Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2066/2025 16.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki mübahisə (açar sözlər: pul tələbi) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli qəbzə əsasən cavabdehin iddiaçıya 7000 manat borcu olmuşdur. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında təqdim olunmuş ərizələrlə tərəflər borcun 4 min manat olması barədə razılaşmışlar.
İddiaçının tələbi və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) İddiaçının tələbi.
2. İddiaçı cavabdehə qarşı 7000 manat pulun və 90 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh aralarında olan münasibətdən istifadə edərək dəfələrlə ondan pul almışdır. Sonuncu dəfə 1000 manat pul alaraq ümumilikdə 7000 manat pul alması barədə etiraf edilmiş qəbz vermişdir. Eyni zamanda əmək haqqı kartını iddiaçıya vermişdir. Lakın 7000 manat borcu qaytarmamışdır. Əmək haqqı kartını isə digər karta yönəldərək özü alır. Dəfələrlə evinə getmiş, cavabdeh demişdir ki, bankdan kredit götürüb ödəyəcək, lakin ödəməmişdir. Qohumlarına bildirsə də, xeyri olmamışdır. 7000 manat pulu borc kimi cavabdehə vermiş və cavabdeh öz xətti ilə bu barədə yazılı qəbz vermişdir. Buna görə də 7000 manat məbləğində pulu və ödənilmiş dövlət rüsumunu iddiaçıya qaytarmalıdır. b) iddiaya etiraz Cavabdeh iddia tələbinə şifahi etiraz edərək bildirmişdir ki, borc məbləğini qismən qəbul edir. İddiaçı ona borc versə də, həmin məbləğ yeddi min manat təşkil etmir, daha azdır. c) məhkəmə icraat iştiakçılarının izahatları
4. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin son iclasında iddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək iddia tələbinin 4000 (dörd min) manat kimi qəbul edilməsini və həmin məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçıya 7000 manat borcu yoxdur. İddiaçı ona borc vermiş və o da həmin səbəbdən müvafiq qəbzi imzalamışdır. Lakin real borc 4000 manat məbləğində olmuşdur. Məhkəmənin son iclasında cavabdeh iddia tələbinin etirafı barədə ərizə təqdim edərək 4000 (dörd min) manat borcunun olduğunu qəbul etmişdir.
Tətbiq edilən hüquq:
6. Mülki Məcəllə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
Məhkəmə baxışının hədləri
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə 2019-cu ildən başlayaraq müxtəlif vaxtlarda pul vermiş, xx.xx.2022-ci il tarixdə isə cavabdeh 7000 manat borcunun olması barədə qəbzi imzalamışdır.
10. Məhkəmənin hazırlıq iclaslarında cavabdeh iştirak etməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında isə tərəflər borcun 4000 manat məbləğində olması barədə razılığa gəlmişlər və bu barədə iddiaçı və cavabdeh ayrı-ayrılıqda ərizələr təqdim etmişlər. Məhkəmə hesab edir ki, ərizələr baxış iclasında təqdim olunduğundan, iddia tələbinin həcminin azaldılmasına yol verilir. Belə ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində tərəflərin razılaşmasına əsasən yaranmışdır.
11. Məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bu səbəbdən iddia təmin olunmalıdır.
12. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.
13. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 90 manat dövlət rüsumundan ibarət məhkəmə xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
14. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat, ödənilmiş 90 manat dövlət rüsumu, ümumilikdə 4050 (dörd min əlli) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülsaba Ağayeva.