Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2516/2021 10.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlu sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı İddiaçı Cavabdeh SƏFƏROV AYDİN HÜSEYN OĞLU iştirakı ilə İddiaçı cavabdeh SƏFƏROV AYDİN HÜSEYN OĞLU qarşı borc tələbinə dair ilkin iddiasına və cavabdeh SƏFƏROV AYDİN HÜSEYN OĞLU İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehSƏFƏROV AYDİN HÜSEYN OĞLU qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh SƏFƏROV AYDİN HÜSEYN OĞLU İddiaçı qarşı borc tələbinə dair qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər iki iddia üzrə iddiaçılar məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Hər iki iddia üzrə cavabdehlər iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirmiş və və işə mahiyyəti üzrə baxılmasına təkid etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh SƏFƏROV AYDİN HÜSEYN OĞLU qarşı borc tələbinə dair ilkin iddiasına və cavabdeh SƏFƏROV AYDİN HÜSEYN OĞLU İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2516/2021
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2516/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver