Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2352/2020 30.09.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ən et d i : İddiaçı “xxxxxxxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1764.82 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxxxxxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək izahatında göstərdi ki, “xxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 43 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan 9.0 hektar torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən 6186.3 manat avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında: 18 ha sahədə 540 manat dəyərində şum, 18 ha sahədə 252 manat dəyərində mala, 9 ha sahədə 108 manat dəyərində siyid səpini, 168 manat dəyərində kultivasiya, 196 manat dəyərində gübrə ilə kultivasiya, 7 ha sahədə 70 manat dəyərində dərman səpini, 1945 manat dəyərində çiyid, 549 manat dəyərində amonium nitrat, 69 manat dəyərində terra, 53.50 manat dəyərində Melodye, 30.6 manat dəyərində matrix, 1150 manat əvvəlcədən avans becərmə su, icarə pulu, 1054 manat əl yığımı, cəmi 6186.3 manat məbləğində vəsait xərcləmişdir. Lakin cavabdeh müqavilənin şətlərini pozaraq mövsüm başa çatsada 4421.48 manat məbləğində 6994 kq xam-pambıq təhvil vermiş və bununlada iddiaçıya 1764.82 manat məbləğində borcu qalmışdır. Qeyd olunan borc məbləğlərini qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 43 saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh öhdəsində olan 9.0 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “xxxxxxxxx” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçısının borclarını çıxmaq şərti ilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşlər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, “xxxxxxxxx” MMC tərəfindən Cavabdeh 1300 manat becərmə və su pulu köçürmüşdür. İş materiallarında olan İmişli rayon “xxxxxxxxxxxxxxxx” MMC-nin direktoru X1, “xxxxxxxxxxxxxxxx” MMC-nin müqaviləçisi Cavabdeh və “xxxxxxxxxx” ASC-nin İmişli bölməsinin mexanizatoru X3 imzaları ilə təsdiq olunmuş aktlardan görünür ki, Cavabdeh məxsus torpaq sahəsində səpin, kultivasiya, dərmanlama, şum və mala işləri görülmüşdür. İş materiallarına əlavə edilmiş qaimə-fakturaların surətindən görünür ki, “xxxxxxxxx” MMC tərəfindən Cavabdeh 9 ha sahədə 108 manat dəyərində siyid səpini, 168 manat dəyərində kultivasiya, 196 manat dəyərində gübrə ilə kultivasiya, 7 ha sahədə 70 manat dəyərində dərman səpini, 1945 manat dəyərində çiyid, 549 manat dəyərində amonium nitrat, 69 manat dəyərində terra, 53.50 manat dəyərində Melodye, 30.6 manat dəyərində matrix verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Naziriyi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın surətindən görünür ki, “xxxxxxxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC-dir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərəkhesab edir ki, iddia təmin edilməklə Cavabdeh 1764.82 manat borc və 30 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1794.82 manat məbləğində pul tutularaq “xxxxxxxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1764.82 manat borc və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1794.82 (min yeddi yüz doxsan dörd manat, səksən iki qəpik) manat məbləğində pul tutularaq “xxxxxxxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2352/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2352/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver