Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2395/2022 31.08.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Hacıyev Qurban Hamid oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 289,5 manat əsas borc, 164,49 manat faiz borcu, 416,27 manat cərimə borcu və 21,9 manat xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5%-lə hesablanmış əldən çıxmış fayda olmaqla, ümumilikdə, 892,16 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış 01 fevral 2020-ci il tarixli müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, hazırda onun iddiaçının qarşısında 289,5 manat əsas, 164,49 manat faiz, 416,27 manat cərimə və 21,9 manat xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5%-lə hesablanmış əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə, 892,16 manat məbləğində icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də dəbbə pulu (cərimə) azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-1 – 284-6 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 289,5 manat əsas borc, 164,49 manat faiz borcu, 20 manat cərimə borcu, 21,9 manat əldən çıxmış fayda və 30 manat dövlət rüsumu olmaqla, cəmi 525,89 (beş yüz iyirmi beş manat, səksən doqquz qəpik) məbləğində pul tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2395/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2395/2022
31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver