Məhkəmə qərarları › İş №2(036)-2392/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2392/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2392/2022 07.10.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Məmmədli Nadir Cabir oğlunun katibliyi, iddiaçı "xxxx" Kredit İttifaqı MMC-nin cavabdehlər, Cavabdeh2 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Kredit İttifaqı MMC-nin cavabdehlər, Cavabdeh2 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı "xxxx" Kredit İttifaqı MMC-nin xeyrinə cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1789.25 manat əsas borc, 518.32 manat faiz borcu, 40.00 manat cərimə, cəmi 2347.57 manat və ödənilmiş dövlət rüsumuna görə 44.00 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor "xxxx" Kredit İttifaqı MMC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli DB/24784 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 36 faizlə 18 ay müddətinə 1900.00 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2016-cı il tarixli DB/24784 tarixli Zaminlik müqaviləsinə əsasən Nəcəfov X1 Əmirassan Kərim oğlu ilə "xxxx" Kredit İttifaqı MMC-nin arasında bağlanmış xx.xx.2016-cı il tarixli DB/24784 saylı kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdən görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixli DB/24784 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş qaydada 1789.25 manat əsas borc, 518.32 manat faiz borcu, 40.00 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Kreditor "xxxx" Kredit İttifaqı MMC xx.xx.2016-cı il tarixli DB/24784 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2019-cu il tarixdə bitdiyindən Cavabdeh1 zaminliyinə xitam verilmişdir.Ona görə də iddia tələbi Cavabdeh2 iddiaçı "xxxx" Kredit İttifaqı MMCnin xeyrinə 1789.25 manat əsas borc, 518.32 manat faiz borc və ödənilmiş dövlət rüsumuna görə 44.00 manat tutulmalı və cərimə borcu isə əsas borca uyğun olaraq azaldılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh2 1789.25 (min yeddi yüz səksən doqquz manat iyirmi beş qəpik) manat əsas borc, 518.32 (beş yüz on səkkiz manat otuz iki qəpik) manat faiz bircu, 5.00 (beş) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 44.00 (qırx dörd) manat tutulub iddiaçı "xxxx" Kredit İttifaqı MMCnin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsi nə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar