Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2421/2020 22.09.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi Məhkəmə iclasının katibi Nuranə Büsat qızı Hacıyevanın katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(036)2744/2017 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş 100 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxx 2003-cü il tarixdə rəsmi nikah münasibətlərinə girib evlənmişlər. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İmişli rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü uşaqları X2 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək ayda 100 (yüz) manat sabit pul məbləğində müəyyən edilmişdir. İddiaçı məhkəmə qətnaməsi ilə cavabdehdən tutulması qət edilmiş 100 manat məbləğində alimentin uşağın saxlanması üçün kifayət etmədiyini, uşağın geyim, ərzaq, təhsil xərclərinin hər il artığını, uşaqın xəstə olmasını, müalicə üçün Bakı şəhərinə aparmasını və hal-hazırda da müalicəsinin davam etdiyini və buna maddi imkanı çatmadığını bildirmişdir. Ona görə də İmişli rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(036)2744/2017 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş 100 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş AZ-İ 416665 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx xxxxxx 2004-cü il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 226 saylı arayışdan görünür ki, İddiaçı İmişli rayon Mürsəlli kənd tam orta məktəbində müəllim işləyir, xalis orta aylıq əmək haqqı516,40 (beş yüz on altımanat, qırx qəpik) manatdır. İşə əlavə edilmiş İmişli rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(036)- 2744/2017 saylı qətnaməsinin surətindən görünür ki, birgə nikahdan doğulmuş xx xxxxxx 2004-cü il təvəllüdlü X5 adında uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək ayda 100 (yüz) manat sabit pul məbləğində tutulması qət edilmişdir. İşə əlavə edilmiş İmişli rayon İcra Hakimiyyəti Başçısının Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 216 saylı arayışdan görünür ki, Əsədov X6 rayonunun Mürsəlli kəndində qeydiyyatdadır və bacısı X4 onun himayəsində yaşayır. İşə əlavə edilmiş İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 2197 saylı arayışdan görünür ki, İmişli rayon Mürsəlli kənd sakini xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh xx.xx.2020-ci il tarixdən “Residivləşən 12 barmağ bağırsağın xroniki xora xəstəliyi kiçik qanaxmalarla” diaqnozu ilə ambulator müalicə alır. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, tərəflərin ailə və maddi vəziyyətlərini nəzərə alaraq belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinin tələbinə görə valideyinlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 101.2-ci maddəsinin tələbinə görə məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı xx xxxx 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ-hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının 2002-ci ildə qoşulduğu BMT-nin X1 3-cü maddəsində göstərilir ki, uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Belə ki, məhkəmədə işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh “Residivləşən 12 barmağ bağırsağın xroniki xora xəstəliyi kiçik qanaxmalarla” diaqnozu ilə ambulator müalicə alır. Eynı zamanda o hal-hazırda heç bir yerdə işləmir və İmişli rayonunun Mürsəlli kəndində yaşayır və bacısı X4 da onun himayəsindədir. Bundan başqa müəyyən edilmişdir ki, idiiaçı İddiaçı İmişli rayon Mürsəlli kənd tam orta məktəbində müəllimə işləyir, orta aylıq əmək haqqısı 516,40 (beş yüz on altı manat, qırx qəpik) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Göstərinləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2421/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2421/2020
22.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver