Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-22/2022 02.08.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlu sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı "X3 Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh və X2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X3 Cəmiyyəti (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh və X2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "X3 Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh və X2 qarşı borcun tutulması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-22/2022
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-22/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver