Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2165/2025 02.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, anası (xx.xx.2021-ci il tarixdə vəfat etmiş) X1 borc aldığı, öz etirazı ilə (borcun etiraf müqaviləsi əsasında) ödəmədiyi hal-hazırki olan 7850 manat borc pulun, bu müddət ərzində həmin borca götürülmüş pul vəsaiti ilə 3 %-ə hər hansı bir bank hesabına oturulsaydı, hər ilə 235.50 manat olmaqla, 9 ilə 2119,50 manat vurduğu mənəvi ziyana görə, ümumilikdə 9969.50 manat məbləğində pulun valideynlərinin vərəsəsi olduğu üçün, xeyrinə ödənilməsi və məhkəməyə ödədiyi dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü yoxlanılarkən, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edir ki, “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla qorunan hüquqi mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasını ehtiva edir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının ona ödənilməsini tələb etdiyi pul vəsaiti onun mərhum anası tərəfindən cavabdehə borc verilmiş borcdur. Borcun qaytarılması üçün İmişli rayonu 2 saylı Notariat Kontoru tərəfindən xx.xx.2018-ci il tarixdə icra qeydi – icra sənədi icra edilməsi üçün İmişli rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; Göründüyü kimi, 2 saylı Notariat Kontoru tərəfindən xx.xx.2018-ci il tarixdə icra qeydi müəyyən edilmiş borc qaytarılması tələbi şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilən tələb olduğu üçün həmin icra işinə xitam verilə bilməz, əksinə tələbkarın vərəsəsi müəyyən edilməklə, icra hərəkətləri onun xeyrinə həyata keçirilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, hazırki tələb məhkəmə icraatı qaydasında deyil, icra icraatı qaydasında həll edilməlidir. Bu qənaətə gələrkən onu da nəzərə alır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də iddia ərizəsinin qəbul edilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. Bu məhdudiyyətlər qanunda nəzərdə tutulduğu, eləcə də legitim məqsəd daşıdığı (məhkəmənin təyinatından artıq işlərlə yüklənməsinin qarşısının alınması) üçün məhkəməyə müraciət hüququnun pozulması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264 -cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər X2 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-2165/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2165/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver