Məhkəmə qərarları › İş №2(036)-2529/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2529/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2529/2021 12.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatının cavabdeh İsaxan Natiq İrzaxan oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatı cavabdeh İsaxan Natiq İrzaxan oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatı ilə cavabdeh İsaxan Natiq İrzaxan oğlu arasında bağlanmış **********1781 saylı, 10 dekabr 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinə əsasən bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukzasiya olunan kredit borcunun 1542 (min beş yüz qırx iki) AZN qalıq məbləğini 60 (altmış) ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 (bir) % dərəcəsi tətbiq edilməklə, cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh İsaxan Natiq İrzaxan oğlu hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh İsaxan Natiq İrzaxan oğlu kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən İsaxan Natiq İrzaxan oğlu banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdeh İsaxan Natiq İrzaxan oğlunun 10 sentyabr 2021-ci il tarixə banka 1542 (min beş yüz qırx iki) AZN məbləğində əsas kredit borcu, 47.86 (qırx yeddi, səksən altı) AZN məbləğində faiz borcu və ümumilikdə 1589.86 (min beş yüz səksən doqquz, səksən altı) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdeh İsaxan Natiq İrzaxan oğlundan 1542 (min beş yüz qırx iki) AZN məbləğində əsas kredit borcunun, 47.86 (qırx yeddi, səksən altı) AZN məbləğində faiz borcunun, ümumilikdə 1589.86 (min beş yüz səksən doqquz, səksən altı) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən cavabdeh İsaxan Natiq İrzaxan oğluna rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh İsaxan Natiq İrzaxan oğlu bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatı ilə cavabdeh İsaxan Natiq İrzaxan oğlu arasında bağlanmış **********1781 saylı, 10 dekabr 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsindən görünür ki, bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukzasiya olunan kredit borcunun 1542 (min beş yüz qırx iki) AZN qalıq məbləğini 60 (altmış) ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 (bir) % ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açılmışdır. İş materillarında olan bağlanmış **********1781 saylı, 10 dekabr 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinə əsasən əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, cavabdeh İsaxan Natiq İrzaxan oğlu kredit 1542 (min beş yüz qırx iki) AZN qalıq məbləğini illik 1 (bir) %dərəcəsi tətbiq edilməklə, 60 (altmış) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdeh İsaxan Natiq İrzaxan oğlunun kredit müqaviləsinə əsasən 10 sentyabr 2021-ci il tarixə banka 1542 (min beş yüz qırx iki) AZN məbləğində əsas kredit borcu, 47.86 (qırx yeddi, səksən altı) AZN məbləğində faiz borcu və ümumilikdə 1589.86 (min beş yüz səksən doqquz, səksən altı) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan **********02 saylı, 17 sentyabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatı tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatı ilə cavabdeh İsaxan Natiq İrzaxan oğlu arasında bağlanmış **********1781 saylı, 10 dekabr 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinə əsasən bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukzasiya olunan kredit borcunun 1542 (min beş yüz qırx iki) AZN qalıq məbləğini 60 (altmış) ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 (bir) % dərəcəsi tətbiq edilməklə, cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açılmış, cavabdeh İsaxan Natiq İrzaxan oğlu hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, cavabdeh İsaxan Natiq İrzaxan oğlu bank qarşısında olan öhdəliklərini tam icra etməmiş, banka olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmiş və onun kredit müqaviləsinə əsasən 10 sentyabr 2021-ci il tarixə banka 1542 (min beş yüz qırx iki) AZN məbləğində əsas kredit borcu, 47.86 (qırx yeddi, səksən altı) AZN məbləğində faiz borcu və ümumilikdə 1589.86 (min beş yüz səksən doqquz, səksən altı) AZN məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatı ilə cavabdeh İsaxan Natiq İrzaxan oğlu arasında bağlanmış **********1781 saylı, 10 dekabr 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, cavabdeh İsaxan Natiq İrzaxan oğlundan 1542 (min beş yüz qırx iki) AZN məbləğində əsas kredit borcu, 47.86 (qırx yeddi, səksən altı) AZN məbləğində faiz borcu, ümumilikdə 1589.86 (min beş yüz səksən doqquz, səksən altı) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-230, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İsaxan Natiq İrzaxan oğlundan 1542 (min beş yüz qırx iki) AZN məbləğində əsas kredit borcu, 47.86 (qırx yeddi, səksən altı) AZN məbləğində faiz borcu, ümumilikdə 1589.86 (min beş yüz səksən doqquz, səksən altı) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar