Məhkəmə qərarları › İş №2(036)-2500/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2500/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2500/2021 07.12.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, İddiaçı sədri X1, cavabdehlər Cavabdeh2, Cavabdeh1 Əsəd oğlu, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxs X3 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Əsəd oğlu, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “icarə müqavilələrinin etibarsız hesab edilməsi və torpaq sahələrinin bələdiyyənin mülkiyyətinə qaytarılması tələbi barədə” iddiasına dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə cavabdehlər Cavabdeh2 arasında bağlanmış 10.09.2006-cı il tarixli, Cavabdeh1 Əsəd oğlu arasında bağlanmış 24.12.2006-cı il tarixli, Cavabdeh5 arasında bağlanmış 16.09.2006-cı il tarixli, Cavabdeh3 arasında bağlanmış 24.12.2006-cı il tarixli və Cavabdeh4 arasında bağlanmış 28.12.2007-ci il tarixli icarə müqavilələrinin etibarsız hesab edilməsi və həmin torpaq sahələrinin bələdiyyənin mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 01.09.2006-cı il tarixli qərarı ilə Cavabdeh2 5 ha örüş sahəsi, 02.10.2006-cı il tarixli qərarı ilə Cavabdeh5 3 ha örüş sahəsi, 02.12.2006-cı il tarixli qərarı ilə Cavabdeh1 Əsəd oğluna 8.40 ha örüş sahəsi, 02.12.2006-cı il tarixli qərarı ilə Cavabdeh3 5 ha örüş sahəsi və 02.10.2021-ci il tarixli qərarı ilə Cavabdeh4 3 ha torpaq sahəsi ayrılmış və bu barədə icarə müqavilələri bağlanmışdır. Torpaq Məcəlləsinə görə bələdiyyənin ehtiyat fonduna aid örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq on ildən on beş ilədək verilə bildiyi halda cavabdehlərə qanunazidd olaraq uzun müddətə icarəyə ayrılmışdır. Həmçinin həmin torpaq sahələrinin təyinat dəyişdirilərək əkin sahəsi kimi istifadə edilməkdədir. Qeyd olunan torpaq sahələrinin cavabdehlərin icarəsinə verilməsinə dair bələdiyyənin müvafiq qərarları 13.09.2021-ci il tarixli 12 nömrəli qərarla ləğv edilmişdir. Ona görə də cavabdehlər Cavabdeh2 arasında bağlanmış 10.09.2006-cı il tarixli, Cavabdeh1 Əsəd oğlu arasında bağlanmış 24.12.2006-cı il tarixli, Cavabdeh5 arasında bağlanmış 16.09.2006-cı il tarixli, Cavabdeh3 arasında bağlanmış 24.12.2006-cı il tarixli və Cavabdeh4 arasında bağlanmış 28.12.2007-ci il tarixli icarə müqavilələri ləğv edilməli və cavabdeh tərəfindən qanunsuz istifadə olunan torpaq sahələri bələdiyyənin mülkiyyətinə geri qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı sədri X1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 01 sentyabr 2006-cı il tarixli, 09 saylı qərarı ilə 5 ha az yararlı əkin sahəsi 50 il müddətə onun icarəsinə verilmişdir. O, qanunları bilmir, müqavilənin maksimal olaraq hansı müddətə bağlanmalı olduğunu bilməmişdir. Hazırda həmin torpaq sahəsindən istifadə edir və vaxtı-vaxtında icarə haqqını ödəyir. Belə olan halda müqavilənin ləğv edilməsi onun mülki hüquqlarını poza bilər. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 Əsəd oğlu iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 02 dekabr 2006-cı il tarixli, 12 saylı qərarı ilə 8.40 ha az yararlı örüş və əkin sahəsi 50 il müddətə onun icarəsinə verilmişdir. O, qanunları bilmir, müqavilənin hansı müddətə bağlanmalı olduğunu bilməmişdir. Hazırda həmin torpaq sahəsindən istifadə edir və vaxtı-vaxtında icarə haqqını ödəyir. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 01 sentyabr 2006-cı il tarixli, 09 saylı qərarı ilə 3 ha əkin sahəsi 30 il müddətə onun icarəsinə verilmişdir. O, qanunları bilmir, müqavilənin maksimal olaraq hansı müddətə bağlanmalı olduğunu bilməmişdir. Hazırda həmin torpaq sahəsindən istifadə edir və vaxtı-vaxtında icarə haqqını ödəyir. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 02 dekabr 2006-cı il tarixli, 12 saylı qərarı ilə 5 ha əkin sahəsi 43 il müddətə onun icarəsinə verilmişdir. Hazırda həmin torpaq sahəsindən istifadə edir və vaxtı-vaxtında icarə haqqını ödəyir. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 02 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə 5 ha əkin sahəsi 25 il müddətə onun icarəsinə verilmişdir. Hazırda həmin torpaq sahəsindən istifadə edir və vaxtı-vaxtında icarə haqqını ödəyir. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs X2 vəkili Vəkil iddiaçı tərəfindən çıxış edərək izahatında göstərdi ki, İmişli rayon Cəfərli kənd bələdiyyəsinin müvafiq qərarları ilə həmin kənddə mövcud olan ümumi örüş otlaq sahələri cavabdehlər Cavabdeh2, Cavabdeh1 Əsəd oğlu, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qanunsuz olaraq uzun müddətli icarəyə verilmişdir. Kənd sakinlərinin haqlı narazılıqlarından və İmişli regional Ədliyyə İdarəsinə rəsmi müraciətlərindən sonra İmişli rayon Cəfərli kənd bələdiyyəsinin müvafiq qərarı ilə cavabdehlərə örüş otlaq sahələrinin icarəyə verilməsi barədə qərarlar ləğv edilmişdir. Hazırda isə cavabdehlər mübahisə predmeti olan örüş otlaq sahələrinin təyinatını özbaşına dəyişdirərək əkin sahəsi kimi istifadə edirlər. Bu kimi hallar isə həm mülki qanunvericiliyin tələblərinin, hə də digər kənd sakinlərinin örüş otlaq sahələrindən istifadə hüquqlarının pozulması ilə nəticələnməkdədir. Ona görə də hesab edir ki, İmişli rayon Cəfərli kənd bələdiyyəsinin iddia tələbi tam əsaslıdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər.http://e-qanun.az/framework/46942 Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları:müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr;hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər;məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü;vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. «Torpaq İcarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. İş materiallarında olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 10 sentyabr 2006-cı il tarixli 09 saylı müqavilənin surətindən görür ki, İddiaçı 01 sentyabr 2006-cı il tarixli, 09 saylı qərarı ilə bələdiyyənin mülkiyyətində olan 5 ha az yararlı əkin sahəsi 50 il müddətə Cavabdeh2 icarəyə verilmişdir. İş materiallarında olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 24 dekabr 2006-cı il tarixli 12 saylı müqavilənin surətindən görür ki, İddiaçı 02 dekabr 2006-cı il tarixli, 12 saylı qərarı ilə bələdiyyənin mülkiyyətində olan 8.40 ha az yararlı örüş və əkin sahəsi 50 il müddətə Cavabdeh1 Əsəd oğluna icarəyə verilmişdir. İş materiallarında olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 16 sentyabr 2006-cı il tarixli 09 saylı müqavilənin surətindən görür ki, İddiaçı 01 sentyabr 2006-cı il tarixli, 09 saylı qərarı ilə bələdiyyənin mülkiyyətində olan 3 ha əkin sahəsi 30 il müddətə Cavabdeh5 icarəyə verilmişdir. İş materiallarında olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 24 dekabr 2006-cı il tarixli 12 saylı müqavilənin surətindən görür ki, İddiaçı 02 dekabr 2006-cı il tarixli, 12 saylı qərarı ilə bələdiyyənin mülkiyyətində olan 5 ha əkin sahəsi 43 il müddətə Cavabdeh3 icarəyə verilmişdir. İş materiallarında olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 28 dekabr 2007-ci il tarixli 10 saylı müqavilənin surətindən görür ki, İddiaçı 02 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə bələdiyyənin mülkiyyətində olan 5 ha əkin sahəsi 25 il müddətə Cavabdeh4 icarəyə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 8-ci maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri - qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi və.s ibarətdir. 14-cü maddəsinin 3-cü bəndinə əsasən Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 16-cı maddəsinin 3-cü bəndinə görə bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. İcarə müqavilələrindən göründüyü kimi cavabdehlər onlara icarəyə verilmiş torpaq sahələrinin təyinatını dəyişdirməmiş, həmin icarə müqavilələri ilə torpaq sahələri onlara məhz əkin məqsədləri üçün icarəyə verilmişdir, iddiaçı isə həmin torpaq sahələrinin əhalinin mal-qarası üçün örüş sahələri olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə görə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə, torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda, hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə və.s hallarda xitam verilə bilər. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə görə icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. Həmin Qanunun 12-ci maddəsinə görə icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. İşdən görünü ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilmiş və hazırda müqavilə müddəti bitməmişdir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan icarə müqavilələrinin xitamı üçün əsasların olmaması qənaətinə gələrək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar