Məhkəmə qərarları › İş №2(036)-2393/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2393/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2393/2022 07.10.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Məmmədli Nadir Cabir oğlunun katibliyi, iddiaçı BOKT "xxxx" QSC-nin cavabdehlər, Cavabdeh1 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT "xxxx" QSC-nin cavabdehlər, Cavabdeh1 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 434.27 manat əsas borc, 397.00 manat faiz borcu, 30.00 manat cərimə borcu, cəmi 861.27 manat və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli DB/20000/1597 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 36 faizlə 12 ay müddətinə 1500.00 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2014-cü il tarixli DB/20000/1597 tarixli Zaminlik müqaviləsinə əsasən Kərimov X1 Elşad Rayil oğlu ilə BOKT "xxxx" QSC-nin arasında bağlanmış xx.xx.2014-cü il tarixli DB/20000/1597 saylı kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan Ödəniş Cədvəlinə əsasən Cavabdeh1 Azərbaycan Beynəlxalq Bankı ASC-dən aldığı 1500.00 manat kredit məbləğini cəmi 308.31 manat faizlə birlikdə ayda 150.69 manat ödəməklə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 489micİMS/15 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş qaydada 434.27 manat əsas borc, 397.00 manat faiz borcu, 30.00 manat cərimə borcu hesablanmışdır. AR Mülki məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, kreditor BOKT "xxxx" QSC-nin xx.xx.2014-cü il tarixli DB/20000/1597 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2017-ci il tarixdə bitdiyindən Cavabdeh2 zaminliyinə xitam verilmişdir.Ona görə də iddia tələbi cavabdeh iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə 434.27 manat əsas borc, 397.00 manat faiz borcu, 30.00 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh1 434.27 (dörd yüz otuz dörd manat iyirmi yeddi qəpik) manat əsas borc, 397.00 (üç yüz doxsan yeddi) manat faiz borcu, 30.00 (otuz) manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulub iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar