Məhkəmə qərarları › İş №2(036)-2101/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2101/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2101/2025 22.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair mülki mübahisə (açar sözlər: pul tələbi) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi, İddiaçı X3, Cavabdeh iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.

1. Notariat qaydasında imzalanmış və Gəncə şəhər Baş Polis İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə X1 Bayraməli ilə barışdığını, Yadigarov Bayraməli tərəfindən ona maddi ziyanın ödənildiyi və heç bir şikayətinin olmadığını bildirmişdir.

2. Toplanmış rədd materiallarında olan videodisklə müəyyən olunur ki, iddiaçı 2 şahidin- Şahid1 və Şahid2 yanında cavabdehin xəbəri olmadan çəkiliş etməklə ona 3000 manat pul vermiş və pulu çatdırmalı olduğunu qeyd etmişdir.

3. Cavabdeh müraciəti əsasında İmişli Rayon Polis X7 toplanmış rədd materialı üzrə İmişli Rayon Polis X8 müstəntiqi X9 xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Cavabdeh 16 may 2024-cü il tarixdə İmişli rayon polis şöbəsinə yazmış olduğu ərizədə o, həbsdə olarkən Bayraməli adlı şəxsin onun evinə 2022-ci ilin iyul ayında gəlib ailə üzvlərindən zərərçəkmiş şəxslərə, hüquqlarını müdafiə edən vəkilə və həbsdən azad olunması üçün 20.000 manat pul almasını və 27 iyul 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 8000 manat cərimə cəzası təyin edildiyini, beləliklə də pulunun dələduzluq yolu ilə ələ keçirildiyini göstərmişdir. Belə ki, o, cəza çəkərkən Bayraməli Yadigarov 2022-ci ilin iyul ayında onun yaşadığı evə gəlib oğlu Raminə məni türmədən çıxartmaq istəyirsə vəkil tutmalı olduğunu bildirmişdir. Ona pul götürməsini və vəkilin yanına gedərək müqavilə bağlamasını demişdir. Oğlu Ramin də 600 manat pulla vəkil Nərminə Məmmədova ilə müqavilə bağlamışdır. Məhkəməyə 5-10 gün qalmış Bayraməli Yadigarov onun evinə gəlib həyat yoldaşı X10 və oğlu X6 birlikdə onlardan onu həbsdən azad etməsi üçün 20000 manat pul almışdır. Həmin vaxtı oğlu Raminlə birlikdə Şirvan şəhərinə getmişlər. X13 maşından aşağı düşməməsi və pulu verib qayıdacğını bildirmişdir. Daha sonra o, 20 iyul 2022-ci ildə Şirvan Appelyasiya Məhkəməsinin hökmü ilə cəza çəkmə müəsisəsindən azad edilmiş, həmin vaxtı onunla birlikdə həbs olunmuş 4 nəfər də həbsdən azad olunmuş və ona 8000 manat cərimə cəzası kəsilmişdir. O, evinə qayıdıb gəlmiş və ona məlum olmuşdur ki, Bayraməli Yadigarov onun həbsdə olmağından istifadə edib onun ailə üzvülərini aldadaraq 20000 manat pulunu ələ keçirmişdir. O, X2 3000 manat pul almışdır. Həmin pulu Bayraməli Yadigarov ona təxminən bir ay bundan qabaq İmişli şəhəri, Heydər Əliyev prospektində yerləşən çayxananın qarşısında saat təxminən 15 radələrində vermişdir. Həmin pulla bağlı bildirmişdir ki, Bayraməli Yadigarovun və qeyrilərinin barəsində Gəncə şəhəri Baş Polis İdarəsinin istintaq şöbəsində müstəntiq Murad Soltanovun icraatında cinayət işi istintaq olunur. Həmin cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs var və həmin zərərçəkmiş şəxslərə Bayraməli Yadigarov tərəfindən 6000 manat maddi ziyan vurulub. Həmin ziyandan vətəndaşlara ödəmək üçün Bayraməli ona 3000 manat vermişdir. Lakin Bayraməlidən aldığı həmin pulu zərərçəkmiş şəxslərə ödəməmiş və Bayraməlidən digər qalan 3000 manat pulları da zərərçəkən şəxslərə ödəməsini istəmişdir. O, Bayraməlinin onu aldatdığını və onu Gəncə şəhər Baş Po İdarəsində istintaq olunan cinayət işi üzrə vətəndaşlara vurulmuş maddi ziyanı ödəmək istəmədiyini gördüyünü bildirmişdir. Bayraməlidən qalan pulları da zərərçəkmiş şəxslərə tam həcmdə ödənilməsini istədiyini və Bayraməli də hazırda vətəndaşlara vurmuş olduğu maddi ziyanın 3000 manatının qaldığını bildirmişdir. O, Bayraməlidən aldığı həmin 3000 manat pulu Gəncə şəhərində onun və qeyrilərinin barəsində istintaq olunan cinayət işi üzrə Bayraməlinin zərər çəkmiş şəxslərə vurmuş olduğu ziyanı qarşılığında ödəyəcəyini bildirmişdir. Bayraməli həmin vaxt ondan almış olduğu 3000 manat maddi ziyanı tam olaraq ödəməsə, o da həmin pulu zərərçəkmiş şəxslərə verməyəcəyini qeyd etmişdir.

İddiaçının tələbi və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) İddiaçının tələbi.

4. İddiaçı cavabdehə qarşı 3000 manat pulun və 50 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəldən tanıdığı Gəncə şəhər sakini X11 6000 manat borcu var idi. Maddi imkanı olmadığından həmin pulu vaxtında Naziliyə qaytara bilməmiş və nəticədə Nazilə Gəncə Şəhər Polis İdarəsinə şikayət etmişdir. Bundan sonra məcbur qalıb Nazilə ilə telefonla danışaraq ona bildirdi ki, həmin borcdan 3000 manatı versin, yerdə qalan 3000 manatı da yaxın vaxtlarda verər. Həmin zaman o və dedi ki, həmin 3000 manat pulu ona çatdırılması üçün Cavabdeh versin. İddiaçı razılaşdı və 3000 manat pulu İmişli şəhərində yerləşən Ailəvi marketin qarşısında şahidlərin yanında Cavabdeh verdi ki, həmin pulu Naziləyə çatdırsın. Bundan bir neçə gün sonra Nazilə ona zəng vuraraq bildirdi ki, 3000 manat pul ona çatdırılmayıb və borclu olduğu 6000 min manat pulu tam tələb etdi. Həmin vaxt nə qədər axtarsa da, cavabdehi tapa bilmədi və işi Polis Şöbəsində olduğu üçün məcbur qalıb 6000 manat borca pul taparaq Naziləyə verdi və onunla barışdı. Hazırda cavabdehdən ona verdiyi 3000 manat pulu tələb etsə də, o hər dəfə bir bəhanə gətirərək ona verdiyi 3000 manat pulu qaytarmır. Cavabdehin ona 3000 manat borclu olmasını onun Polis Şöbəsində verdiyi izahat da sübut edir. Belə ki, o öz izahatında borclu olmasını etiraf edir. X23 işin mülki xarakterli olması əsas gətirilərək məhkəməyə müraciət etmək məsləhət olunub. b) iddiaya etiraz Cavabdeh iddia tələbinə şifahi etiraz edərək təmin olunmamasını xahiş etmişdir. c) məhkəmə icraat iştiakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçıya borcu yoxdur. İddiaçı onun 2022-ci ildə apellyasiya məhkəməsində olan işi ilə bağlı ailə üzvlərini aldadaraq onlardan 20.000 manat pul alıb. Belə ki, oğlu, Bayraməli Yadigarov və Şahid2 ilə birlikdə apellyasiya məhkəməsinə getmişlər və bu vaxt İddiaçı onun oğlundan 20.000 manat pulu alaraq vəkilə verəcəyini bildirmiş, pulu götürərək getmişdir. Daha sonra İddiaçı avtomobillə evə qayıdanda puldan 2000 manat çatmadığını bildirərək onu da oğlundan almışdır. 20.000 manatı onun ailə üzvlərindən aldığı üçün o da 3000 manatı geri qaytarmır.

8. Məhkəmə iclasında iddiaçı və cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçının Nazilə adlı qadına borcu var idi. Nazilə dəfələrlə ona zəng edərək pulu tələb edirdi və daha sonra belə qərara gəldirlər ki, pulu Gülməmməd alıb saxlasın. Daha sonra Bayraməli “Ailəvi” marketin yanında olan terminaldan pulu çıxarıb Gülməmmədə verdi. Bayraməlinin borcu var idi, ona görə cavabdehə pulu verdi. 15-20 ildir ki, ikisini də tanıyır. Ona görə onun yanında verdi. Videoçəkilişdən cavabdehin xəbəri olub-olmadığını bilmir. 20.000 manatla bağlı heç nə bilmir.

9. Məhkəmə iclasında iddiaçı və cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 Qaraxan oğlu ifadəsində bildirmişdir ki, material üzrə polisdə verdiyi ifadəni təsdiqləyir. 20 000 manat pulun iddiaçıya verilməsini görməmişdir.

10. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, o Naziləyə cavabdeh vasitəsilə 2500 manat pul vermişdir. Nazilə həmin pulu geri vermir. İddiaçıya ödənilməli olan 3000 manatla bağlı heç nə bilmir. 2500 manatı pensiya düzəldilməsi üçün vermişdi. Öz işi ilə bağlı halları bilir, Yadigarov Bayraməli ilə bağlı işdən məlumatı yoxdur.

Tətbiq edilən hüquq:

11. Mülki Məcəllə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.

739. Borc müqaviləsi (hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiya) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmə baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, iddiaçı Nazilə adlı qadına vermək üçün cavabdehə 3000 manat pul vermişdir. Bu həm iddiaçı və cavabdehin, şahidlərin izahatları ilə, həm cinayət işinin rədd materialı üzrə toplanmış videogörüntüdə, həm də həmin material üzrə tərəflərin izahatları ilə müəyyyən olunmuşdur.

15. Məhkəməyə sorğu əsasında İmişli Rayon Polis X7 toplanmış rədd materialı üzrə izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, Bayraməli Yadigarovun və qeyrilərinin barəsində Gəncə şəhəri Baş Polis İdarəsinin istintaq şöbəsində müstəntiq Murad Soltanovun icraatında istintaq olunan cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs olmuş və həmin zərərçəkmiş şəxslərə Bayraməli Yadigarov tərəfindən 6000 manat maddi ziyan vurulmuşdur. Həmin ziyandan vətəndaşlara ödəmək üçün Bayraməli ona 3000 manat vermişdir. Lakin Bayraməlidən aldığı həmin pulu zərərçəkmiş şəxslərə ödəməmiş və Bayraməlidən digər qalan 3000 manat pulları da zərərçəkən şəxslərə ödəməsini istəmişdir. O, Bayraməlinin onu aldatdığını və onu Gəncə şəhər Baş Po İdarəsində istintaq olunan cinayət işi üzrə vətəndaşlara vurulmuş maddi ziyanı ödəmək istəmədiyini gördüyünü bildirmişdir. Bayraməlidən qalan pulları da zərərçəkmiş şəxslərə tam həcmdə ödənilməsini istədiyini və Bayraməli də hazırda vətəndaşlara vurmuş olduğu maddi ziyanın 3000 manatının qaldığını bildirmişdir. O, Bayraməlidən aldığı həmin 3000 manat pulu Gəncə şəhərində onun və qeyrilərinin barəsində istintaq olunan cinayət işi üzrə Bayraməlinin zərər çəkmiş şəxslərə vurmuş olduğu ziyanı qarşılığında ödəyəcəyini bildirmişdir. Bayraməli həmin vaxt ondan almış olduğu 3000 manat maddi ziyanı tam olaraq ödəməsə, o da həmin pulu zərərçəkmiş şəxslərə verməyəcək.

16. Məhkəmə iclasında cavabdehin həmin pulu iddiaçıya qaytarmaması ilə bağlı dəlili ondan ibarət olmuşdur ki, o cinayət məsuliyyətinə cəlb olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun xəbəri olmadan ailəsi-arvadı və oğlu iddiaçı Yadigarov Bayraməlinin müraciəti əsasında Bayraməliyə 20 000 manat pul vermişlər ki, onun cəzadan azad olunmasına kömək etsin. Bundan sonra 27 iyul 2022-ci il tarixdə Şirvan Appalyasiya Məhkəməsinin hökmü ilə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödədiyindən onun barəsində 8000 (səkkiz min) manat cərimə cəzası təyin edilmişdir. O yalnız həmin vaxtdan sonra bilmişdir ki, iddiaçı onun ailəsindən pul almışdır.

17. Məhkəmə hazırlıq iclasında cavabdehə bu halla bağlı şahidlərin təqdim olunması və dindirilmək üçün dəvət olunması təklif olunmuş, cavabdeh arvadı və oğlunun şahid qismində dindirilməsini deyil, yalnız X16 şahid kimi çağırılmasını xahiş etmişdir. Səmədova Saranın ifadəsindən görünür ki, onun iddiaçı ilə cavabdeh arasında olan pul mübahisəsindən ümumiyyətlə məlumatı olmamışdır.

18. İstintaq Bölməsində toplanmış rədd materialı üzrə iddiaçı tərəfindən qeydə alınmış videogörüntü ilə müəyyən olunur ki, həmin görüntü xx.xx.2024-cü ildə qeydə alınmışdır. X11 3000 manat pul cavabdeh tərəfindən verilmədiyindən, iddiaçı həmin pulu xx.xx.2024-cü il tarixdə Vəliyeva Naziləyə ödəmiş, Vəliyeva Nazilə xx.xx.2024-cü il tarixdə Notariat Kontoruna ərizə ilə müraciət edərək Yadigarov Bayraməli tərəfindən ona maddi ziyanın ödənildiyini bildirmişdir. İddiaçının pulu tələb etməsindən sonra isə 16 may 2024cü il tarixdə cavabdeh müvafiq ərizə ilə polis şöbəsinə müraciət etmişdir.

19. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 və Şahid1 Qaraxan oğlu ifadələrində Polis şöbəsində verdikləri ifadələri təsdiq etmiş, iddiaçının cavabdehə 3000 manat pul verdiyini, cavabdehin bildirdiyi 20.000 manatla bağlı məlumatlı olmadıqlarını bildirmişlər. Şahid1 Polis şöbəsində ifadəsində onu da bildirmişdir ki, Cavabdeh onunla görüşən zaman ona Bayraməlinin barəsində şikayət etdiyini və onunla bağlı yalan izahat verməsini istəmiş, o isə Gülməmmədin sözü ilə 60 yaşında yalan deməyəcəyini bildirmiş, məhkəmə iclasında da həmin halı təsdiq etmişdir.

20. Material üzrə toplanmış sənədlərdən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh ərizə ilə Polis şöbəsinə müraciət edərək, onun şikayət ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir.

21. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla müəyyən olunur ki, X3 2022-ci ildə Cavabdeh arvadı X18 və oğlu X17 Səmədovun barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayəti əsasında Şirvan Appelyasiya Məhkəməsində Cavabdeh cəzaçəkmə müəssissəsindən azad edəcəyi 20000 (iyirmi min) manat pul alması faktı sübuta yetirlməmişdir.

22. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının cavabdehə pul verməsi və pulun ona qaytarılmaması faktı araşdırılmış sübutlarla- tərəflərin izahatları, şahid ifadələri, videogörüntü ilə, cinayət işinin başlanmasının rədd edilməsi üzrə toplanmış materialla təsdiqini tapmışdır.

23. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

24. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 50 manat dövlət rüsumundan ibarət məhkəmə xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat, ödənilmiş 50 manat dövlət rüsumu, ümumilikdə 3050 (üç min əlli) manat alınaraq iddiaçı X5 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar