Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2382/2025 14.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı zamin kimi əmək haqqından tutulmuş 542.71 manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 2015-ci ildə "xxxx" QSC-dən kredit götürmək istəmişdir. Ona demişdir ki, zamin olmasa, kredit vermirlər. Ona zamin olmağı təklif etmiş, kredit özü ödəyəcəyini bildirmişdir. o, isə Cavabdeh inanmış və zaminlik müqaviləsinə imza atmışdır. Cavabdeh onu aldatmış krediti vaxtında vermədiyinə görə bankın tələbi əsasında İmişli Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli icra sənədinə əsasən Cavabdeh və zamin kimi ondan müştərək qaydada 458,23 manat əsas borcun, 139,23 manat faiz borcunun, 48,82 manat cərimənin və dövlət rüsumu 20 manat alınaraq “AccessBank'' QSC-nın xeyrinə tutulmasına dair məhkəmə əmri verilmişdir. Əmək haqqından 542.71 manat pul tutulmuşdur. Cavabdehdən ona vurduğu zərəri ödəməyi tələb etsədə nəticəsi olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddiaçıya 80 manat ödəmişdir. Qalan borcu da hissə-hissə ödəyəcəyini ona bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış 21 yanvar 2015-ci il tarixli 028A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə aylıq 2,75% dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış 21 yanvar 2015-ci il tarixli 028G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “zamin” İddiaçı “borcalan” Cavabdeh "xxxx" QSC qarşısında olan kredit öhdəliklərinin vaxtında və lazımınca icrasının təmin edilməsi məqsədilə onunla eyni həcmli məsuliyyəti öz öhdəsinə götürmüşdür. İmişli Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, borclular Cavabdeh və İddiaçı müştərək qaydada 458,23 manat əsas borc, 139,23 manat faiz borcu, 48,82 manat cərimə, cəmi 643,28 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manatın tutularaq "xxxx" QSC-nin hesabına keçirilməsi əmr edilmişdir. Ödəniş əməliyyatlarının aparılmasına dair xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, A.Ələkbərovun 2024-cü ilin iyul ayının əmək haqqından 7 %, yəni 46,43 manat icra ödənişi tutulmuşdur. Ödəniş əməliyyatlarının aparılmasına dair xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, A.Ələkbərovun 2024-cü ilin iyun ayının əmək haqqından 496,28 manat pul tutulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maadə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış 21 yanvar 2015-ci il tarixli 028A********** saylı kredit müqaviləsinə əsasən ona 1000 manat məbləğində kredit verilmişdir. Cavabdeh "xxxx" QSC qarşısında olan kredit öhdəliklərinin vaxtında və lazımınca icrasının təmin edilməsi məqsədilə İddiaçı ilə "xxxx" QSC arasında 21 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İmişli Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh və İddiaçı müştərək qaydada 458,23 manat əsas borc, 139,23 manat faiz borcu, 48,82 manat cərimə, cəmi 643,28 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manatın tutularaq "xxxx" QSC-nin hesabına keçirilməsi əmr edilmişdir. A.Ələkbərocun əmək haqqından 542,71 manat pul tutulmuşdur. Göründüyü kimi, İddiaçı zaminlik müqaviləsinə əsasən həm borclu Cavabdeh borc öhdəliklərini, həm də özünün zaminlik öhdəliklərini icra etmişdir. Bununla da zamin İddiaçı borclu Cavabdeh qarşı öhdəliklərin icrası həcmində, yəni 542,71 manat məbləğində reqres hüququ yaranmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 542.71 manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərci Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Nəticə Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 542.71 (beş yüz qırx iki manat, yetmiş bir qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №2(036)-2382/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2382/2025
14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver