Məhkəmə qərarları › İş №2(036)-2371/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2371/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2371/2021 17.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin1 və X4 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh, Zamin1 və X4 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Sabirabad” filialı ilə Cavabdeh arasında bağlanmış 038CASA192420020 saylı, 30 avqust 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən kreditin qalıq məbləğinin ödənilməsi məqsədi ilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən 60 (altmış) ay müddətinə illik 1 (bir) % dərəcəsi ilə 3472.49 (üç min dörd yüz yetmiş iki, qırx doqquz) AZN məbləğində kredit restrukzasiya olunmuşdur. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq İddiaçı ASC-nin “Sabirabad” filialı ilə digər cavabdehlər Zamin1 və X6 arasında 30 avqust 2019cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən Bankın xeyrinə pul ödənişini həyata keçirməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh, Zamin1 və X6 banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh, Zamin1 və X3 26 avqust 2021-ci il tarixə banka 3472.49 (üç min dörd yüz yetmiş iki, qırx doqquz) AZN məbləğində əsas kredit borcu, 29.86 (iyirmi doqquz, səksən altı) AZN məbləğində faiz borcu və ümumilikdə 3502.35 (üç min beş yüz iki, otuz beş) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 038CASA192420020 saylı, 30 avqust 2019-cu il tarixli güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh, Zamin1 və X2 müştərək qaydada 3472.49 (üç min dörd yüz yetmiş iki, qırx doqquz) AZN məbləğində əsas kredit borcunun, 29.86 (iyirmi doqquz, səksən altı) AZN məbləğində faiz borcunun, ümumilikdə 3502.35 (üç min beş yüz iki, otuz beş) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh, Zamin1 və X6 qabaqcadan lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlə və gəlməmələrinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh, Zamin1 və X3, o cümlədən, İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “Sabirabad” filialı ilə cavabdeh X5 arasında bağlanmış 038CASA192420020 saylı, 30 avqust 2019-cu il tarixli güzəştli kredit müqaviləsindən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 60 (altmış) ay müddətinə illik 1 (bir) % dərəcəsi ilə 3472.49 (üç min dörd yüz yetmiş iki, qırx doqquz) AZN məbləğində kredit restrukzasiya olunmuşdur. İş materiallarında olan İddiaçı ASC-nin “Sabirabad” filialı ilə cavabdeh Zamin1 arasında bağlanmış 038FİZAM14660203 saylı, 30 avqust 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Zamin1 bank qarşısında “zamin” durmuşdur. İş materiallarında olan İddiaçı ASC-nin “Sabirabad” filialı ilə cavabdeh X6 arasında bağlanmış 038FİZAM14660203 saylı, 30 avqust 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, X6 bank qarşısında “zamin” durmuşdur. İş materillarında olan 038CASA192420020 saylı, 30 avqust 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh kreditin 3472.49 (üç min dörd yüz yetmiş iki, qırx doqquz) AZN qalıq məbləğini illik 1 (bir) % dərəcəsi tətbiq edilməklə, 60 (altmış) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 26 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 26 avqust 2021-ci il tarixə banka 3472.49 (üç min dörd yüz yetmiş iki, qırx doqquz) AZN məbləğində əsas kredit borcu, 29.86 (iyirmi doqquz, səksən altı) AZN məbləğində faiz borcu və ümumilikdə 3502.35 (üç min beş yüz iki, otuz beş) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 21/084 saylı, 04 mart 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehlər Cavabdeh, Zamin1 və X6 hər biri ayrı-ayrılıqda kredit müqaviləsinin ləğv edilməsi və İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişlər. İş materiallarında olan ********* saylı, 15 sentyabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 038CASA192420020 saylı, 30 avqust 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən 60 (altmış) ay müddətinə illik 1 (bir) % dərəcəsi ilə 3472.49 (üç min dörd yüz yetmiş iki, qırx doqquz) AZN məbləğində kredit restrukzasiya olunmuş, Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, İddiaçı ASC ilə digər cavabdehlər Zamin1 və X6 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq, Zamin1 və X6 bank qarşısında “zamin” durmuşlar və zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Bundan başqa, cavabdehlər Cavabdeh, Zamin1 və X6 bank qarşısında olan öhdəliklərini tam icra etməmiş, hər biri ayrı-ayrılıqda banka olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmiş, kredit müqaviləsinə əsasən 26 avqust 2021-ci il tarixə banka 3472.49 (üç min dörd yüz yetmiş iki, qırx doqquz) AZN məbləğində əsas kredit borcu, 29.86 (iyirmi doqquz, səksən altı) AZN məbləğində faiz borcu və ümumilikdə 3502.35 (üç min beş yüz iki, otuz beş) AZN məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC-nin “Sabirabad” filialı ilə cavabdehlər Cavabdeh, Zamin1 və X6 arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 038CASA192420020 saylı, 30 avqust 2019-cu il tarixli güzəştli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh, Zamin1 və X4 müştərək qaydada 3472.49 (üç min dörd yüz yetmiş iki, qırx doqquz) AZN məbləğində əsas kredit borcu, 29.86 (iyirmi doqquz, səksən altı) AZN məbləğində faiz borcu, ümumilikdə 3502.35 (üç min beş yüz iki, otuz beş) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 038CASA192420020 saylı, 30 avqust 2019-cu il tarixli güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh, Zamin1 və X2 müştərək qaydada 3472.49 (üç min dörd yüz yetmiş iki, qırx doqquz) AZN məbləğində əsas kredit borcu, 29.86 (iyirmi doqquz, səksən altı) AZN məbləğində faiz borcu, ümumilikdə 3502.35 (üç min beş yüz iki, otuz beş) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar