Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2274/2023 07.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin cavabdehlər, Cavabdeh1 və qeyrisinə qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 2066.00 manat əsas borc, 250.00 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 40.66 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli RFH000599 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh1 həmin tarixdə "xxxx" MMC-dən 4297 manat dəyərində “Damla Qarant antik cerviz 2” yataq dəsti nisyə almış və 285 manat ilkin ödəniş etdikdən sonra qalan 4012 manatı hər ay 446 manat ödəməklə 9 ay müddətində ödəyib qurtarması barədə öhdəlik götürmüşdür. İşdən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli RFH000599 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 2066.00 manat borclu qalmış və hesabına 250.00 manat faiz borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh1 2066.00 manat əsas borc, 250.00 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 40.66 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2066.00 (iki min altmış altı) manat əsas borc, 250.00 (iki yüz əlli) manat faiz borcu və dövlət rüsumuna görə 40.66 (qırx manat altmış altı qəpik) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-2274/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2274/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver