Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2518/2021 11.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağayev X5 şəhəri, Heydər Əliyev prospekti, 111 ünvanda (“Woodpecker İmişli T.M” mağazası) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. O, Cavabdeh ilə arasında bağlanmış 00279514 saylı, 05 may 2021-ci il tarixli “alğı-satqı” müqaviləsinə əsasən “Woodpecker İmişli T.M” mağazasından 50 (əlli) AZN ilkin ödəniş ödəməklə, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1557 (min beş yüz əlli yeddi) AZN məbləğində olan 1 (bir) ədəd “EUROLUX 55 LED 55 AST-DN4S” markalı televizor satmışdır. Eyni zamanda, alğı-satqı müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq digər cavabdeh X6 İddiaçı qarşısında “zamin” durmuşdur. Belə ki, “borclu” “kreditor” qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Alğı-satqı müqaviləsinə Cavabdeh 1 (bir) ədəd “EUROLUX 55 LED 55 AST-DN4S” markalı televizorun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 84 (səksən dörd) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh alğı-satqı müqaviləsinə əsasən ümumi borc məbləğindən 90 (doxsan) AZN məbləğində pul ödənişini həyata keçirmişdir. Lakin cavabdehlər Cavabdeh və X7 alğı-satqı müqaviləsinə əsasən öhdəliklərini tam icra etməmişlər. Halhazırda öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh və X3 1417 (min dörd yüz on yeddi) AZN məbləğində əsas borcu, 50 (əlli) AZN məbləğində dəbbə pulu borcu və ümumilikdə 1467 (min dörd yüz altmış yeddi) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 1417 (min dörd yüz on yeddi) AZN məbləğində əsas borcun, 50 (əlli) AZN məbləğində dəbbə pulu borcunun, ümumilikdə 1467 (min dörd yüz altmış yeddi) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən cavabdehlər Cavabdeh və X4 rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər Cavabdeh və X6 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi “Fiziki şəxsin Vergi Uçotu haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır və qeydiyyat nömrəsi (VÖEN) **********.dır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış 00279514 saylı, 05 may 2021-ci il tarixli “alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı tərəfindən “Woodpecker İmişli T.M” mağazasından 50 (əlli) AZN ilkin ödəniş ödəməklə, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1557 (min beş yüz əlli yeddi) AZN məbləğində olan 1 (bir) ədəd “EUROLUX 55 LED 55 AST-DN4S” markalı televizor “alıcı” Cavabdeh satılmış və Cavabdeh alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, digər cavabdeh X6 oğlu cəmiyyət qarşısında “zamin” durmuşdur. İş materiallarında olan 05 may 2021-ci il tarixli “satılmış məhsulun təhvil verilməsi haqqında” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh 00279514 saylı, 05 may 2021-ci il tarixli “alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1557 (min beş yüz əlli yeddi) AZN məbləği olan 1 (bir) ədəd “EUROLUX 55 LED 55 AST-DN4S” markalı televizorni təhvil almışdır. İş materillarında olan 00279514 saylı, 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, müqavilənin 6.2-ci bəndinə əsasən “alıcı” ödəmələrin həyata keçirilməsini gecikdirərsə, 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən aylıq ödənişin 1 % məbləğində məhsula əlavə qiymət (dəbbə pulu) ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdeh tərəf İddiaçı olan kredit borcu barədə iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilmişlər. İş materiallarında olan ********* saylı, 29 sentyabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 00279514 saylı, 05 may 2021-ci il tarixli “alğı-satqı” müqaviləsinə əsasən “satıcı” İddiaçı “Woodpecker İmişli T.M” mağazasından 50 (əlli) AZN ilkin ödəniş ödəməklə, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1557 (min beş yüz əlli yeddi) AZN məbləğində olan 1 (bir) ədəd “EUROLUX 55 LED 55 AST-DN4S” markalı televizor “alıcı” Cavabdeh satılmış və Cavabdeh alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, digər cavabdeh X6 cəmiyyət qarşısında “zamin” durmuşdur. Bundan başqa, “alıcı” Cavabdeh malın dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 84 (səksən dörd) AZN məbləğində pulu hissə-hissə, eləcə də, ödəmələrin həyata keçirilməsini gecikdirərsə, 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən aylıq ödənişin 1 % məbləğində məhsula əlavə qiyməti (dəbbə pulu) “satıcı” İddiaçı xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, cavabdehlər Cavabdeh və X6 İddiaçı qarşısında olan öhdəliklərini tam icra etməmiş, kreditora olan borcu barədə rəsmi xəbərdarlıq edilmiş və onların “Nisyə alğı-satqı” müqaviləsinə əsasən İddiaçı 1417 (min dörd yüz on yeddi) AZN məbləğində əsas borcu, 50 (əlli) AZN məbləğində dəbbə pulu borcu, ümumilikdə 1467 (min dörd yüz altmış yeddi) AZN məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh və X6 arasında bağlanmış 00279514 saylı, 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 1417 (min dörd yüz on yeddi) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində dəbbə pulu borcu, ümumilikdə 1467 (min dörd yüz altmış yeddi) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 1417 (min dörd yüz on yeddi) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində dəbbə pulu borcu, ümumilikdə 1467 (min dörd yüz altmış yeddi) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-2518/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2518/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver