Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2107/2020 05.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əlizadə Qənimət Tərlan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC borclu Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-2107/2020 saylı, xx xxxx 2020-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh 800 (səkkiz yüz) AZN məbləğində əsas borcun və ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Borclu Cavabdeh İmişli Rayon Məhkəməsinin 2(036)-2107/2020 saylı, xx xxxx 2020ci il tarixli məhkəmə əmrinə etiraz edərək, məhkəmə əmrinin ləğv edilməsini və mülki işin iddia icraatına keçirilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-2107/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə 2(036)-2107/2020 saylı, xx xxxx 2020-ci il tarixli məhkəmə əmri ləğv edilərək, mülki iş iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış FSK1535 saylı, xx xxxxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 500 (beş yüz) AZN məbləği olmaqla, 6 (altı) ay müddətinə ümumi dəyəri 2390 (iki min üç yüz doxsan) AZN məbləği olan 1 (bir) ədəd “COMBİ THERMONA” (qiyməti 1470 manat), 48 (qırx səkkiz) ədəd “RAD.OPTİMAL” (qiyməti 594 manat), 1 (bir) ədəd “SUŞİLKA” (qiyməti 190 manat), 2 (iki) ədəd “VİNTEL” (qiyməti 56 manat) və 1 (bir) ədəd “STABLİZATOR” (qiyməti 80 manat) avadanlığı satılmışdır. Alğı-satqı müqaviləsinə Cavabdeh 1 (bir) ədəd “COMBİ THERMONA”, 48 (qırx səkkiz) ədəd “RAD.OPTİMAL” 1 (bir) ədəd “SUŞİLKA” avadanlığının dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 315 (üç yüz on beş) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Halhazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə FSK1535 saylı, xx xxxxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən800 (səkkiz yüz) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh FSK1535 saylı, xx xxxxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 800 (səkkiz yüz) AZN məbləğində əsas borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinəödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinə etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, onun qeyd edilən borc məbləğindən xəbəri yoxdur və İddiaçı MMC-yə heç bir məbləğdə pul borcu yoxdur Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən, İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış FSK1535 saylı, xx xxxxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən ilkin ödəniş 500 (beş yüz) AZN məbləği olmaqla, 6 (altı) ay müddətinə ümumi dəyəri 2390 (iki min üç yüz doxsan) AZN məbləği olan 1 (bir) ədəd “COMBİ THERMONA” (qiyməti 1470 manat), 48 (qırx səkkiz) ədəd “RAD.OPTİMAL” (qiyməti 594 manat), 1 (bir) ədəd “SUŞİLKA” (qiyməti 190 manat), 2 (iki) ədəd “VİNTEL” (qiyməti 56 manat) və 1 (bir) ədəd “STABLİZATOR” (qiyməti 80 manat) avadanlığı “alıcı” Cavabdeh satılmış, “alıcı” Cavabdeh həmin avadanlıqların dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 315 (üç yüz on beş) AZN məbləğində pulu “satıcı” İddiaçı MMC-nin xeyrinə hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 68 saylı, xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 800 (səkkiz yüz) AZN məbləğində əsas borcu mövcudur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixlipretenziyadan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, xx xxxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış FSK1535 saylı, xx xxxxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən “satıcı” İddiaçı MMC tərəfindən ilkin ödəniş 500 (beş yüz) AZN məbləği olmaqla, 6 (altı) ay müddətinə ümumi dəyəri 2390 (iki min üç yüz doxsan) AZN məbləği olan 1 (bir) ədəd “COMBİ THERMONA” (qiyməti 1470 manat), 48 (qırx səkkiz) ədəd “RAD.OPTİMAL” (qiyməti 594 manat), 1 (bir) ədəd “SUŞİLKA” (qiyməti 190 manat), 2 (iki) ədəd “VİNTEL” (qiyməti 56 manat) və 1 (bir) ədəd “STABLİZATOR” (qiyməti 80 manat) avadanlığı “alıcı” Cavabdeh satılmış, “alıcı” Cavabdeh 1 (bir) ədəd “COMBİ THERMONA” (qiyməti 1470 manat), 48 (qırx səkkiz) ədəd “RAD.OPTİMAL” (qiyməti 594 manat), 1 (bir) ədəd “SUŞİLKA” (qiyməti 190 manat), 2 (iki) ədəd “VİNTEL” (qiyməti 56 manat) və 1 (bir) ədəd “STABLİZATOR” (qiyməti 80 manat) avadanlığının dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 315 (üç yüz on beş) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bununla yanaşı, Cavabdeh cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmiş, cəmiyyətə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmiş və onun FSK1535 saylı, xx xxxxxx 2018-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 800 (səkkiz yüz) AZN məbləğində əsas borcu borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu və məhkəmə əmri haqqında ərizələrdən 20 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə dövlət rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış FSK1535 saylı, xx xxxxxx 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 800 (səkkiz yüz) AZN məbləğində əsas borc və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinəödənilməlidir. Eyni zamanda, Cavabdeh 10 (on) AZN məbləğində dövlət rüsumu tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) AZN məbləğində əsas borc və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinəödənilsin. Cavabdeh 10 (on) AZN məbləğində dövlət rüsumu tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-2107/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2107/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver