Məhkəmə qərarları › İş №2(036)-2098/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2098/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2098/2025 09.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şahbazlı Musaxan Ağan oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 3850 (üç min səkkiz yüz əlli) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh həmkəndlisi X4 dekabr 2018-ci il tarixdə onun xahişi əsasında fərdi sahibkar qismində işlətdiyi mağazanın xəzinəsindən 350 manat borc pul vermişdir. Həmin borcdan sonra xx.xx.2019-cu il tarixdə - 140 manat, xx.xx.2019-cu il tarixdə - 500 manat, xx.xx.2020-ci il tarixdə - 400 manat, xx.xx.2020-ci il tarixdə - 300 manat və xx.xx.2020-ci il tarixdə - 160 manat olmuşdur. Göstərilən borclardan sonra cavabdehin mağazaya gəlib yalvarmasına inanaraq, etibarından istifadə edərək yenidən onun sözü ilə ayrı-ayrı bank kartlarına aşağıdakı pulları göndərmişdir. xx.xx.2024-cü il tarixdə - 500 manat, xx.xx.2024-cü il tarixdə - 300 manat, xx.xx.2024-cü il tarixdə - 1000 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat olmaqla, yekunda - 3850 manat borc təşkil etmişdir. Cavabdeh almış olduğu pulu qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır və müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır vəziyyətə düşmüş və həmin puldan səhhəti üçün ehtiyacı var. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin iclasında X5 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçıya 1500 (bir min beş yüz) manat məbləğində borcu olmuşdur. O, faizlə pul verəndir. Ona lazım olanda pul kart qoyaraq ondan dəfələrlə pul götürmüşdür. Ona zəng vurub borcunun olmasını soruşanda bildirmişdir ki, 5000 (beş min) manat borcun var. Onun kasıbdır və himayəsində dörd azyaşlı övladı var. Hazırda ona 1500 (bir min beş yüz) manat məbləğində borcu var. Ona nağd şəkildə 600 (altı yüz) manat təklif etmiş və qalan hissəsin də hər ay 100 (bir yüz) manat ödəyəcəyini bildirsə də o, razılaşmamışdır. Həmin pulun 1000 (bir min) manatı əmisi oğlunun kart hesabına və qalan məbləği də hissə-hissə digər şəxslər vasitəsi ilə göndərmişdir. İddianın qismən təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə İmişli rayonu, Qızılkənd kəndində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş İmişli Rayon Polis Şöbəsnin 06 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işi başlanması rədd edilmişdir. İmişli rayonu, Qızılkənd kəndində yaşayan İddiaçı izah edilmişdir ki, həmkəndlisi X4 borc verdiyi pulu ala bilmədiyi üçün onun barəsində məhkəmədə mülki iddia qaldırmaq hüququ vardır. X5 izahatında bildirmişdir ki, İddiaçı 1500 manat məbləğində borc pul almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “mpay” ödəniş qəbzindən görünür ki, H....K.....M..... oğluna məxsus 523915******9739 nömrəli hesaba 200 (iki yüz) manat pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “mpay” ödəniş qəbzindən görünür ki, ....Q .....N oğluna məxsus 510307******1497 nömrəli hesaba 500 (beş yüz) manat pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “eManat” ödəniş qəbzindən görünür ki, Ş..... N...... Ə...... oğluna məxsus 416973******4259 nömrəli hesaba 300 (üç yüz) manat pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “eManat” ödəniş qəbzindən görünür ki, H.... Q...... H....... oğluna məxsus 416973****** nömrəli hesaba 1000 (bir min) manat pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş İmişli Rayon Prokurorluğunun 165Ş-25 nöməli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Məlumat üçün bildirilir ki, X1 borca aldığı 3885 manat məbləğində pulu qaytarmaması barədə 28 mart 2025-ci il tarixli məlumatınız əsasında toplanaraq, İmişli rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş tənqiqatçısı, polis mayoru Calal Azadov tərəfindən 06 aprel 2025-ci il tarixdə cinayət şnin başlanması rədd edilmiş material İmişli rayon prokurorluğuna daxil olmuş, xx.xx.2025-ci il tarixli müraciətlə əlaqədar rayon prokurorluğunda öyrənilmişdir. Müəyyən edilmişdir ki, X5 aranızda borc məsələsi ilə bağlı mülki hüquq münasibətlərindən irəli gələn mübahisə olmuş və 06 aprel 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə cinayət işinin başlanması rədd edilmişdir. Göstərilənlərə əsasən həmin qərarın qanuni və əsaslı olduğu müəyən edilmişdir. Odur ki, rayon prokurorluğunun 02 iyun 2025ci il tarixli rəyi ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında baş təhqiqatçı Calal Azadovun 06 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İzah edilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 212.3-cü maddəsinə əsasən həmin qərardan narazı olduğunuz halda yuxarı prokurora, yaxud məhkəməyə şikayət edə bilərsiniz.” Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdeh X2 3850 (üç min səkkiz yüz əlli) manat pulun alınıb ona verilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh X2 1500 manat borc almışdır. Belə ki, iş materiallarına əlavə olunmuş İmişli Rayon Polis Şöbəsnin 06 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X5 izahatında bildirmişdir ki, İddiaçı 1500 manat məbləğində borc pul almışdır. O, həmçinin, məhkəmə iclasında bu faktı təsdiq etiraf etmişdir. Belə olan halda 1500 (min beş yüz) manat pulun cavabdeh X2 tələb etməsi qanuni və əsaslıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 1500 (bir beş yüz) manat pulun alınaraq İddiaçı ödənilməlidir. İddiaçı iddia etdiyi 2350 (iki min üç yüz əlli) manat pulun məhz cavabdehə verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyi üçün həmin hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun 35 (otuz beş) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh X2 1500 (bir beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 35 (otuz beş) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar