Məhkəmə qərarları › İş №2(036)-2031/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2031/2022

14.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2031/2022 14.07.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib İmişli rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda 108 (yüz səkkiz) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək ayda 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X11 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay 108 manat sabit pul məbləğində aliment kəsilmişdir.Lakin həmin məbləğ uşağın maddi ehtiyacını və müalicə xərclərini ödəmək üçün kifayət etmir.Bundan başqa uşağın böyüməsi ilə onun saxlanılması üçün tələb olunan vəsait ilbəil artır və o, uşağın maddi ehtiyacının təmin olunmasında çətinlik çəkir.Cavabdeh uşağla maraqlanmır və kəsilmiş alimenti ödəməkdən yayınır.Ona görə də, qət olunmuş alimentin miqdarının artırılaraq hər 200 manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia qaldırılmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İmişli rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə ayda 108 (yüz səkkiz) manat sabit pul məbləğində aliment kəsilmişdir.Himayəsində başqa nikahdan doğulmuş uşaqı olduqundan və heç yerdə işləmədiyindən İddiaçı xeyrinə kəsilmiş ayda 108 manat məbləğində alimenti ödəməkdə çətinlik çəkir və şəxsi ehtiyaclarını ödəyə bilmir.Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşdə olan AZ-İ №761377 saylı «doğum şəhadətnaməsinin» surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X3 Səbuhi Allahyar oğlundan törəmişdir. İşdə olan İmişli rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2(036)-2797/2015 saylı qətnaməsinin surətinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 Esmira Nərman qızının yanında qalmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay cəmi 108 (yüz səkkiz) manat sabit məbləğində aliment tutulması müəyyən edilmişdir. İşdə olan AZ-İİİ №474150 saylı «doğum şəhadətnaməsinin» surətinə əsasən X5 doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 Səbuhi Allahyar oğlundan törəmişdir. İşdə olan AZ-İV №011101 saylı «doğum şəhadətnaməsinin» surətinə əsasən X5 doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 Səbuhi Allahyar oğlundan törəmişdir. AR Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentinm ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində hər hansı bir yaxşılaşmanın olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, sonrakı müddətdə Cavabdeh maddi vəziyyətində heç bir yaxşılaşma olmadıqı halda öhdəlikləri əhəmiyyətli şəkildə artmışdır.Ona görə də İddiaçı irəli sürdüyü dəlillər iddia tələbinin təmin edilməsi üçün əsas deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 235, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar