Məhkəmə qərarları › İş №2(036)-2408/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2408/2023

20.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2408/2023 20.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu, iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı ziyan tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı ziyan tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə Cavabdeh 143 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli MN ******* saylı «İnzibati xəta haqqında» protokola əsasən Cavabdeh Araz çayının İmişli rayonunun Rəsullu kəndinin ərazisindən keçən hissəsində xx.xx.2021-ci il tarixdə qanunsuz olaraq torla balıq ovlamışdır. İşdə olan xx.xx.2021-ci il tarixli MN ******* saylı «İnzibati tənbeh vermə haqqında» qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli 70767 saylı akta əsasən Cavabdeh Araz çayının İmişli rayon ərazisindən keçən hissəsində 4 ədəd şirbit və 1 ədəd naxa balığını qanunsuz ovlayaraq təbiətə ziyan vurmuşdur. İşdə olan olan hesabata əsasən balıq ehtiyatlarına vurulan ziyanın məbləği 143 (bir yüz qırx üç) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdan azad olunurlar. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə 143 manat məbləğində pul tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 143 (bir yüz qırx üç) manat pul tutulub iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar