Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2509/2020 31.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranı Busat qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (kreditor) İddiaçı ASC ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx xxxxxxxx 2013-cü il tarixli 3553453/13 saylı kredit müqaviləsi üzrə 362.61 manat məbləğində əsas borc, 117.02 manat faiz borcu, 115.11 manat cərimə borcu olmaqla, ümumilikdə 594,74 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulub «İddiaçı” ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, İmişli Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(036)-5113/2016 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh (borclu) Zamin həmin məhkəmə əmrinə yazılı etiraz edərək məhkəmə əmrinin ləğv edilməklə işə yenidən iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, İmişli Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(036)-5113/2016 saylı qərardadı ilə məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında yenidən baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı «İddiaçı” ASC ilə aralarında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 3553453/13 saylı kredit müqaviləsi əsasında 18 ay müddətinə illik faiz dərəcəsi 24 % olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdehnın öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Zaminlik müqaviləsinə əsasən bank qarşısında Cavabdeh ilə eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməmişlər. Cavabdehlərə borcun qaytarılmasına dair dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı «İddiaçı” ASC iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ünvanlayaraq cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx xxxxxxxx 2013-cü il tarixli 3553453/13 saylı kredit müqaviləsi üzrə 139,93 manat məbləğində əsas borc, 13,72 manat faiz borcu olmaqla ümumilikdə 153,65 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulub «İddiaçı” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını və mülki işə iddiaçının nümayəndəsinin iştiakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin materiallarında olan; xx xxxxxxxx 2013-cü il tarixli 3553453/13 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləəsasında iddiaçı «İddiaçı” ASC tərəfindən Cavabdeh 18 ay müddətinə, illik faiz dərəcəsi 24 % olmaqla3000 manat məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, həmin tarixdə iddiaçı «İddiaçı” ASC tərəfindən Cavabdeh 3000 manat məbləğində pul nağd olaraq verilmişdir. xx xxxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh Zamin xx xxxxxxxx 2013-cü il tarixli 3553453/13 saylı kredit müqaviləsi üzrə Cavabdehnın öhdəliklərinin icrası üçün onunla eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxxxx 2013-cü il tarixli 3553453/13 saylı kredit müqaviləsi üzrə iddiaçı «İddiaçı” ASC-yə olan əsas borcu 139,93 manat, faiz borcu 13,72 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdehlər üzərilərinə götürdükləri öhdəliyi lazımi qaydada icra etməmişlər, onların iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdən görünür ki, məhkəmə əmrinə etiraz etmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 20 manat məbləğində dövlət rüsumu ödəmiş və buna görə ondan 0,40 manat xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və Zaminmüştərək qaydada xx xxxxxxxx 2013-cü il tarixli 3553453/13 saylı kredit müqaviləsi üzrə 139,93 manatəsas borc, 13,72 manat faiz borcu, 20 manat məbləğində dövlət rüsumu, 0,40 manat xidmət haqqı, cəmi 174,05 manat məbləğində pul tutularaq «İddiaçı” ASC-nin xeyrinəödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zaminmüştərək qaydada xx xxxxxxxx 2013-cü il tarixli 3553453/13 saylı kredit müqaviləsi üzrə 139,93 manatəsas borc, 13,72 manat faiz borcu, 20 manat məbləğində dövlət rüsumu, 0,40 manat xidmət haqqı, cəmi 174,05 (bir yüz yetmiş dörd manat, beş qəpik) manat məbləğində pul tutularaq «İddiaçı” ASC-nin xeyrinə ödənilsin. Qətnamdən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2509/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2509/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver