yetmiş iki) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********90710 “SAMSUNG J2” markalı mobil telefon aparatı “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 00343483 saylı, xx xxxxxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 372 (üç yüz yetmiş iki) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********90710 “SAMSUNG J2” markalı mobil telefon aparatını təhvil almışdır. İş materiallarında olan 00343483 saylı, xx xxxxxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri372 (üç yüz yetmiş iki) AZN məbləği olan 1 (bir) İMEİ kodu **********90710 “SAMSUNG J2” markalı mobil telefon aparatına görə 12 (on iki) ay müddətinə hər ay 31 (otuz bir) AZN məbləğində pulu hissə-hissə “satıcı” “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 00466303 saylı, xx xxxxxx 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” “xxxxxxxxxxx” MMC tərəfindən 12 (on iki) ay müddətinə ilkin ödəniş 66 (altmış altı) AZN məbləği və aylıq ödəniş 44 (qırx dörd) AZN məbləği olmaqla, ümumi dəyəri 594 (beş yüz doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********43487 “XİAOMİ REDMİ NOTE 6” markalı mobil telefon aparatı “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 00466303 saylı, xx xxxxxx 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 594 (beş yüz doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********43487 “XİAOMİ REDMİ NOTE 6” markalı mobil telefon aparatını təhvil almışdır. İş materiallarında olan 00466303 saylı, xx xxxxxx 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri594 (beş yüz doxsan dörd) AZN məbləği olan 1 (bir) İMEİ kodu **********43487 “XİAOMİ REDMİ NOTE 6” markalı mobil telefon aparatına görə 12 (on iki) ay müddətinə hər ay 44 (qırx dörd) AZN məbləğində pulu hissə-hissə “satıcı” “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 00620630 saylı, xx xxxxx 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” “xxxxxxxxxxx” MMC tərəfindən 9 (doqquz) ay müddətinə ilkin ödəniş 1 (bir) AZN məbləği və aylıq ödəniş 87 (səksən yeddi) AZN məbləği olmaqla, ümumi dəyəri 784 (yeddi yüz səksən dörd) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********06854 “SAMSUNG GALAXY A50” markalı mobil telefon aparatı “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 00620630 saylı, xx xxxxx 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 784 (yeddi yüz səksən dörd) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********06854 “SAMSUNG GALAXY A50” markalı mobil telefon aparatını təhvil almışdır. İş materiallarında olan 00620630 saylı, xx xxxxx 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri784 (yeddi yüz səksən dörd) AZN məbləği olan 1 (bir) İMEİ kodu **********06854 “SAMSUNG GALAXY A50” markalı mobil telefon aparatına görə 9 (doqquz) ay müddətinə hər ay 87 (səksən yeddi) AZN məbləğində pulu hissə-hissə “satıcı” “xxxxxxxxxxx” MMCnin xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış K00197349 saylı, xx xxxx 2018-ci il tarixli, 00343483 saylı, xx xxxxxxx 2018-ci il tarixli, 00466303 saylı, xx xxxxxx 2019-cu il tarixli və 00620630 saylı, xx xxxxx 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqavilələrinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə1125 (min yüz iyirmi beş) AZN məbləğində əsas borc, 110 (yüz on) AZN məbləğində cərimə borcu, ümumilikdə 1235 (min iki yüz otuz beş) AZN məbləğində borcu mövcudur. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixlixəbərdarlığın surətindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan 64743352 saylı, xx xxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, “xxxxxxxxxxx” MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqavilələrinə əsasən “satıcı” “xxxxxxxxxxx” MMC tərəfindən müxtəlif markalı mobil telefon aparatları “alıcı” Cavabdeh satılmış, “alıcı” Cavabdeh mobil telefon aparatlarının dəyərinə görə müəyyən məbləğdə pulu hissə-hissə, eləcə də, ödənişləri gecikdirdikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniyanı “satıcı” “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bununla yanaşı, Cavabdeh cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmiş, cəmiyyətə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmiş, onun K00197349 saylı, xx xxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən53 (əlli üç) AZN məbləğində əsas borcu, 5 (beş) AZN məbləğində cərimə borcu,00343483 saylı, xx xxxxxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 155 (yüz əlli beş) AZN məbləğində əsas borcu, 15 (on beş) AZN məbləğində cərimə borcu,00466303 saylı, xx xxxxxx 2019cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 308 (üç yüz səkkiz) AZN məbləğində əsas borcu, 30 (otuz) AZN məbləğində cərimə borcu,00620630 saylı, xx xxxxx 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 609 (altı yüz doqquz) AZN məbləğində əsas borcu, 60 (altmış) AZN məbləğində cərimə borcu, ümumilikdə 1235 (min iki otuz beş) AZN məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh K00197349 saylı, xx xxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən53 (əlli üç) AZN məbləğində əsas borc, 5 (beş) AZN məbləğində cərimə borcu,00343483 saylı, xx xxxxxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 155 (yüz əlli beş) AZN məbləğində əsas borc, 15 (on beş) AZN məbləğində cərimə borcu,00466303 saylı, xx xxxxxx 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 308 (üç yüz səkkiz) AZN məbləğində əsas borc, 30 (otuz) AZN məbləğində cərimə borcu,00620630 saylı, xx xxxxx 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 609 (altı yüz doqquz) AZN məbləğində əsas borc, 60 (altmış) AZN məbləğində cərimə borcu, ümumilikdə 1235 (min iki otuz beş) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinəödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh K00197349 saylı, xx xxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən53 (əlli üç) AZN məbləğində əsas borc, 5 (beş) AZN məbləğində cərimə borcu,00343483 saylı, xx xxxxxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 155 (yüz əlli beş) AZN məbləğində əsas borc, 15 (on beş) AZN məbləğində cərimə borcu,00466303 saylı, xx xxxxxx 2019-cu il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 308 (üç yüz səkkiz) AZN məbləğində əsas borc, 30 (otuz) AZN məbləğində cərimə borcu,00620630 saylı, xx xxxxx 2019-cu il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 609 (altı yüz doqquz) AZN məbləğində əsas borc, 60 (altmış) AZN məbləğində cərimə borcu, ümumilikdə 1235 (min iki otuz beş) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinəödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-2021/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2021/2020
28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver