Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2270/2021 12.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X5 Hacıyevin sədrliyi, Xuraman Emin qızı Əsədlinin katibliyi, iddiaçının nümayəndəsi X4 və Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “336,20 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 216 manat itirilmiş qazın bərpası məqsədilə hesablanmış borcun, 120,2 manat qaz sayğacı vasitəsilə təbbi qazdan istifadəyə görə yaranmış borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsi ev 125 ünvanına 14 mart 2014-cü il tarixdə qaz sayğacı quraşdırılmış və Cavabdeh ilə qazın alqı-satqısı barədə müqavilə bağlanaraq təbbi qaz istifadəçisi kimi abonent qeydiyyatına alınmışdır. 17 dekabr 2020-ci il tarixində İmişli Xidmət Sahəsinin nümayəndələri tərəfindən Yeni Bəhrəmtəpə qəsəbəsində abonentlərin ünvanlarına quraşdırılmış məişət qaz sayğaclarına baxış keçirilən zaman ev 125 ünvanında yaşayan Cavabdeh ünvanına quraşdırılmış ******* saylı, Elester tipli G-4 markalı mexaniki qaz sayğacının toxunulmazlığı şübhə doğurmuş, bu barədə 17 dekabr 2020-ci il tarixdə ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib olunmuş, qaz sayğacı çıxarılaraq dövlət yoxlanmasından keçirilməsi üçün İddiaçı X2 Departamentinə göndərilmişdir. İddiaçı X2 Departamentinin Sayğacların müayinəsi laboratoriyası cavabdehin ünvanından istismardan çıxarılmış ******* saylı, Elester tipli, G-4 markalı sayğacın çıxış plastmas borusunun deşildiyi barədə MSK 29/1710-01849 saylı rəy verilmişdi. Salyan RQİİ-nin nümayəndələri tərəfindən Azəriqaz” X2 Departamentinin Sayğacların müayinəsi laboratoriyasının 29/1710-01849-1 saylı rəyinə əsasən cavabdehə məxsus mənzilə 30 aprel 2021-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən 216 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə 120,20 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, onun evində yerləşən sayğaca İmişli Xidmət Sahəsinin nümayəndələri tərəfindən baxış keçirilmiş və baxış nəticəsində “Təbbi qazdan istifadə qaydalarının pozulması” haqqında akt tərtib edilmişdir. O, həmin aktla razı deyil. Lakin, qaz sayğacı vasitəsilə təbbi qazdan istifadəyə görə yaranmış 120,2 manat məbləği qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan İddiaçı İB tərəfindən verilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında alqı-satqı barədə 18 mart 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında qaz təchizatı xidmətinin göstərilməsi və qazdan istifadə olunması ilə əlaqədar müqavilə bağlanmışdır. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 aprel 2021-ci il tarixli ******* saylı aktın surətinə əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı Cavabdeh yaşadığı İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsi ev 125 ünvanında yerləşən evində quraşdırılmış sayğacın (Abonent kodu: **********01420) Sayğacın zavod nömrəsi: (**********2) çıxış plastmas borusunun deşilməsi faktı müəyyən edilmişdir. İşdə olan İddiaçı İB-nin Salyan Regional Qİİ tərəfindən təsdiq edilmiş 30 aprel 2021ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbə əsasən abonent X1 istifadəsində olan qaz işlədicilərinin orta günlük iş rejimində 90 günlük müddət ərzində qaz sərfiyyatı ölçülərək 2160 kub/m hesablanmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi .... həyata keçirir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən cavabdehin yaşadığı mənzildə yerləşən evində qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Göstərilən hüquq normalarının tələblərindən də görünür ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi və zədələnmiş qaz sayğacının quraşdırılmasını qaz paylayıcısı həyata keçirir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının 30 aprel 2021-ci il tarixli akt üzrə dəymiş ziyan tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 120,2 manat qaz sayğacı vasitəsilə təbbi qazdan istifadəyə görə yaranmış borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat olmaqla, cəmi 140,2 manat məbləğində pul tutulub İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qaz sayğacı vasitəsilə təbbi qazdan istifadəyə görə yaranmış 120,2 manat borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat olmaqla, cəmi 140,2 (bir yüz qırx manat iyirmi qəpik) manat məbləğində pul tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2270/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2270/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver