Məhkəmə qərarları › İş №2(036)-2246/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2246/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2246/2020 08.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxx” ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxx” ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədi ilə cavabdehə illik 20 (iyirmi) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 4000 (dörd min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir.Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh xx xxx 2020-ci il tarixə banka2992.33 (iki min doqquz yüz doxsan iki, otuz üç) AZN məbləğində əsas kredit borcu, 233.97 (iki yüz otuz üç, doxsan yeddi) AZN məbləğində faiz borcu və ümumilikdə 3226.30 (üç min iki yüz iyirmi altı, otuz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin “Yasamal” filialıilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh 2992.33 (iki min doqquz yüz doxsan iki, otuz üç) AZN məbləğində əsas kredit borcunun, 233.97 (iki yüz otuz üç, doxsan yeddi) AZN məbləğində faiz borcunun, ümumilikdə 3226.30 (üç min iki yüz iyirmi altı, otuz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinəödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı “xxxxxxxxxxxx” ASCqabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı “xxxxxxxxxxxx” ASCnin «Yasamal» filialıilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədi ilə illik 20 (iyirmi) % dərəcəsitətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə, 4000 (dörd min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş FJB**********240 saylı, xx xxxx 2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin “Yasamal” filialıilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində 3960 (üç min doqquz yüz altmış) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan müvafiq qaydada təsdiq edilmiş ******* saylı, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əlavənin, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 4000 (dörd min) AZN məbləğində kredit borcunu illik 20 (iyirmi) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən xx xxx 2020-ci il tarixə banka2992.33 (iki min doqquz yüz doxsan iki, otuz üç) AZN məbləğində əsas kredit borcu, 233.97 (iki yüz otuz üç, doxsan yeddi) AZN məbləğində faiz borcu və ümumilikdə 3226.30 (üç min iki yüz iyirmi altı, otuz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan xx/xx-1279 saylı, xx xxx 2020-ci il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinin ləğv edilməsi və iddiaçı “xxxxxxxxxxxx” ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2020-ci il tarixli ərizədən (elektron müraciət qaydasında) görünür ki, “xxxxxxxxxxxx” ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx xxxx 2019-cu il tarixli kredit kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmür. İş materiallarında olan ********* saylı, xx xxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı“xxxxxxxxxxxx” ASC tərəfindən iddia qaldırılması üçün 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, “xxxxxxxxxxxx” ASC-nin «Yasamal» filialıilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədi ilə illik 20 (iyirmi) % dərəcəsitətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə, 4000 (dörd min) AZN məbləğində kredit verilmiş, Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişi həyata keçirmiş, lakin sonradan bank qarşısında olan öhdəliklərini tam icra etməmiş, banka olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmiş və onun kredit müqaviləsinə əsasən xx xxx 2020-ci il tarixə banka2992.33 (iki min doqquz yüz doxsan iki, otuz üç) AZN məbləğində əsas kredit borcu, 233.97 (iki yüz otuz üç, doxsan yeddi) AZN məbləğində faiz borcu və ümumilikdə 3226.30 (üç min iki yüz iyirmi altı, otuz) AZN məbləğində kredit borcu mövcuddur. Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin “Yasamal” filialıilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli və Cavabdeh 2992.33 (iki min doqquz yüz doxsan iki, otuz üç) AZN məbləğində əsas kredit borcu, 233.97 (iki yüz otuz üç, doxsan yeddi) AZN məbləğində faiz borcu, ümumilikdə 3226.30 (üç min iki yüz iyirmi altı, otuz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinəödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “xxxxxxxxxxxx” ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 2992.33 (iki min doqquz yüz doxsan iki, otuz üç) AZN məbləğində əsas kredit borcu, 233.97 (iki yüz otuz üç, doxsan yeddi) AZN məbləğində faiz borcu, ümumilikdə 3226.30 (üç min iki yüz iyirmi altı, otuz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar