Məhkəmə qərarları › İş №2(036)-2361/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2361/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2361/2020 30.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İş № 2(036)-2361/2020 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ İmişli Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il İmişli şəhəri Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi: X1, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı MMC “X6” MMC-nin hüquqi varisidir. Belə ki, “X6” MMC ilə Cavabdeh arasında bağlanmış 33 saylı, xx xxxx 2018-ci il tarixli “alğı-satqı” müqaviləsinə əsəsən Cavabdeh İmişli rayonu, Aranlı kəndində 79 (yetmiş doqquz) hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “X6” MMC-yə satmağı, yəni “alıcı”nın mülkiyyətinə verməyi öz üzərinə öhdəlik götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar Cavabdeh “X6” MMC-dən 35418.31 (otuz beş min dörd yüz on səkkiz, otuz bir) AZN məbləğində avans vəsait götürmüşdür. Belə ki, “X6” MMC-dən götürülmüş 35418.31 (otuz beş min dörd yüz on səkkiz, otuz bir) AZN məbləğində avansın ödənişi nağd pul və müəyyən xidmətlər göstərmək formasında həyata keçirilmişdir. Müqavilə şərtlərinə əsasən Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Eyni zamanda bildirir ki, Cavabdeh müəyyən miqdarda, daha doğrusu, 17677.06 (on yeddi min altı yüz yetmiş yeddi, sıfır altı) AZN məbləği dəyərində xam-pambıq təhvil vermiş və 1000 (min) AZN məbləğində nağd pul ödəmişdir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri Cavabdeh tərəfindən tam icra edilməmişdir. “Alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Halhazırda öhdəliklərini tam icra etməyən Cavabdeh avans vəsaitə görə İddiaçı MMC-yə 16741.25 (on altı min yeddi yüz qırx bir, iyirmi beş) AZN məbləğində əsas borcu mövcuddur. Borc məbləği xam-pambığın tədarükünü həyata keçirən İddiaçı MMC-nin ilə Cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Bütün bunları nəzərə alaraq, Cavabdeh 16741.25 (on altı min yeddi yüz qırx bir, iyirmi beş) AZN məbləğində əsas borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, o, “X6” MMC ilə bağlanmış 33 saylı, xx xxxx 2018-ci il tarixli “alğı-satqı” müqaviləsinə əsəsən İmişli rayonu, Aranlı kəndində 79 (yetmiş doqquz) hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “X6” MMC-yə satmağı, yəni “alıcı”nın mülkiyyətinə verməyi öz üzərinə öhdəlik götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “X6” MMC-dən 35418.31 (otuz beş min dörd yüz on səkkiz, otuz bir) AZN məbləğində avans vəsait götürmüşdür. “X6” MMCdən götürülmüş 35418.31 (otuz beş min dörd yüz on səkkiz, otuz bir) AZN məbləğində avansın ödənişi nağd pul və müəyyən xidmətlər göstərmək formasında həyata keçirilmişdir. Belə ki, müqavilə şərtlərinə əsasən götürdüyü avansın dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin əkdiyi pambıq sahəsinin məhsuldarlığı aşağı olduğu üçün “X6” MMC-dən götürdüyü avans məbləğini tam ödəyə, eləcə də, müqavilə öhdəliklərini tam icra edə bilməmişdir. Buna baxmayaraq, o, “X6” MMC-yə 17677.06 (on yeddi min altı yüz yetmiş yeddi, sıfır altı) AZN məbləği dəyərində xam-pambıq təhvil vermiş və 1000 (min) AZN məbləğində nağd pul ödənişini həyata keçirmişdir. Ümumiyyətlə, o, İddiaçı MMC-yə ödəməli olduğu əsas borc (avans) məbləği ilə razıdır. Məhkəmə qarşısında söz verirəm ki, maddi imkanı daxilində qısa müddət ərzində cəmiyyətə olan borcunu tam şəkildə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, İddiaçı MMC-nin ona qarşı “pul” tələbinə dair iddianın təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “X6” MMC ilə Cavabdeh arasında bağlanmış 33 saylı, xx xxxx 2018-ci il tarixli “alğı-satqı” müqaviləsinin surətindən görünür ki, Cavabdeh İmişli rayonu, Aranlı kəndində 79 (yetmiş doqquz) hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “X6” MMC-yə satmağı, yəni “alıcı”nın mülkiyyətinə verməyi öz üzərinə öhdəlik götürmüş və müqavilənin icrası ilə əlaqədar “X6” MMC-dən 35418.31 (otuz beş min dörd yüz on səkkiz, otuz bir) AZN məbləğində avans vəsait götürmüşdür. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə aktının surətindən görünür ki, “X6” MMC ilə Cavabdeh arasında bağlanmış 33 saylı, xx xxxx 2018-ci il tarixli “alğı-satqı” müqaviləsinə əsasən “X6” MMC-dən 35418.31 (otuz beş min dörd yüz on səkkiz, otuz bir) AZN məbləğində avansın ödənişi “nağd pul” və “müəyyən xidmətlər göstərmək” formasında həyata keçirilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş pretenziyanın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 16741.25 (on altı min yeddi yüz qırx bir, iyirmi beş) AZN məbləğində əsas borcu mövcudur. İş materiallarında olan ********* saylı, xx xxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, “X6” MMC ilə Cavabdeh arasında bağlanmış 33 saylı, xx xxxx 2018-ci il tarixli “alğı-satqı” müqaviləsinə əsasən Cavabdeh İmişli rayonu, Aranlı kəndində 79 (yetmiş doqquz) hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “X6” MMC-yə satmağı öz üzərinə öhdəlik götürmüş və müqavilənin icrası ilə əlaqədar olaraq, “X6” MMC-dən 35418.31 (otuz beş min dörd yüz on səkkiz, otuz bir) AZN məbləğində avans vəsait götürmüşdür. “X6” MMC-dən götürülmüş 35418.31 (otuz beş min dörd yüz on səkkiz, otuz bir) AZN məbləğində avansın ödənişi “nağd pul” və “müəyyən xidmətlər göstərmək” formasında həyata keçirilmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri Cavabdeh tərəfindən tam icra edilməmiş, cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmiş və İddiaçı MMC-yə 16741.25 (on altı min yeddi yüz qırx bir, iyirmi beş) AZN məbləğində əsas borcu mövcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, “X6” MMC ilə Cavabdeh arasında bağlanmış “alğı-satqı” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” Cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 16741.25 (on altı min yeddi yüz qırx bir, iyirmi beş) AZN məbləğində əsas borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16741.25 (on altı min yeddi yüz qırx bir, iyirmi beş) AZN məbləğində əsas borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X2 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Nüsrətov Düzdür: Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar