Məhkəmə qərarları › İş №2(036)-2342/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2342/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2342/2020 05.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: X7 Təşkilatı “xxxxxxxx” MMC-nin nümayəndəsi: X2, Cavabdeh: Cavabdeh iştirakı ilə, X5 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Kredit Təşkilatı “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X5 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, X7 Təşkilatı “X6” MMC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış LD/15147/00400 saylı, xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 27 (iyirmi yeddi) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 7350 (yedd min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kreditborcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür.Bundan başqa, tərəflər arasında bağlanmış LD/15147/00400 saylı, xx xxx 2015-ci il tarixli kredit müqaviləsinin müddəti uzadılmaqla, qalıq kredit borcuna dair yeni şərtlər əsasında LD/16091/00099 saylı, xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Belə ki, LD/16091/00099 saylı, xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 11.12 % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə qalıq kredit borcu olan 6315 (altı min üç yüz on beş) ABŞ dolları məbləğində pul kredit olaraq, verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq cəmiyyətilə digər cavabdeh Zamin arasında xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” cəmiyyət qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Cavabdeh kredit müqaviləsinə əsasən cəmiyyətin xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir.Lakin Cavabdeh kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh və Zamin cəmiyyətə olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdehlərCavabdeh və Zaminnun xx xxxxx 2020-ci il tarixə cəmiyyətə1682.01 (min altı yüz səksən iki, sıfır bir) ABŞ dolları məbləğində əsas kredit borcu mövcuddur. Bütün bunları nəzərə alaraq, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 1682.01 (min altı yüz səksən iki, sıfır bir) ABŞ dolları məbləğində əsas kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, X5 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin xeyrinəödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, X7 Təşkilatı “X6” MMC-nin “İmişli” filialı ilə bağlanmış LD/15147/00400 saylı, xx xxx 2015ci il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən ona illik 27 (iyirmi yeddi) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 7350 (yedd min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış LD/15147/00400 saylı, xx xxx 2015-ci il tarixli kredit müqaviləsinin müddəti uzadılmaqla, qalıq kredit borcuna dair yeni şərtlər əsasında X7 Təşkilatı “X6” MMC-nin “İmişli” filialı ilə LD/16091/00099 saylı, xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Belə ki, LD/16091/00099 saylı, xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən ona illik 11.12 % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə qalıq kredit borcu olan 6315 (altı min üç yüz on beş) ABŞ dolları məbləğində pul kredit olaraq, verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq cəmiyyətilə digər cavabdeh Zamin arasında zaminlik müqavilələri bağlanmışdır. Onu da qeyd edir ki, o, kredit müqaviləsinə əsasən hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu cəmiyyətə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda, o, kredit müqaviləsinə əsasən cəmiyyətin xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün cəmiyyətin xeyrinə kredit borcunun tam ödənişinihəyata keçirə bilməmişdir. Məhkəmə qarşısında söz verirki, maddi imkanı daxilində qısa müddət ərzində cəmiyyətə olan kredit borcunu tam şəkildə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, X5 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqındadigər cavabdehZamin qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən digər cavabdehZaminnun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş X7 Təşkilatı “X6” MMC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış LD/15147/00400 saylı, xx xxx 2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki,cəmiyyət tərəfindən Cavabdeh illik 27 (iyirmi yeddi) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 7350 (yedd min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 3 saylı, xx xxx 2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, X7 Təşkilatı “X6” MMC-nin “İmişli” filialıilə Cavabdeh arasında bağlanmış LD/15147/00400 saylı, xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh nağd pul şəklində 7350 (yedd min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş X7 Təşkilatı “X6” MMC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış LD/16091/00099 saylı, xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh illik 11.12 % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə qalıq kredit borcu olan 6315 (altı min üç yüz on beş) ABŞ dolları məbləğində pul kredit olaraq, verilmişdir. İş materillarında olan müvafiq qaydada təsdiq edilmiş LD/16091/00099 saylı, xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinə 1 saylı əlavənin, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 6315 (altı min üç yüz on beş) ABŞ dolları məbləğində kredit borcunu illik 11.12 %dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə hər ay vaxtıvaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş X7 Təşkilatı “X6” MMC-nin “İmişli” filialı cavabdeh Zamin arasında bağlanmış LD/16091/00099 saylı, xx xxxx 2016-cı il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Zamin cəmiyyət qarşısında “zamin” durmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş xx xxx 2020-ci il tarixlimaliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxx 2020-ci il tarixə cəmiyyətə 1682.01 (min altı yüz səksən iki, sıfır bir) ABŞ dolları məbləğində əsas kredit borcu mövcudur. İş materiallarında olan ********* saylı, xx xxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, X7 Təşkilatı “X6” MMCtərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X7 Təşkilatı “X6” MMC-nin“İmişli” filialıilə Cavabdeh arasında bağlanmış LD/15147/00400 saylı, xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 27 (iyirmi yeddi) % dərəcəsitətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə, 7350 (yedd min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu cəmiyyətə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, X7 Təşkilatı “X6” MMC-nin“İmişli” filialıilə Cavabdeh arasında bağlanmış LD/16091/00099 saylı, xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 11.12 % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə qalıq kredit borcu olan 6315 (altı min üç yüz on beş) ABŞ dolları məbləğində pul kredit olaraq, verilmişdir. Bundan başqa, X7 Təşkilatı “X6” MMC-nin “İmişli” filialı digər cavabdeh Zamin arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq, Zamin cəmiyyət qarşısında “zamin” durmuş və zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyır. Bundan başqa, Cavabdeh kredit müqaviləsinə əsasən cəmiyyətin xeyrinə müəyyən məbləğ pul ödənişi həyata keçirmiş, lakin sonradan cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmiş və kredit müqaviləsinə əsasən xx xxxxx 2020-ci il tarixə cəmiyyətə1682.01 (min altı yüz səksən iki, sıfır bir) ABŞ dolları məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə “iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını” araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğuna və eləcə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, X7 Təşkilatı “X6” MMC ilə cavabdehlər Cavabdeh və Zamin arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 1682.01 (min altı yüz səksən iki, sıfır bir) ABŞ dolları məbləğində əsas kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindənmanatın ABŞ dollarına münasibətdəmüəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, X5 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin xeyrinəödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 1682.01 (min altı yüz səksən iki, sıfır bir) ABŞ dolları məbləğində əsas kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindənmanatın ABŞ dollarına münasibətdəmüəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, X5 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin xeyrinəödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar