Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2341/2020 23.09.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12400 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, qanuni əsaslarla inkubator sexində çıxarılan cücələri satmaqla məşğul olur, vergi ödəyicisi kimi qeydə alınmışdır. Cavabdeh xx xxxx 2020-ci ildə hər biri 30 qəpikdən olmaqla ondan nisyə şəklində 13000 manatlıq cücə almış və cücələrin pulundanyalnız 600 manat ödəmişdir. Cavabdehlə aralarında borcun yalnız 10000 manathissəsinədairnotariat kontorunda kredit müqaviləsi bağlamışlar. Lakin Cavabdeh kredit müqaviləsi, həmçinin aralarında olan şifahi qaydada bağlanmış borc müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir, ona olan borcunu qaytarmır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh onun oğludur. Belə ki, oğlu Azər İddiaçı inkubator cücəsi almışdır. Lakin həmin cücələrin çoxu xəstə olduğundan tələf olmuşdur. Hazırda oğlu Azərin iddiaçıya cəmi 2400 manat borcu vardır, imkanı olduqda qaytaracaqdır. Ona görə də iddianın qismən təmin edilməsini və cavabdehdən 2400 manat məbləğində pulun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan halarından müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 13000 manat dəyərində inkubator cücəsi almış, cücələrinin pulunun 10000 manat hissəsinə dair notariat kontorunda kredit müqaviləsi bağlamışlar, 600 manatını qaytarmış, qalan məbləğin qaytarılmasını isə aralarında şifahi borc müqaviləsi bağlamaqla razılaşmışlar. Belə ki, iş materiallarında olan Saatlı rayonu notariat ofisində bağlanmış xx xxxx 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “Borc verən” İddiaçı “Borc alan” Cavabdeh 10000 manat məbləğində pulu faizsiz olaraq borc verməyi, “Borc alan” Cavabdeh isə həmin məbləği xx xxxx 2020-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... 740.1-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1-ci maddəsinə görəöhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12400 manat məbəğində pul alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 12400 (on iki min dörd yüz) manat məbəğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2341/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2341/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver