Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2371/2020 29.09.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehlər Cavabdeh və Zamin iştirakları ilə, İddiaçı “xxxxxxxxxx” Kredit İttifaqı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borc tələbi barədə” iddiasına dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxx” Kredit İttifaqı MMC iddia ərizəsi ilə İmişli rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2907.25 manat əsas borc, 1450.4 manat faiz borcu, 10466.1 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 14853.75 manat məbləğində pulun iddiaçı “xxxxxxxxxx” Kredit İttifaqı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı “xxxxxxxxxx” Kredit İttifaqı MMCilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24% olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsinin təminatı kimi həmin tarixdə tərəflər arasında girov və Zamin ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilə üzrə öz üzərilərinə götürdükləri öhdəlikləri heç bir üzrlü səbəb olmadan yerinə yetirmədikləri üçün hazırki vaxta onların 2907.25 manat əsas borc, 1450.4 manat faiz borcu, 10466.1 manat cərimə borcları vardır. Borcun ödənilməsinə dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilənin şərtlərini pozaraq borcu qaytarmaqdan qərəzli şəkildə boyun qaçırmışlar. Ona görə də iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddia tələbində göstərilən cərimə məbləği ilə razı deyildir. Belə ki, dəbbə pulu olduqca yüksəkdir və 10466.1 manat məbləğində cərimə ödəmək iqtidarında deyildir. Odur ki, iddianın qismən təmin edilməklə cərimə məbləğinin azaldılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Zamin iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, bankdan krediti Cavabdeh götürmüş və o da zamin durmuşdur. Ona görə də kredit borcunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli DB/18679 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı “xxxxxxxxxx” Kredit İttifaqı MMC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 24% olmaqla 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ciil tarixə iddiaçı “xxxxxxxxxx” Kredit İttifaqı MMC-yə 2907.25 manat əsas borc, 1450.4 manat faiz borcu, 10466.1 manat cərimə borcu olmaqla, cəmi 14824.75 manat borcu vardır. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli DB/18679 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə Zaminiddiaçı qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 10466.1 manat məbləğində dəbbə pulunun onun maddi vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 466 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanılmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2907.25 manat əsas borc, 1450.4 manat faiz borcu, 466 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4853.65 manat məbləğində pul alınaraq iddiaçı “xxxxxxxxxx” Kredit İttifaqı MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2907.25 manat əsas borc, 1450.4 manat faiz borcu, 466 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4853.65 (dörd min səkkiz yüz əlli üç manat, altmış beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı “xxxxxxxxxx” Kredit İttifaqı MMC-nin xeyrinəödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2371/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2371/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver